13.07.2015 Views

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

inkişafı ondan ibarətdir ki, təkcə və ümumi də xüsusi olur və bunun sayəsində sonrasubyektivdən obyektivə keçid baş verir.§ 182Bilavasitə əqlinəticə ondan ibarətdir ki, anlayışın tərifləri abstrakt olub bir-birinə yalnızdış münasibətdə olurlar, belə ki, biz iki qütbə – təkcə və ümumiyə malik oluruq; anlayışisə bu iki qütbün birləşdiyi aralıq olmaqla o da ancaq abstrakt xüsusidən ibarətdir.Deməli, qütblüklər həm bir-birinə, həm də öz aralığına (anlayışa) münasibətdə müstəqilvə biganədirlər. Beləliklə, bu əqlinəticə anlayışın olmadığı fikir, formal təfəkkürünəqlinəticəsidir. Bu əqlinəticədə subyekti başqa bir müəyyənliklə birləşdirirlər; yaxudbaşqa sözlə, ümumi bu vasitələnmə ilə ona dışarı olan subyekti özünə daxil edir.Düşüncənin əqlinəticəsi əksinə, ondan ibarətdir ki, subyekt vasitələnmə yolu ilə özü özüilə qovuşur. Beləliklə, yalnız bu zaman o, subyekt olur, yaxud başqa sözlə, yalnız indisubyekt özlüyündə düşüncənin əqlinəticəsi olur.Qeyd. Bizim araşdırmamızın sonrakı gedişində abstrakt idraki əqlinəticə özünün adiizahına uyğun olaraq subyektivliyini, yəni biz belə əqlinəticə çıxarırıq deyildikdə malikolduğu subyektivliyini saxlayır. Gerçəkdən də abstrakt əqlinəticə ancaq subyektivəqlinəticədir. Amma bu əqlinəticə həmçinin şeylərin sonluluğunu ifadə etməsilə obyektivanlam daşıyır, amma o, şeylərin sonluluğunu burada formanın əldə etdiyi üsulla ifadəedir. Sonlu şeylərdə subyektivlik maddilik kimi özünün xassələrindən, onlarınözəlliklərindən ayrıdır, amma o həm də həqiqi şeylərin ümumiliyindən də ayrıdır; sonluşeylərin subyektivliyi onların ümumiliyindən o zaman ayrı olur ki, ümumilik şeyinməzmunsuz, boş keyfiyyəti kimi və şeyin başqa şeylərlə dış ilişgiləri şeyin cinsi vəanlayışı kimi götürülür.Əlavə. Əqli forma kimi, əqlinəticənin yuxarıda xatırlanan anlayışına tam uyğun olaraqağlın özü əqlinəticə çıxarma qabiliyyəti kimi, düşüncə, idrak isə əksinə, anlayış yaratmabacarığı kimi müəyyən edilir. Belə tərif vermənin əsasında güclərin və qabiliyyətlərinsadə toplamı kimi ruh haqqında dayaz təsəvvürün durduğunu demədən düşüncəninanlayış ilə və ağlın əqlinəticə ilə, bu birliyi haqqında qeyd etməliyik ki, əqlinəticəyərasional məntiqi forma kimi tərif vermədən onu incələməyə az haqlı olduğumuz kimianlayışı da yalnız idrak forması kimi araşdırmağa haqqımız azdır. Bir tərəfdən, formalməntiqin əqlinəticə təlimində ona verdiyi şərh əslində rasionallıq formasına və hətta sadərasionallığa layiq olmayan idrakın quru əqlinəticəsindən başqa bir şey deyil. Digərtərəfdən isə anlayış yalnız idrak forması deyildir və biz, bunun əksinə, deməliyik ki,yalnız abstrakt idrak anlayışı idrak forması dərəcəsinə endirir. Buna uyğun olaraq daabətən quru idrak anlayışını və ağla, rasionallığa aid olan anlayışı bir-birindənfrqləndirirlər. Lakin bu fərqləndirməni iki anlayışın olması anlamında deyil, o anlamdaanlamaq gərəkdir ki, bizim fəaliyyətimiz ya anlayışın bir mənfi və abstrakt formasıüzərində dayanır, ya da anlayışı onun həqiqi təbiətinə uyğun olaraq həm də müsbət vəkonkret anlayır. Belə ki, məsələn, əgər biz azadlıq anlayışına zərurətin abstrakt əksliyikimi baxırıqsa, onda bu, azadlığın yalnız abstrakt idraki anlayışıdır; həqiqi, rasionalazadlıq anlayışında isə zərurət ideal, bərtərəfləşdirilmiş halda vardır. Eləcə də deizmdeyilən təlimdə də allahın tərifi onun yalnız abstrakt anlayışıdır; xristian dini isə allahı üçünsürün vəhdəti kimi başa düşür və allahın rasional əqli anlayışına malikdir.alfa) Keyfiyyət əqlinəticəsi§ 183156

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!