13.07.2015 Views

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

ir-birinə münasibətində tamın və hissələrin münasibətində olduğu kimi hələ yalnızözündə eyniyyət vardır. Tam hissələrdən oluşsa da onu parçaladıqda daha tam olmur; gücisə əksinə, yalnız özünü aşkarlaması və bu aşkarlamada öünə qayıtması sayəsində özünügüc kimi göstərir, çünki aşkarlanma öz sırasında gücün özüdür. Ancaq deməliyik ki, bumünasibət yenə də sonludur və tamın və hissələrin münasibəti bu münasibətinbilavasitəliyi üzündən sonludursa, gücün və onun aşkarlığının münasibəti vasitəliolduğuna görə sonludur. Gücün və onun aşkarlığının vasitəli münasibətinin sonluluğu ilköncə onda təzahür edir ki, hər bir güc şərtlənir və özünün mövcudluğu üçün özü iləbirlikdə başqa nə isəyə də ehtiyacı vardır. Belə ki, məsələn, maqnit gücünün daşıyıcısıbəlli olduğu kimi, əsasən dəmirdir və onun başqa xassələrinin (rəngi, xüsusi çəkisi,turşulara münasibəti və i. a.) maqnetzm ilə heç bir bağlılığı yoxdur. Hər zaman həm dəbaşqa güclərlə şərtlənən və vsitələnən bütün digər güclər də onun kimidir. Gücünsonluluğu, sonra, onun aşkarlanması, təzahür etməsi üçün oyanmağa ehtiyacında özünügöstərir. Gücü oyandıran amilin özü də öz sırasında başqa bir gücün aşkarlığıdır və buaşkarlıq üçün də yenə oyanan güc olmalıdır. Beləliklə, biz ya yenidən sonsuz proqresə,ya da oyanma və oyandırmanın qarşılıqlı olmasına nail oluruq, amma bununla beləburada hələ hərəkətin mütləq başlanğıcı yetmir. Güc hələ məqsəd kimi özünü özündəmüəyyən etmir; onun məzmunu verilmiş və bununla da ona dışarı olan məzmundur və oaşkarlanarkən, adətən deyildiyi kimi, kor-koranə hərəkət edir; bunu gücün abstraktaşkarlanması və məqsədəuyğun fəaliyyəti arasındakı fərq kimi anlamaq lazımdır.2-ci əlavə. Bizim güya gücün özünü deyil, yalnız onun təzahürünü dərk etdiyimizbarədə tez-tez səslənən fikir əsaslandırılmadığından dəf edilməli olsa da (çünki güc eləözünün aşkarlığından ibarətdir və totallığın qanunu kimi başa düşülən aşkarlanmada bizonunla birlikdə gücün özünü də dərk edirik) unudulmamalıdır ki, gücün iç mahiyyətinindərkolunmazlığı barədə fikirdə bu münasibətin sonluluğunun düzgün sezimi vardır. Buvə ya başqa gücün ayrıca aşkarlıqları öncə qarşımızda qeyri-müəyyən müxtəliflik vətəsadüfi dağınıqlıq kimi durur; sonra biz bu müxtəlifliyi güc adlandırdığımız iç vəhdətəgətiririk və onda hökmran olan qanunu dərk edib görüntüsü üzrə təsadüfi zərurət kimibaşa düşürük; amma ayrı-ayrı güclər də öz sırasında müxtəlifdirlər və özlərinin sadəardıcıllığında onlar bizə təsadüflər kimi gəlir. Ona görə də emprik fizikada ağırlıq,maqnit, elektrik və i. a. güclərindən danışırlar; eləcə də empirik psxologiyada yaddaş,təxəyyül, iradi və başqa ruhi güclərdən söz açırlar. Bu zaman yenidən bu müxtəlif gücləribir tam kimi anlamaq ehtiyacı yaranır və əgər biz bu müxtəlif gücləri, deyək ki, ümumibir ilkin gücə bağlasaq, bu ehtiyac ödənməzdi. Bu əzəli gücün simasında biz abstraktözündə şey kimi məzmunsuz bir abstarksiya hasil etmiş olardıq. Bu deyiənlərə o da əlavəolunur ki, gücün və onun aşkarlığının bir-birinə münasibəti önəmli dərəcədə vasitəlimünasibətdir və deməli, gücün əzəli və ya ancaq özündən asılı olan bir şey kimi başadüşülməsi onun anlayışına ziddir.Gücün təbiəti ilə bağlı işin bu cür olması bizə mövcud dünyaya ilahi gücün aşkarlığıkimi baxılmasına etiraz etməyə haq vermir, ancaq biz allaha təkcə əzəli güc kimi baxabilmərik, ona görə ki, güc ikinci, sonlu tərifdir. Elmlərin intibahı deyilən epoxada təbiətinayrı-ayrı hadisələrini onların əsasında duran güclərə bağlamağa başladılar, kilsə buaddımı allahsızlıq adlandırdı, çünki əgər cazibə gücü, qüvvəsi göy cisimlərini hərəkətəgətirirsə, əgər bitkilərin böyüməsinə böyümə gücü səbəb olursa və s. dünyanın ilahiidarəçiliyinə heç nə qalmır və odur ki, allah güclərin bu oyununun tənbəl seyirçisisəviyyəsinə endirilmiş olur. Doğrudur, təbiətşünaslar və özəlliklə də Nyuton təbiətolaylarını aydınlatmaq üçün gücün reflektiv formasından istifadə edərək açıqca bildirdilərki, bununla kainatın yaradıcısı və idarə edicisi kimi allahın şəninə heç bir xələl gətirilmir.123

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!