13.07.2015 Views

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

münasibətdə özünü mütləq hiyləgərlik kimi aparır. Allah insanlara onların istədiklərikimi hərəkət etmək imkanı verir, onların ehtiraslarını və maraqlarını məhdudlaşdırmır,bunda isə onun idarə etdiyi və yararlandığı insanların məqsədlərindən fərqli məqsədigerçəkləşmiş olur.§ 210Beləliklə, reallaşmış məqsəd subyektivliklə obyektivliyin münasib görülən vəhdətidir.Amma bu vəhdət onunla xarakterizə olunur ki, subyektivlikdə olan birtərəflilikneytrallaşdırılmış və aradan qaldırılmış, obyektivlik isə azad anlayış kimi məqsədə tabeedilmiş və uyğunlaşdırılmışdır, deməli, həm də məqsədin hökmranlığına tabe edilmişdir.Məqsəd özünü obyektivliklə mübarizədə və eyni zamanda obyektivlikdə qoruyubsaxlayır, çünki məqsəd birtərəfli subyektiv olmaqla birlikdə, həm də konkret-ümumi,subyektivliklə obyektivin əsl özündə eyniyyətidir. Bu ümumi sadəcə özündə refleksiyakimi məzmundur və bu məzmun əqlinəticənin bütün üç terminində və onların hərəkətimüddətində eyni bir şey olaraq qalır.§ 211Lakin sonlu məqsədəuyğunluqda gerçəkləşmiş məqsəd də aralıq və ilkin məqsəd kimieyni bir özündə – sarsıntıdan üzgündür. Ona görə də yalnız öncədən tapılmış materialdadış forma (məqsədin məzmunun məhdudluğu üzündən təsadüfi tərifdən ibarət olanforma) alınır. Odur ki, can atılmış və əldə olunmuş məqsəd yalnız öz sırasında başqaməqsədlər üçün vasitə və ya material olan bir obyektdən ibarətdir və bu sonsuz birprosesdir.§ 212Məqsədin reallaşmasında birtərəfli subyektivlik və ona qarşı duran obyektiv müstəqillikgörüntüsü aradan qalxır. Anlayış vasitəyə malik olur və özünü obyektin özündə həqiqimahiyyəti sayır; obyektin özündə müstəqilliyi artıq mexaniki və kimyəvi proseslərdəaradan qaldırılmış olur, bu proseslərin məqsədin hökmranlığı altında baş verməsində isəobyektin müstəqilliyi görüntüsü, özünü anlayışa qarşı qoyan inkar aradan qalxır. Ancaqgerçəkləşmiş məqsədin yalnız vasitə və material kimi müəyyən edilməsində bu obyektdərhal özündə cüzi bir şey, ideal bir şey olur. Bununla da məzmun və forma arasındakıəkslik yox olur. Belə ki, məqsəd formanın müəyyənliyini aradan qaldıraraq özü özü iləqovuşduğundan forma özü ilə eyniyyət kimi, deməli, məzmun kimi olur, çünki formanınfəaliyyəti kimi anlayışın məzmunu yalnız özüdür. Beləliklə, bu prosesdə məqsədinanlayışı, yəni subyektivliyin və obyektivliyin özündə mövcud vəhdəti artıq özü üçünmövcud vəhdətə, ideyaya çevrilmişdir.Əlavə. Məqsədin sonluluğu ondan ibarətdir ki, onun reallaşmasında vasitə kimi istifadəedilən material yalnız dış yöndən, zahiri olaraq məqsəd altına salınır və onauyğunlaşdırılır. Amma əslində obyekt özündə anlayışdır və onun məqsəd kimireallaşması yalnız onun iç mahiyyətinin reallaşmasının təzahürüdür. Beləliklə obyektivliksanki bir örtükdür ki, onun altında anlayış gizlənir. Sonlu çərçivəsində biz məqsədəhəqiqi nail olunduğunu hiss edə və görə bilmərik. Odur ki, sonsuz məqsədingerçəkləşməsi yalnız onun hələ gerçəkləşmədiyi illüziyasının aradan qaldırılmasındanibarətdir. Xeyrin, mütləq xeyrin dünyada gerçəkləşməsi əbədi prosesdir və onun sonucubudur ki, mütləq xeyir, artıq özündə və özü üçün gerçəkləşmişdir və onu gözləmək lazımdeyil. Bu illüziya ilə biz yaşayıırq, eyni zamanda onun özü bizi fəaliyyətə təhrik edir,dünya ilə maraqlanmağa məcbur edir. İdeyanın özü öz prosesində bu illüziyanı yaradır,173

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!