13.07.2015 Views

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

kəmiyyət və əksinə, kəmiyyət özündə-keyfiyyətdir. Onlar ölçü prosesində biri digərinəkeçdiyindən bu təriflərdən hər biri öncə özündə nə idisə,ona keçir, biz isə bu keçiddə öztəriflərilə inkara məruz qalan və ümumiyyətlə aradan qaldırılmış varlıq əldə edirik ki, bu,mahiyyətdir. Özündə-mahiyyət artıq ölçüdə var idi və mahiyyət prosesi yalnız ondanibarətdir ki, o özündə nə idisə, özünü o cür hesab edir. Adi şüur şeyləri varlıqlar kimibaşa düşür və onları keyfiyyət, kəmiyyət və ölçü baxımından gözdən keçirir. Ancaq bubilavasitə təriflər hərəkətsiz olmayıb sonradan bir-birinə keçir və mahiyyət isə onlarındialektikasının sonucudur. Mahiyyətdə daha keçid yoxdur, yalnız münasibət vardır.Münasibətin forması varlıqda yalnız bizim refleksiyamızdır; mahiyyətdə münasibət isəonun öz tərifidir. Əgər (varlıq sferasında) nə isə bir şey başqası olursa, onda bununlahəmin şey itmiş olur; mahiyyət sferasında isə, belə deyil: burada biz, həqiqi başqası ilədeyil, yalnız fərqlə, birinin başqasına (onun öz başqasına) münasibətilə qarşılaşırıq.Deməli, mahiyyətin başqasına keçidi eyni zamanda keçid deyildir, çünki fərqlininfərqliyə keçidilə fərqli yox olmur, ancaq fərqlilər öz münasibətlərində qalırlar. Əgər bizvarlıq və yoxluq deyiriksə, onda varlıq və yoxluq özü üçün götürülür. Müsbət və mənfiilə isə iş tamamil başqa cürdür. Bu sonuncuların həqiqətən varlıq və yoxluq təriflərivardır. Amma özü üçün götürülən müsbətin anlamı yoxdur, o hökmən mənfı iləəlaqələndirilməlidir. Mənfi ilə də məsələ eynilə bu cürdür. Varlıq sahəsində əlaqəlilikyalnız özündə olmaqdan ibarətdir; mahiyyətdə isə əlaqəlilik, bağlılıq öncədənmüəyyənləşmişdir. Deməli, varlığın formaları və mahiyyət arasındakı fərq elə bundadır.Varlıqda hər şey bilavasitədir; mahiyyətdə isə əksinə, hər şey nisbidir.İKİNCİ BÖLÜMMAHİYYƏT HAQQINDA TƏLİM§ 112Mahiyyət anlayışdır, öncədən müəyyənləşmiş anlayışdır; mahiyyət sahəsində tərifləryalnız nisbidirlər, ancaq hələ özündə özünü təhlil etməyən, düşünməyən təriflərdir; odurki, burada anlayış hələ özü üçün anlayış deyildir. Özünün inkarı ilə özünü özü iləvasitələndirən varlıq kimi mahiyyət özü özü ilə, özü və özünün başqası ilə münasibətdir;lakin bu başqası bilavasitə mövcud olmayıb, öncədən müəyyənləşmiş və vasitələnmişbaşqasıdır. Varlıq mahiyyətdə yox olmamışdır, ancaq mahiyyət bir tərəfdən özü özü iləsadə münasibət kimi varlıqdır, digər tərəfdən varlıq özünün birtərəfli tərifindəbilavasitədir, yalnız mənfiliyə, görüntü səviyyəsinə endirilmişdir. Bununla da mahiyyətözündə özü ilə görüntü kimi varlıqdır.Qeyd. Mütləq mahiyyətdir. Bu tərif mütləq varlıqdır tərifinin eynidir, çünki varlıq eynizamanda özü ilə sadə münasibətdir; bununla belə onun bu tərifi yüksək tərifdir, ona görəki, mahiyyət özündə özünə <strong>yüklə</strong>nmiş varlıqdır, başqa sözlə, mahiyyətin özünün özü iləsadə münasibəti mənfiliyin inkarı kimi, özünü özündə özü ilə vasitələnmə kimi öncədənmüəyyənləşmiş münasibətdir. Ancaq mütləqə mahiyyət kimi tərif verərkən mənfiliyi çoxvaxt yalnız bütün mənfi predikatlardan abstraksiyalaşdırılmış anlamda başa düşürlər. Ozaman bu mənfi hərəkət, abstraklaşdırma mahiyyətdən kənar bir şey olur və beləliklə dəmahiyyət özünün bu şərtindən məhrum bir nəticə, abstraksiyanın caput mortuumdan67ibarət olur. Ancaq bu mənfilik varlıq üçün kənar, dışarı bir şey olmayıb, onun özünündialektikası olduğundan onun həqiqəti, mahiyyəti özü özünə dalmış yaxud özü özündə əslvarlıq olacaq; mahiyyətin bilavasitə varlıqdan fərqi refleksiyadan, onun özünün özünəgörünməsindən ibarətdir və bu refleksiya mahiyyətin fərqləndirici tərifidir.101

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!