13.07.2015 Views

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

sayəsində yaranan qanunlar təfəkkürün ən ümumi qanunları adlandırılmışdır. Eyniyyətqanunu belə səslənir: "Hər şey özünə bərabərdir, A=A"; inkar formasında isə belə deyilir:"A eyni bir zamanda həm A olub, həm də A olmaya bilməz". Təfəkkürün həqiqi qanunuolmaq yerinə, bu cümlə abstrakt düşüncənin qanunundan başqa bir şey deyil. Artıq bucümlənin forması onun özü ilə ziddiyyətdədir, belə ki, bu cümlə subyekt ilə predikatarasında fərqi vəd edir, eyni zamanda da formasının tələb etdiyini vermir. Özəlliklə də buqanun təfəkkürün ona bir başa əks olan qanunları kimi müəyyənləşdirilən digər qanunlarıilə məhv edilir. Əgər təsdiq edirlər ki, bu qanun sübut edilə bilməsə də hər bir şüur buqanun üzrə hərəkət edir və təcrübənin göstərdiyi kimi şüur bu qanunun səsini eşidən kimidərhal onunla razılaşır, onda bu yalançı məktəb təcrübəsinə qarşı belə bir ən ümumitəcrübə qoyulmalıdır ki, heç bir şüur bu qanun üzrə fikirlər və i. a. yaratmır, bu qanunüzrə danışmır, nəyə aid olmasından asılı olmayaraq elə bir şey yoxdur ki, bu qanun üzrəmövcud olsun. Bu normativ (seinsollenden) qanundan irəli gələn (planet planetdir,maqnetizm maqnetizmdir, ruh ruhdur) ifadələri haqlı olaraq ağılsız ifadələr sayılır: ənümumi təcrübə bax belədir. Yalnız belə qanunları tanıyan və qəbul edən məktəb, eləcə dəonun bu qanunları ciddi şərh edən məntiqi sağlam fikrin və ağlın ittihamı qarşısındaözlərini çoxdan nüfuzdan salmışlar.Əlavə. Eyniyyət hər şeydən öncə artıq varlıq kimi gözdən keçirdiyimiz məzmundur,ancaq bu – varlıq bilavasitə müəyyənliyi aradan qaldırılmaqla, deməli, ideal kimi irəliçıxan varlıqdır. Eyniyyətin həqiqi anlamını lazımi səviyyədə başa düşmək çox önəmlidir,bunun üçün ilk öncə onu yalnız abstrakt eyniyyət kimi, yəni fərqi istisna edən eyniyyətkimi anlamaqdan qaçmaq lazımdır. Bu elə bir məqamdır ki, onunla fəlsəfə adına layiqolan fəlsəfə hər cür pis fəlsəfədən fərqlənir. Eyniyyət (bilavasitə varlığın ideallığı kimi)bizim dini şüurumuz üçün, eləcə də ümumiyyətlə hər bir təfəkkür və şüur üçün yüksəktərifdir. Demək olar ki, allah haqqında həqiqi bilik onu eyniyyət – mütləq eyniyyət kimianlamaqdan başlanır, bu anlayışda o da vardır ki, dünyanın bütün əzəməti, böyüklüyüallah qarşısında heçdir və allahın qüdrəti və böyüklüyünün yalnız şəfəqi kimi mövcud olabilər. Eynilə bu cür demək lazımdır ki, eyniyyət özünüdərk kimi insanın özünü qalantəbiətdən, özəlliklə də heyvanlardan fərqləndirməsidir. Başqa sözlə, insanın özünün özüilə eyniyyəti deyimində onun heyvandan fərqlənməsi fikri də vardır, yəni eyniyyətdəfərdin təsdiqi vardır; heyvan özünü "mən" kimi, yəni özündə özünə xalis eyniyyət kimidərk edə bilməz. Sonra, eyniyyətin təfəkkür üçün anlamına gəlincə burada önəmli olanodur ki, özündə aradan qaldırılmış varlığa və onun təriflərinə malik həqiqi eyniyyətabstrakt, yalnız formal eyniyyətlə qarışdırılmasın. Təfəkkürə hissilik və bilavasitə seyrnöqteyi-nəzərilə edilən birtərəflilik, məzmunsuzluq və s. kimi iradların əsasında belə biryanlış fikir durur ki, təfəkkürün fəaliyyəti yalnız abstrakt eyniləşdirmə fəaliyyətindənibarətdir, formal məntiqin özü isə formal eyniyyət qanununu guya ali qanun kimi irəlisürərək o fikri təsdiq edir. Əgər təfəkkür yalnız abstrakt eyniyyətdən ibarət olsaydı, ondaən gərəksiz və darıxdırıcı bir şey sayılardı. Əlbəttə, anlayış və sonra da ideya özü özü iləeyniyyətdir; lakin onlar yalnız ona görə özü ilə eyniyyətdir ki, onlarda həm də fərqvardır.beta) Fərq§ 116Mahiyyət yalnız özündə özünə xalis eyniyyət və görüntüdür, çünki o özü iləmünasibətdə olan inkarlıqdır yaxud özünün özünə inkar münasibətidir və deməli, özünüözündən özü ilə itələmədir; deməli, o özündə zəruri olaraq fərqi də saxlayır.105

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!