13.07.2015 Views

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

T...Qızıl metaldır, gümüş metaldır, qurğuşun metaldır və i. a. Bu – böyük müqəddimədir.Buna kiçik müqəddimə, yəni "Bütün bu cismlər elektriki keçirəndir" müqəddiməsibirləşir və bundan nəticə çıxır ki, bütün metallar elektriki keçirəndir. Deməli, buradabütün metalların məcmusu kimi təkcə bağlayıcı funksiyası yerinə yetirir. Bu əqlinəticəisə öz sırasında başqa əqlinəticəyə yönəldir. Onun aralıq üzvi təkcələrin bütün sırasıdır.Bu bəlli bir sahədə müşahidə və təcrübənin tamamlanmasını tələb edir. Ancaq burada söztəkcələrdən getdiyindən yenidən sonsuz proqres alınır (T, T, T...). İnduksiyada təkcələrheç vaxt tükənə bilməz. "Bütün metallar, bütün bitkilər və s." deyilməsi yalnız bizimindiyədək tanış olduğumuz "Bütün metalları, bütün bitkiləri" göstərir. Biz bu və ya digərmüşahidə etdiyimizi və həta çoxlu müşahidələr apardığımızı deyə bilərik, lakin bütünhalları, nüsxələri müşahidə etdiyimizi deyə bilmərik. İnduksiyaya xas olan bu qüsur bizianalogiyaya müraciət etməyə yönəldir. Analoji əqlinəticədə biz müəyyən şeylərin bəllixassəyə malik olmasından nəticə çıxarırıq ki, həm də başqa şeylər həmin xassəyəmalikdirlər. Məsələn, biz "İndiyədək bütün planetlərdə bu hərəkət qanununu aşkaretmişik" deyəndə analoji olaraq bu qanunu yeni tapılan planetə də aid edirik; bu – analojiəqlinəticədir. Analogiya haqlı olaraq empirik elmlərdə böyük rəğbətlə işlənir və onunvasitəsilə önəmli nailiyyətlər qazanılmışdır. İnstinkt hiss etdirir ki, empirik yolla tapılmışbu və ya digər tərifin əsası onun aid olduğu predmetin iç təbiətində, yaxud cinsindədir vəözünün sonrakı hərəkətində bu tərifə söykənir. Lakin analogiya dayaz, yaxud əsaslı olabilər. Məsələn, deyəndə ki, "İnsan, Kay – alimdir; Tit də insandır, deməli, o da ehtimalki, alimdir", onda bu, şübhəsiz, olduqca pis analogiyadır, çünki alimlik heç də insancisinə mənsub deyildir. Amma biz bu cür dayaz analogiyalarla tez-tez qarşılaşırıq. Beləki, adət üzrə, məsələn, deyirlər: "Yer göy cismidir və canlı varlıqlar məskunlaşmışdır; Aygöy cismidir, deməli, Ayda da ehtimal ki, canlı varlıqlar vardır". Bu analogiyayuxarıdakından heç də yaxşı deyil. Yerdə canlı varlıqların olmasının əsası təkcə onun göycismi olmasında deyildir, bunun üçün digər şərtlər də tələb olunur; məsələn, bunun üçüngöy cisminin atmosferlə əhatə olunması da lazımdır ki, orada su olsun və i. a.; bu şərtlərisə, bildiyimizə görə, Ayda yoxdur. Ən yeni zamanda naturfəlsəfə adlandırılan təlim boş,zahiri analogiyalarla mənasız oyundan ibarətdir. Lakin bizdən tələb edirlər ki, biz onlarıdərin mahiyyətlər sayaq; onların sayəsində təbiətin fəlsəfi araşdırılmasının krediti haqlıolaraq itirildi.gamma) Zərurət əqlinəticəsi§ 191Yalnız abstrakt təriflərə görə götürülən zərurət əqlinəticəsinin aralıq üzvi refleksiyaəqlinəticəsindən (aralıq üzvi təkcədir) fərqli olaraq ümumidir; refleksiya əqlinəticəsininforması ikinci fiqur, üçüncü fiqurun – birincisidir (§ 187). Bu əqlinəticədə ümumi önəmli dərəcədə özü özlüyündə müəyyənləşmiş haldadır.İlk sırada 1) xüsusi müəyyən cins və ya anlamında vasitələndirici tərifdir ki, bu, qətiəqlinəticə olur; 2) sonra, bilavasitə varlıq anlamında təkcə vasitələndirici olduğu qədər dəvasitələnəndir; bu hipotetik əqlinəticədə özünü göstərir; 3) vasitələndirici ümumi özünün161

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!