13.07.2015 Views

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

kateqoriyası hüdudundan kənara çıxarır. Göstərilən predikat ("kafi"), əgər ümumiyyətləyalnız əsaslandırma qabiliyyətini ifadə etməlidirsə, onda artıqdır və tavtolojidir, belə ki,əsas yalnız bu qabiliyyətinə görə əsasdır. Əgər əsgər döyüş meydanından öz həyatınıqurtarmaq üçün qaçırsa, bu qanuna ziddir, ancaq demək olmaz ki, onu bu hərəkətə təhrikedən əsas kafi olmamışdır, belə ki, digər halda o öz postunu tərk etməzdi. Amma o daqeyd edilməlidir ki, əgər bir tərəfdən bütün əsaslar kafidirlərsə, digər tərəfdən dəəsaslardan heç biri kafi deyil, ona görə ki, artıq yuxarıda qeyd etdiyimiz kimi, əsasın hələözündə və özü üçün müəyyən məzmunu yoxdur və deməli, fəaliyyətli deyil, heç bir şeyicra edə bilməz. Sonradan görəcəyik ki, ancaq anlayış özündə və özü üçün müəyyəndir vədeməli, yaradıcı məzmun daşıyır və Leybnis kafi əsas haqqında danışarkən və şeylərinkafi əsas mövqeyindən gözdən keçirilməsini israr edərkən məhz anlayışı nəzərdə tutur.Leybnis hər şeydən öncə indi də bir çoxlarının sevdiyi xalis mexaniki anlamanı nəzərdətuturdu və haqlı olaraq onu qeyri-kafi sayırdı. Belə ki, məsələn, üzvi qan dövranıprosesinin yalnız ürəyin yığılıb açılmasına müncər edilməsi xalis mexaniki anlamadır,eləcə də cinayətkarın cəzalandırılması və zərərsizləşdirilməsində məqsədinqorxutmaqdan və ya buna bənzər digər xarici əsaslardan ibarət olduğunu hesab edəncinayət hüququ nəzəriyyəsi xalis mexaniki nəzəriyyədir. Əslində Leybnisin əsashaqqında formal qanun kimi yoxsul bir qanunla kifayətləndiyini düşünənlər haqlıdeyillər. Onun irəli sürdüyü baxış üsulu anlayışlarda dərk edən idrak tələb olunduğuyerdə təkcə əsas üzərində dayanan formalizmə birbaşa əksdir. Bu baxımdan Leybniscausas finales-i74 bir-birinə qarşı qoymuş və tələb etmişdir ki, onlardan birincininüzərində dayanmayıb irəliyə gedilsin və sonuncunun (causas finales) mahiyyəti dərkedilsin. Buna uyğun olaraq işığın, istiliyin, rütubətin fərqi bitkinin böyüməsinə causasfinales kimi deyil, causae efficientes kimi gözdən keçirilməlidir, bu isə bitkininanlayışından başqa bir şey deyil.Burada onu da qeyd etmək olar ki, təkcə əsaslar üzərində (başlıca olaraq hüquq vəmənəviyyat sahəsində) dayanmaq, ümumiyyətlə sofistlərin yanaşma prinsipinəməxsusdur. Sofistika deyəndə adətən onu hüququ və həqiqəti yalnız təhrif etmək məqsədigüdən və ümumiyyətlə şeyləri yalnız təsəvvür edən baxış üsulu kimi anlayırlar. Lakin bumeyl, baxış nöqtəsi mühakimə yürütmək bacarığından özgə bir şey olmayan sofistikayabilavasitə aid deyil. Sofistlər Yunanıstanda elə bir epoxada irəli çıxmışdılar ki, din vəmənəviyyat sahəsində yunanlar təkcə avtoritet və ənənələri yetərli saymırdılar və özləriüçün önəmli olanı vasitəli təfəkkürlə dərk etmək tələbatı hiss edirdilər. Sofistlər şeylərigözdən keçirmək imkanı verən bir-birindən fərqli baxışlar axtarışlarını təlim etməklə butələbatı qarşıladılar; fərqli baxışlar isə hər şeydən öncə əsaslardan başqa bir şey deyil.Amma az öncə qeyd etdiyimiz kimi, əsasın hələ özündə və özü üçün müəyyən məzmunuolmadığından və bir halda ki, mənəviyyatsız, hüquqa və mənəviyyata zidd olan hərəkətlərüçün asanlıqla əsaslar tapmaq mümkündür, deməli, hansı əsasların əhəmiyyətli olduğunuqəbul etmək qərarı subyektə verilmiş olur. Hansı əsasa üstünlük verəcəyi subyektin fərdiovqatından və niyyətindən asılı hala salınmış olur. Bununla da özlüyündə əhəmiyyətliolanın, hamının qəbul etdiyi baxışın obyektiv zəmini itirilmiş olur və sofistikanın bumənfi tərəfi hesabına sofistlər az öncə qeyd etdiyimiz pis rəyə haqlı olaraq layiqgörüldülər. Bəlli olduğu kimi, Sokrat sofistlərlə mübarizə aparırdı, ancaq bu mübarizəniavtoritet və ənənəni sadəcə onların mühakimələrinə qarşı qoymaqla aparmırdı, yalnızəsasların əsassızlığını dialektikcəsinə üzə çıxarır və onlara qarşı ədalət və xeyri,ümumiyyətlə ən ümumini və ya iradə anlayışını irəli sürürdü. Əgər indi, bizim zamandada dünya işlərini gözdən keçirərkən, habelə tələbatda əsasın yalnız rəy yaradır vəməsələn, allaha zikr etmək üçün də hər cür əsaslar gətirilirsə, onda Sokrat və eləcə də112

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!