13.07.2015 Views

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Platon tərəddüd etmədən bu cür mühakimə tərzini sofistika elan edərdilər, çünkidediyimiz kimi, sofistika üçün məzmun (bu məzmun doğru da ola bilər) deyil, hər şeyimüdafiə etməyə və hər şeyə hücum etməyə imkan verən əsasın forması xarakterikdir.Bizim düşüncə ilə zəngin və rezonans yaradan zamanımızda hər bir şey üçün, hətta ən pisvə pozğun şeylər üçün yaxşı əsas gətirməyi bacarmayan insan heç də çox uzaq deyil.Dünyada korlanmış hər bir yeni yaxşı əsaslar üzərində korlanır. Əsaslara, dəlillərə olanşikayət öncə bizi üzərində durduğumuz mövqedən imtina etməyə məcbur edir; ancaq bizəsaslarla işin nədən ibarət olduğu ilə təcrübədə tanış olduqda onlara qarşı kar oluruq vəonlar daha bizi özünə çəkə bilmir.§ 122Mahiyyət öncə özlüyündə görüntü və vasitəlilikdir. Vasitələnmənin totallığı kimimahiyyətin özünün özü ilə vəhdəti indi artıq fərqlərin aradan qaldırılması kimi və bunagörə də vasitələnmənin aradan qaldırılması kimi müəyyənləşmişdir. Deməli, bu,bilavasitəliyin və ya varlığın bərpasıdır, ancaq ona görə varlığın bərpasıdır ki, o,vasitəliliyin aradan qaldırılması ilə vasitələnmişdir. Bu – mövcudluqdur (die Existenz).Qeyd. Burada əsasın hələ özündə və özü üçün müəyyənləşmiş məzmunu yoxdur, o hələməqsəd də deyil, odur ki, fəaliyyətsizdir, bəhərsizdir; mövcud olan bir şey yalnız əsasdanyaranır. Odur ki, müəyyən əsas yalnız formal bir şeydir; müəyyən əsas hansısa birmüəyyənlikdir, çünki bu müəyyənlik özü özü ilə müəyyənləşmiş, ondan asılı olanbilavasitə mövcudluqla münasibətdə təsdiq (als Affirmation) kimi nəzərdə tutulanmüəyyənlikdir. Elə ona görə də müəyyən əsas əsasdır, o həm də yaxşı əsasdır, çünki"yaxşı" tamamilə abstrakt deyilərsə – yalnız nə isə bir təsdiqdir və hansısa bir üsulla başvermiş təsdiq kimi söylənilə bilən hər cür müəyyənlik yaxşıdır. Odur ki, hər şey üçünəsas tapmaq və göstərmək olar və yaxşı əsas (məsələn, hərəkətin yaxşı motivi) nə isə birfəaliyyətə sövq edə və etməyə bilər, nəticəsi ola da bilər, olmaya da bilər. Sövq edənmotiv, məsələn, yalnız ona iradə birləşdikdə hərəkətə keçir və yalnız iradə onu hərəkətəçevirir və səbəb olur.b. Mövcudluq§ 123Mövcudluq özü özündə refleksiya (özündə əks) və başqasında refleksiyanın (əksin)bilavasitə vəhdətidir. Bu səbəbdən mövcudluq özü özündə əksetmə və eyni zamandabaşqasında görünmədir (in-Anderes-scheinen) kimi mövcud olan qarşılıqlı asılılıqdünyasını, əsasların və əsaslandırılanların sonsuz silsiləsini yaradan mövcudluqlara dairqeyri-müəyyən çoxluqdan ibarətdir. Əsasların özü mövcudluqlar olduğu kimimövcudluqlar da bir çox yöndən əsasdırlar və əsaslandırılmışlardır.Əlavə. Existez (mövcudluq, existere sözündən götürülüb) deyimi nədənsə başlanğıcanlamanı bildirir və mövcudluq əsasdan yaranan, vasitəliliyin aradan qaldırılmasıvasitəsilə bərpa olunan varlıqdır. Mahiyyət aradan qaldırılan varlıq kimi öncə bizim üçünözü özündə görüntü kimi aşkar oldu və bu görüntünün tərifləri eyniyyət, fərq və əsasdanibarət oldu. Əsas eyniyyət və fərqin vəhdətidir və bu vəhdət eyni zamanda özünüözündən fərqləndirmədir. Lakin əsas nə qədər az abstrakt eyniyyətdirsə, əsasdanfərqləndirmənin fərqi də bir o qədər azdır. Əsas özü özünü aradan qaldırmadır və bu onuninkarının nəticəsidir, mövcudluqdur. Əsasdan yaranan mövcudluqda əsas vardır və əsasda mövcudluqdan arxada qalmayıb özünü aradan qaldırmaqdan və özünü mövcudluğaçevirməkdən ibarətdir. Bu anlamanı biz bir dərəcəyə qədər adi şüurda da tapırıq, belə ki,biz bir şeyin əsasını gözdən keçirərkən bu əsasda abstrakt daxili bir şeydən çox mövcud113

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!