13.07.2015 Views

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

anlayışına uyğun hərəkət deyil. Bu misallardan görünür ki, hansısa bir bilavasitə təkcəninabstrakt keyfiyyət kimi ifadə olunduğu bilavastə mühakimə nə qədər düz olur olsun, yenədə onda həqiqət ola bilməz, çünki bu mühakimədə subyekt və predikat reallıqla vəanlayışla ilişikli deyil. Bilavasitə mühakimənin həqiqi olmaması ondan ibarətdir ki, onunforması və məzmunu bir-birinə uyğun gəlmir. Əgər biz: "bu çiçək qırmızıdır" deyiriksə,onda "dır" bağlayıcısı onu bildirir ki, subyekt və predikat bir-biri ilə uzlaşır. Ancaq birkonkret kimi çiçək yalnız qırmızı olmayıb həm də xoş ətirlidir və onun müəyyən birforması və qırmızılıq predikatında olmayan cürbəcür tərifləri var. Digər tərəfdənqırmızılıq predikatı bir abstrakt ümumi kimi təkcə bu subyektə – çiçəyə məxsus deyil.Qırmızı rəngli digər çiçəklər və predmetlər də vardır. Subyekt və predikat bilavasitəmühakimədə bir-birilə bir nöqtədə kəsişirlər, ancaq bir-birini ört-basdır etmirlər. Anlayışmühakiməsi isə başqadır. Biz "bu hərəkət yaxşıdır" desək, bu, anlayış mühakiməsiolacaq. Biz dərhal qeyd edirik ki, burada subyekt və predikat arasında bilavasitəmühakimədə olan səbatsız və dış bağlılıq yoxdur. Bununla belə, bilavasitə mühakimədəpredikat subyektə məxsus olan və həm də məxsus olmaya bilən abstrakt keyfiyyəti təşkiledir, anlayış mühakiməsində isə əksinə, predikat subyektin sanki canı, ruhudur, subyektisə predikatın, ruhun bədənidir və bütünlüklə predikatla müəyyən olunur.§ 173Birinci inkar kimi bu inkarda subyekt hələ predikata aiddir və onun sayəsində nisbiümumi və ancaq inkar olunmuş müəyyənlikdir ("çiçək qırmızı deyil" ifadəsi bildirir ki,hər halda çiçəyin rəngi var, ancaq başqa rəngdir, deməli, bu yenə də müsbət mühakiməolacaq). Amma təkcə ümumi deyil. Beləliklə 3) mühakimə özlüyündə: aa) boş eyniyyətbağlanttısına: təkcə təkcədir – eyniyyət mühakiməsidir və bb) subyekt və predikatarasında tam uyğunsuzluq deyilən sonsuz mühakiməyə bölünür.Qeyd. Sonsuz mühakiməyə, məsələn, "Ruh fil deyil", "Aslan masa deyil" və i. a.mühakimələri misal ola bilər – burada cümlələr düzgündür, ancaq bunlar da "Aslanaslandır", "ruh ruhdur" və i. a. eyniyyət cümlələri kimi mənasızdır. Bu cümlələrbilavasitə olanın həqiqəti, keyfiyyət mühakiməsi deyilən mühakimələr olsa daümumiyyətlə mühakimə deyillər və yalnız qeyri-həqiqi abstraksiyanı qeyd edənsubyektiv təfəkkürdə qarşıya çıxır. Obyektiv gözdən keçirilən bu mühakimələr mövcudolanın və ya hissi şeylərin təbiətini ifadə edir, ifadə edir ki, hissi şeylər boş eyniyyətə vəbir-biri ilə bağlananların bir-birinə tam uyğunsuzluğuna bölünmədir.Əlavə. Subyekt və predikat arasında heç bir bağlantının olmadığı inkarı – sonsuzmühakimə adətən formal məntiqdə yalnız mənasız məzə, gülmək xatirinə gətirilir. Lakinəslində biz bu sonsuz mühakiməyə təkcə subyektiv təfəkkürün təsadüfi forması kimibaxmamalıyıq; o əksinə, əvvəlki mühakimələrin (müsbət və sadə-inkari mühakimələrin)əsas dialektik sonucudur və onların sonluluğunu və qeyri-həqiqiliyini açıqca gözəçarpdırır. İnkari-sonsuz mühakiməyə obyektiv misal kimi cinayəti göstərmək olar.Cinayət (məsələn, oğurluq) edən şəxs nəinki oğurlanan şeyə başqa şəxsin xüsusihüququnu, həm də ümumiyyətlə hüququ inkar edir və ona görə də oğru oğurladığı şeyləriqaytarmağa məcbur edilməklə bərabər, həm də cəzalandırılır, çünki onun hərəkətiümumiyyətlə hüquqa qarşı yönəlmişdir. Mülki iddia isə əksinə, sadə-inkari mühakiməyəmisal ola bilər, çünki bu iddiada yalnız bu xüsusi hüquq inkar edilir, deməli,ümumiyyətlə hüquq etiraf edilir. Burada iş "Bu çiçək qırmızı deyil" inkar mühakiməsindəolduğu kimidir. Bu mühakimədə ümumiyyətlə çiçəyin rəngi yox, xüsusi rəng (qırmızı)inkar edilir, çünki çiçəyin rəngi qırmızıdan başqa mavi, sarı və i. a. da ola bilər. Eləcə dəölüm sadə-inkari mühakimə olan xəstəlikdən fərqli olaraq sonsuz-inkari mühakimədir.151

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!