13.07.2015 Views

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

yüksək savadlı olan əski yunanlar nə allahı onun ən ümumiliyində, nə də insanı dərketməmişlər. Yunanların allahı yalnız ruhun özəl qüvvəsi, ən ümumi allah isə xalqın allahıidi və yunanlar üçün gizli, dərk edilməmiş allah idi. Ona görə də yunanlar üçün onlarınözləri ilə barbarlar arasında mütləq ayrılıq qoyulurdu və insan özünün sonsuz dəyəri vəsonsuz hüququ ilə qəbul olunmamışdı. Sual olunur, nəyin əsasında çağdaş Avrpadaköləlik yox olmuşdur və bu hadisənin izah olunması üçün cürbəcür şəraitlər əsas gətirilir.Xristian Avropasında kölələrin olmamasının həqiqi əsasını xristianlıq prinsipindəaxtarmaq lazımdır. Xristian dini mütləq azadlıq dinidir və yalnız xristianlar üçün insanözünün sonsuzluğu və ən ümumiliyində anlam daşıyır. Kölə üçün çatışmayan onunşəxsiyyət kimi qəbul edilməməsidir; şəxsiyyət prinsipi isə ən ümumilikdir. Ağa köləyəşəxsiyyət kimi yox, mənliyi olmayan əşya kimi baxır, kölə "mən" sayılmır, onun "mən"iağasıdır.Yalnız ümumi və həqiqi ən ümumi arasında bizim göstərdiyimiz fərqin gözəlnümunəsini Russonun tanınmış "İctimai müqavilə" əsərində tapırıq. Orada deyilir ki,dövlət qanunlarının qaynağı ən ümumi iradə (volonte generale) olmalıdır, ancaq elə busəbəbdən bu qanunların hamının iradəsindən ibarət olması vacib deyil. Amma Russo,əgər ardıcıl olaraq bizim göstərdiyimiz o fərqi nəzərdə saxlasaydı, dövlət nəzəriyyəsinədaha əsaslı xidmət etmiş olardı. Ən ümumi iradə iradə anlayışıdır və əsası bu anlayışdaolan qanunlar iradənin xüsusi tərifləridir.2-ci əlavə. Anlayışın yaranmasının adətən empirik tərifdə verilən işahı ilə bağlı onu daqeyd etmək lazımdır ki, anlayışı biz yaratmırıq və anlayışa yaranan bir şey kimibaxılmamalıdır. Anlayış, hər halda ancaq varlıq və ya bilavasitəlik deyildir, onavasitəlilik də daxildir; vasitəlilik onun özündədir və anlayış özü ilə və özü özünüvasitələndirmədir. Yanlış düşünürlər ki, öncə predmetlər bizim təsəvvürlərimizinməzmununu yaradır və ancaq bundan sonra predmetlərdəki ümumini abstraktlaşdırmaqvə birləşdirməklə onların anlayışını yaradan subyektiv fəaliyyətimiz prosesə qoşulur.Əksinə, anlayış həqiqi birincidir və şeylər fəaliyyət sayəsində onlara məxsus olan vəonlarda aşkar edilən anlayışlardır. Biz bunu, allah dünyanı heç nədən yaratdı deməklə vəya dünya və sonlu şeylər ilahi düşüncənin bütövlüyündən və ilahi niyyətdən törəndiifadəsilə dini şüurumuzda qeyd edirik. Daha doğrusu, bununla qəbul etmiş oluruq ki,anlayış özünün reallaşması üçün ondan kənarda olan materiala ehtiyacı olmayan sonsuzforma və ya azad yaradıcı fəaliyyətdir.§ 164Anlayış bütövlükdə konkretdir, çünki onun təkcəlikdən ibarət özündə və özü üçünmüəyyənlik kimi özü ilə mənfi vəhdəti özünün özü ilə bağlantısını, ümumiliyini təşkiledir. Odur ki, anlayışın yuxarıda göstərdiyimiz momentləri bir-birindən ayrı deyildir.Reflektiv təriflərin hər biri özlüyündə, əks təriflərdən ayrılıqda başa düşülməli və mənadaşımalıdır; ancaq anlayışda o momentlər eyniyyətdə olduğundan onların hər biribaşqalarından və başqaları ilə birlikdə başa düşülə bilər.Qeyd. Abstrakt, bir-birindən ayrılıqda götürülən ümumilik, xüsusilik və təkcəlikeyniyyət, fərq və əsas kimidir. Lakin ümumi müstəsna olaraq o anlamda özü iləeyniyyətdir ki, o eyni zamanda özündə xüsusini və təkcəni birləşdirir. Sonra, xüsusifərqləndirilmiş və ya müəyyənlikdir, ancaq o anlamda müəyyənlikdir ki, özlüyündə o,ümumidir və təkcə kimidir. Eynilə də təkcə subyekt, cinsə və növə malik olan əsasanlamında təkcədir, substansiyadır. Anlayışın aydınlığı onun fərqli momentlərininqərarlaşmış ayrılmazlığıdır (§ 160), bu, heç bir fərqlə pozulmayan, tutqunlaşmayan, daim şəffaf aydınlıqdır.145

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!