13.07.2015 Views

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

və bu eyniyyətin özündə olmayan və onda görüntü kimi çıxış edən fərqlinin) özüeyniyyət forması aldığından bu görüntü özü ilə münasibətdə olan bilavasitəlik və yavarlıq formasına malikdir; bunun sayəsində mahiyyət bilavasitəliliklə vasitəliliyin hələqeyri-mükəmməl birliyinə çevrilmiş olur. Burada hər şey elə müyyənləşmişdir ki,mahiyyət özü özü ilə münasibətdə olur və bununla birlikdə özü özünü öz hüdudundankənara çıxarmış olur; mahiyyət sferasında hər şey refleksiyanın varlığı kimi, başqasındaöz görüntüsü (scheint) ilə parlayan və özündə başqasının öz görüntüsü ilə parladığıvarlıqdır. Bu səbəbdən də o həm də ziddiyyətin müəyyənləşdiyi, mövcud olduğu sferadırvə bu ziddiyyət varlıq sahəsində yalnız özündə mövcud olan ziddiyyətdir.Qeyd. Bütün bunların hamısında substansial olan eyni bir anlayış olduğundanmahiyyətin inkişafında da varlığın inkişafında olan təriflərlə, ancaq refleksiya olunmuşformada qarşılaşırıq. Beləliklə, varlıq və yoxluq yerinə indi müsbət və mənfi formalarçıxış edir. Müsbət eyniyyət qismində əkslikdən məhrum varlığa uyğun gəlir, mənfi isəfərq kimi inkişaf edir (özü özündə görüntü ilə parlayır). Sonra, burada özüldən refleksiyaolunmuş mövcud varlığın özülü kimi yaranış mövcudluqdur və i. a. Məntiqin bu (ənçətin) kəsimi əsas etibarilə metafizikanın və ümumiyyətlə fərqləri müstəqil götürən vəeyni zamanda onların nisbiliyini qəbul edən düşünən idrakın doğurduğu elmlərinkateqoriyalarını özündə birləşdirir; ancaq bu fikirlərin hər ikisini yan-yana və ya birbirindənsonra qoyaraq, bu idrak, onları anlayışda birləşdirməyib yalnız həmçinin sözüvasitəsilə bir-birinə bağlayır.AMAHİYYƏT MÖVCUDLUĞUN ƏSASIDIRa. Xalis reflektiv tərifləralfa) Eyniyyət§ 115Mahiyyət özünə özündə öz görüntüsü ilə parlayır və ya o, xalis refleksiyadır.68Beləliklə, mahiyyət yalnız özü ilə münasibətdir, lakin onun özünün özü ilə münasibətibilavasitə münasibət olmayıb reflektiv, fikri münasibətdir, mahiyyət özü ilə eyniyyətdir.Qeyd. Bu eyniyyət formal yaxud fikri eyniyyətdir, onu müəyyən bir dərəcəyə qədərfərqdən tutur və abstraksiyalaşdırırlar. Yaxud, daha doğrusu, abstraksiya elə bu formaleyniyyətin nəzərdə tutulması, özündə konkretin bu sadə formaya çevrilməsidir, həm dəbu çevrilmə konkretdə olan müxtəlifliyin bir hissəsinin (analizdə) üzərindənkeçilməsindən və onun yalnız bir hissəsinin ayrılmasından yaxud müxtəlifmüəyyənliklərin bir-birindən fərqlənməsinə baxmayaraq onların hamısının birmüəyyənlikdə birləşdirilməsindən asılı olmayaraq baş verir.Cümlənin subyekti kimi mütləqlə bağlı olan eyniyyət belə səslənir: mütləq özü iləeyniyyətdə olandır. Bu mühakimə nə qədər düzgün olmasa da hər halda iki mənalıdır vəonun lazımi mənasında götürülüb götürülməməsi aydın olmur; odur ki, bu mühakimənindeyilişi tam deyil, çünki burada abstrakt fikri eyniyyətin, yəni mahiyyətin başqatəriflərinə qarşı qoyulan eyniyyətin nəzərdə tutulub tutulmaması və ya özündə özünəeyniyyət kimi konkretin nəzərdə tutulduğu həll olunmamış qalır. İkinci anlamdagötürülən eyniyyət, aşağıda görəcəyimiz kimi öncə əsas, sonra isə həqiqətən anlayışdır.Hə, "mütləq" sözünün özü də tez-tez "abstrakt" sözü ilə eyni anlamda işlədilir; belə ki,məsələn, mütləq məkan, mütləq zaman abstrakt məkan, abstrakt zamandan başqa heçnəyi göstərmir.Mahiyyətin mühüm təriflər kimi götürülən tərifləri subyektin ehtimal etdiyi predikatlarolur və o təriflər mühüm təriflər olduğundan bu subyekt bütövdür. Bu cümlənin104

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!