13.07.2015 Views

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

təfəkkür məzmunun qaynağıdır, lakin forma sayəsində məzmun varlığa çevrilir və buvarlıq göründüyü kimi ruha kənardan gəlir.2-ci əlavə. Məntiqdə biz xalis fikir və ya təfəkkürün xalis tərifləri üzərində işləyirik.Fikir dedikdə biz hər zaman sözün adi anlamında yalnız xalis fikirdən ibarət olmayan nəisə bir şey başa düşürük, çünki bu zaman biz məzmunu təcrübədən alınan fikri bir şeydüşünürük. Məntiqdə fikirləri biz belə başa düşürük ki, onların təfkkürün özünə məxsusolan və onun özünün yaratdığı məzmundan başqa heç bir məzmunu yoxdur. Beləliklə,məntiqdə fikirlər xalis fikirlərdir. Beləliklə, ruh, yalnız özü özündə mövcuddur və deməli,azaddır, çünki azadlıq məhz özünün özgəsində də özündə olmaq, yalnız özündən asılıolmaq, özü özünü müəyyənləşdirməkdir. Bütün istəklərimdə mən mənim üçün hansısadış bir şeydən başlayıram. Burada, bu halda biz, asılılıqdan danışırıq. Azadlıq mənimözümdən başqa mənim üçün heç bir başqa şeyin olmadığı yerdə olur. Yalnız özününistəklərilə müyyən olunan təbii insan özündə deyildir. O nə qədər inad etsə də, onunistəklərinin, rəylərinin məzmunu yenə də onun özünün deyildir və onun azadlığı yalnızformal azadlıqdır. Mən düşünərkən özümün bütün subyektiv özəlliyimdən imtina edirəm,predmetə dalıram, təfəkkürümə sərbəst hərəkət verirəm və bu zaman özümdən nə isə birşey qoşuramsa, deməli, pis düşünmüş oluram.Əgər biz, yuxarıda göstərildiyi kimi, Məntiqi təfəkkürün xalis tərifləri sistemi kimigözdən keçiririksə, onda başqa fəlsəfi elmlər – təbiət fəlsəfəsi və ruh fəlsəfəsi – əksinə,tətbiqi məntiqdən ibarət olur, çünki məntiq elmlərin canlı ruhu, döyünən ürəyidir. O birielmlər yalnız onunla maraqlıdır ki, məntiq formalarını təbiətn və ruhun obrazlarında (denGestalten) – xalis təfəkkürün formalarının yalnız xüsusi ifadə üslubu olan obrazlarda dərketməsi baxımından maraqlıdır. Əgər biz, məsələn, əqlinəticəni (əski formal məntiqdə olananlamında deyil, həqiqətdə) götürsək, onda o, xüsusinin ən ümumini və təkcəni bir-birinəbağlayan aralıq tərifidir. Əqlinəticənin bu forması bütün şeylərin ümumi formasıdır.Bütün şeylər ümuminin təkcə ilə bağlandığı xüsusilərdir. Ancaq təbiətin zəifliyi məntiqformalarını xalis şəkildə təcəssüm etməsinə imkan vermir. Əqlinəticənin belə zəiftəcəssümü ondan ibarətdir ki, məsələn, bilavasitə eyniyyətdə olan fərqliliklərini,qütblərini öz aralığında, fərqsizlik nöqtəsində birləşdirən maqnitdir. Fizikada da bizümumilə, mahiyyətlə tanış oluruq və fizika ilə təbiət fəlsəfəsi arasındakı fərq yalnızondan ibarətdir ki, fəlsəfə bizi təbiət seyrlərindəki anlayışın həqiqi formalarının dərkinəçatdırır. Deməli, məntiq bütün elmlərin canlı ruhudur; təfəkkürün məntiqdəki təriflərixalis ruhlardır. Onlar son dərəcə iç dərinliklərdir, lakin eyni zamanda onlar hər zamandilimizdə olduqlarından bizə bəlli kimi görünürlər. Lakin belə bəlliliklər, adətən, dahagizlindirlər. Belə ki, məsələn, varlıq təfəkkürün xalis tərifidir, ancaq heç vaxt ağlımızagəlmir ki, fikri öz baxışımızın predmeti edək. Adətən, düşünürlər ki, mütləq uzaqda, obiri aləmdə28 olmalıdır, ancaq o, düşünən varlıq kimi bizim hər zaman özümüz dəbilmədən daşıdığımız və istifadə etdiyimiz varlıqdır. Təfəkkürün belə tərifləri, əsasən,dildə ötürülmüşdür və beləliklə, uşaqlara qrammatikanın öyrədilməsi onunla faydalıdırki, onları qeyri-şüuri olaraq təfəkkürdəki fərqlərə diqqət yetirməyə məcbur edir.Adətən, deyirlər ki, məntiq yalnız formalarla məşğul olur, öz məzmununu isə başqa birqaynaqdan götürməlidir. Lakin məntiqi fikirlər yalnız hər bir başqa məzmunlamüqayisədə məzmundurlar, hər bir başqa məzmun isə əksinə, yalnız məntiqi fikirləmüqayisədə yalnız məzmundur. Onlar hər şeyin özündə-və-özü-üçün-mövcud əsasıdır.Marağımızı belə xalis təriflərə yönəltmək üçün yüksək təhsillilik tələb olunur. Onlarınözündə və özü üçün gözdən keçirilməsi bir də ona görə əhəmiyyətlidir ki, biz tərifləritəfəkkürün özündən hasil edirik və onların həqiqi olub olmadığını da onların özü iləmüəyyənləşdiririk. İş o cür deyil ki, biz onları dış olaraq qəbul edirik, sonra isə onlara26

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!