13.07.2015 Views

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

ağlantısından sərfnəzər etdikdə o cür təsəvvür edirik. Belə ki, sonlu sferasında biz heçvaxt bir-birilə bağlı olan formaların təriflərinin fərqindən kənara çıxmadığımız üçünsəbəb həm də bir şərtilik və ya təsir kimi müəyyənləşmiş olur: o zaman səbəbin də özsırasında səbəbi olur. Burada da təsirdən səbəbə doğru sonsuz proqres belə yaranır. Vəsəbəblə eyniyyəti baxımından araşdırılan təsiri biz səbəb kimi və məhz öz sırasında başqatəsirlər doğuran başqa bir səbəb kimi və s. və i. a. müəyyənləşdirdikdə enən proqresalınır.Əlavə. Düşüncə substansiallığı qəbul etməkdə nə qədər inad edirsə, səbəbiyyət, yənisəbəb və təsirin bağlılığı onun üçün bir o qədər vərdiş halını alır. Məzmunu zərurət kimianlamaqdan söz getdikdə empirik-əqli refleksiya öz vəzifəsini bu məzmunu başlıcaolaraq səbəb bağlantısına müncər etməkdə görür. Amma bu bağlantı şübhəsiz və zərurətəməxsus olsa da, özünün özü ilə sadə bağlantısı ilə özünü aşkarlama olduğu kimi dəsəbəbiyyətdə olan vasitələnmənin aradan qaldırılmasından ibarət zərurət prosesinin ancaqbir tərəfidir. Əgər biz səbəbiyyətdən irəli getmiriksə, onda həqiqi səbəb deyil, sonlusəbəb əldə etmiş oluruq və o zaman bu münasibətin sonluluğu səbəb və təsirin birbirindənfərqli halda götürülməsindən ibarət olur. Ancaq səbəb və təsir nəinki birbirindənfərqlidir, həm də bir-birinin eynidir və bu eyniyyəti hətta gündəlik şüurumuzdada tapmaq olar: biz, səbəbə təsir yaratdığı üçün səbəb deyirik, eyni zamanda təsir onagörə təsir adlanır ki, səbəbi var. Deməli, səbəb və təsir məzmunca eynidir və onlarınarasındakı fərq əsasən yalnız ehtimalla qərarlaşma arasındakı fərqdir və formanın bu fərqiyenidən özünü aradan qaldırır, belə ki, səbəb nəinki nə isə bir başqasının, həm də özüözünün səbəbidir və təsir nəinki nə isə bir başqasının, eləcə də özü özünün təsiridir. Bubaxışa görə şeyin sonluluğu ondan ibarətdir ki, səbəb və təsir öz anlayışlarına görə eyniolsalar da bu iki forma yenə də ayrı-ayrılıqda çıxış edirlər, belə ki, gerçəkdən səbəb həmdə təsir, təsir isə həm də səbəb olsa da, səbəbin təsir, təsirin isə səbəb olması onlarınbirinin səbəb o birinin isə təsir olması yönündən deyildir. Bu yenə də özünü, habeləsonsuz təsirlər sırası kimi göstərən səbəblərin sonsuz sırası halında sonsuz proqresəgətirib çıxarır.§ 154Təsir səbəbdən fərqlənir; təsir qərarlaşmalıdır, ancaq qərarlaşma eyni zamanda da özüözünə-refleksiya,bilavasitəlik və səbəbin hərəkətidir, bununla birlikdə onun qərarlaşmasıöncədən qərarlaşmadır, çünki biz təsirin səbəbdən fərqlənməsindən çıxış edirik. Deməli,bununla təsirin yönəldiyi başqa substansiya verilir. Bilavasitə substansiya kimi busubstansiya özü ilə münasibətdə olan inkarlıq deyildir və fəal yox passivdir. Lakin osubstansiya kimi həm də aktivdir və öncə qərarlaşmış bilavasitəliyi və onda olan təsiriaradan qaldırır: o təpgi verir, yəni özü özünün bilavasitəliyinin və ya onda olan təsirinaradan qaldırılmasından ibarət olan birinci substansiyanı aradan qaldırır; deməli, bubirinci substansiya başqa substansiyanın aktivliyini aradan qaldırır və həmçinin təpgigöstərir. Beləliklə, səbəbiyyət qarşılıqlı təsir bağlantısına keçir.Qeyd. Qarşılıqlı təsirdə səbəbiyyət hələ özünün həqiqi tərifini tapmasa da, hər halda,qarşılıqlı təsirdə səbəblərin və təsirlərin sonsuz proqresi həqiqətən aradan qaldırılmışolur, çünki səbəblərdən təsirlərə və təsirlərdən səbəblərə birtərəfli keçid öz yolundan çıxırvə əks istiqamət alır. Bu sonsuz proqresin özlüyündə qapalı bağlantıya qayıtması buradada hər yerdə olduğu kimi bu fikirdən məhrum təkrarlanmada yalnız eyni bir şeydən: ikisəbəbin və onların bir-biri ilə bağlı olması kimi sadə refleksiyadan ibarətdir. Amma bubağlılığın inkişafı, qarşılıqlı təsir səbəblərin fərqləndirilməsinin yox, özü üçün göstərilən138

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!