13.07.2015 Views

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

II. Onun refleksiyası və vasitəliliyi – anlayışın özü üçün varlığı və görüntüsü haqqındatəlimdir.III. Onun özünün özünə qayıdışı və inkişaf etmiş özündə varlığı – özündə və özüüçün55 anlayış haqqında təlimdir.Əlavə. Məntiqin burada göstərilən bölgüsü də təfəkkür haqqında yuxarıdaaydınlaşdırılmış bütün məlumatlar kimi yalnız öncəsezmə kimi gözdən keçirilməlidir vəonun bəraətləndirilməsi və ya sübutu yalnız fikrin özünün ətraflı araşdırılmasından alınabilər, çünki fəlsəfədə sübut predmetin özünün vasitəsilə özündən özünü necə hasiletdiyini göstərməkdir. Fikrin və ya məntiqi ideyanın burada adları çəkilən üç başlıcapillələrinin bir-birinə münasibətini, ümumiyyətlə belə başa düşmək lazımdır ki, yalnızanlayış həqiqətdir və daha dəqiq desək, yalnız anlayış varlığın və mahiyyətinhəqiqiliyidir və deməli, onların ayrı-ayrılaqda götürülən müstəqilliyinə qeyri-həqiqi kimibaxılmalıdır; varlığa ona görə qeyri-həqiqi kimi baxılmalıdır ki, o bu halında hələ yalnızbilavasitədir, mahiyyətə isə ona görə qeyri-həqiqi kimi baxılmalıdır ki, o, ayrılıqdagötürülmüş halında vasitəlidir. Birdən sual verilə bilər: əgər bu belədirsə, onda biz niyəqeyri-həqiqidən başlayırıq, həqiqidən başlamırıq? Cavab budur ki, həqiqət özünü sübutetməlidir, bu sübut isə burada, məntiq çərçivəsində ondan ibarətdir ki, anlayış özünüözündən özü ilə vasitələnən, deməli, bilavasitə həqiqi kimi göstərir. Məntiqi ideyanın üçpilləsi arasında burada göstərilən münasibət konkret və real formada belə təzahür edir ki,həqiqət olan allahı özünün bu həqiqətində, yəni mütləq ruh kimi biz yalnız ona görə dərkedirik ki, biz eyni zamanda onun yaratdığı dünyanı qeyri-həqiqi sayırıq, təbiəti vəallahdan fərqli olan sonlu ruhu qeyri-həqiqi sayırıq.BİRİNCİ BÖLÜMVARLIQ HAQQINDA TƏLİM§ 84Varlıq – yalnız özündə anlayışdır; bu anlayışın tərifləri həqiqi təriflərdir; bir-birindənfərqlənən bu təriflər bir-birinə münasibətdə başqa-başqa təriflərdir və onların sonrakıtərifi (dialektik forması) birinin başqasına keçidindən ibarətdir. Bu sonrakı tərif eynizamanda kənarda aşkar edilməlidir və deməli, həqiqi anlayışın özündə inkişafı və habeləvarlığın özünə <strong>yüklə</strong>nməsi, onun özünə dərinləşməsidir. Anlayışın varlıq sferasında aşkaredilməsi ikili bir şeydir: anlayış varlığın totallığı olmaqla birlikdə varlığınbilavasitəliliyini yaxud onun formasını aradan qaldırır.§ 85Varlığın özünə, eləcə də onun sonrakı təriflərinə (təkcə varlığın təriflərinə deyil, həm dəümumiyyətlə məntiqi təriflərə) mütləqin tərifləri kimi, allahın metafizik tərifləri kimibaxmaq olar; ancaq daha ciddi anlamda bu təriflərə nə isə bir sferanın birinci, sadə tərifisonra fərqləndirmə prosesində özü ilə sadə münasibətə qayıdışdan ibarət olan üçüncütərif aid edilir. Çünki allaha metafizik tərif vermək – onun təbiətini fikirdə ifadəetməkdir; amma məntiq bütün fikirləri – onlar fikir formasında qaldıqca – əhatə edir.Fərqləndirilən bir sferadan ibarət olan ikinci təriflər isə, əksinə, sonlunundefinisiyalarıdır. Amma əgər biz təriflərin formasından istifadə etsəydik, bu o deməkolardı ki, təsəvvürə hansısa bir substrat verilir, çünki allahın ifadəsindən ibarət olanmütləq fikir anlamında və formasında öz predikatına (fikirdə müəyyən və həqiqiifadəsinə) münasibətdə yalnız fikrin nəzərdə tutduğu nə isə bir özü üçün qeyri-müəyyən75

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!