13.07.2015 Views

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

panteist müddəa irəli sürülür. Antik filosoflar "Nə isə bir şey hansısa başqa bir şeydənyaranır" yaxud "Heç nədən heç nə yaranmır" müddəasının əslində yaranışı aradanqaldırdığını aydın görmüşlər, çünki yaranan və onu yaradan eynidir; burada yalnızeyniyyətin abstrakt əqli deyimi vardır. Amma "Heç nədən heç nə yaranmır" və ya "Nə isəbir şey hansısa başqa bir şeydən yaranır" müddəalarının bizim zamanımızda da heç birşərh verilmədən işlədilməsi qəribə görünməlidir, həm də çoxları başa düşmürlər ki,həmin müddəalar panteizmin özülündə durur və bilmirlər ki, antik müdriklər omüddəalardan ətraflı nəticə çıxarmışlar.Əlavə. Yaranış, qərarlaşma birinci konkret fikirdir və deməli, birinci anlayışdır, varlıqvə yoxluq isə əksinə, boş abstraksiyalardır. Əgər biz varlıq anlayışı haqqında danışırıqsa,onda bu yalnız yaranışdan ibarət ola bilər, çünki yaranış varlıq kimi boş yoxluqdan, boşyoxluq kimi isə boş varlıqdan ibarətdir. Deməli, varlıqda biz yoxluğa, yoxluqda isəvarlığa malik oluruq. Lakin yoxluqda özündə olan bu varlıq yaranışdır. Yaranışın buvəhdətində biz fərqlilikləri gözdən qaçırmamalıyıq, çünki fərqliliklərsiz biz yenə dəabstrakt varlığa qayıtmış olarıq. Yaranış yalnız varlığın öz həqiqətinə uyğunluğudur.Təfəkkürün varlığa əks olması fikri tez-tez səsləndirilir. Lakin ilk öncə soruşulmalıdırki, varlıq dedikdə burada nəyi nəzərdə tuturlar. Əgər biz varlığı refleksiyanın müəyyənetdiyi kimi götürürüksə, onda onun haqqında yalnız deyə bilərik ki, o, bütünlüklə özü iləeyniyyətdən və təsdiqdən ibarətdir. Əgər sonra təfəkkürü gözdən keçirsək, onda onunbütövlükdə özü ilə eyniyyətdən ibarət olduğu gözümüzdən qaça bilməz. Eyni bir tərifonların ikisinə də – varlığa və təfəkkürə məxsusdur. Ancaq varlığın və təfəkkürün bueyniyyətini konkret götürə bilmərik, deməli biz deməməliyik ki, bir varlıq kimi daşdüşünən insanın eynidir. Konkret şey abstrakt tərifdən tamam başqadır. Varlıqda isə hərhansı konkretliyin olmasından söz gedə bilməz, çünki varlıq tamamilə abstraktdır. Bubaxımdan özü özündə sonsuz konkret olan allahın varlığı haqqında məsələ dəmaraqsızdır.Birinci konkret tərif kimi yaranış eyni zamanda fikrin birinci həqiqi tərifidir. Fəlsəfətarixində məntiqi ideyanın bu pilləsinə Heraklit sistemi uyğun gəlir. Hər şey axırdeyərkən Heraklit bununla yaranışı bütün varlığın əsas tərifi elan edir, eleatlar isə əksinə,yuxarıda qeyd etdiyimiz kimi, tək varlığı, hərəkətsiz, dəyişməz varlığı həqiqət kimi qəbuletmişlər. Eleatların prinsipini nəzərdə tutaraq Heraklit davam edir: "Varlıq yoxluqdanbaşqa bir şey deyil". Bununla da o, abstrakt varlığın mənfiliyini və onun yaranışdakıöncədən müəyyənləşmiş eyniyyətinin abstrakt yoxluq qədər əsassız olduğunu söyləyir.Bununla yanaşı biz burada bir fəlsəfi sistemin başqa sistemlə təkzib olunmasının əslnümunəsini görürük; bu təkzib təkzib olunan fəlsəfi prinsipin dialektikasının və onunideyanın daha yüksək konkret formasının ideal momenti səviyyəsinə endirilməsinigöstərir. Ancaq özündə və özü üçün götürülən yaranış da hələ yenə də son dərəcə yoxsulbir tərifdir və o özündə dərinləşməli və məzmunla dolmalıdır. Yaranışın özündə belədərinləşməsi məsələn həyatdır. Həyat yaranış, qərarlaşmadır, ancaq onun anlayışıbununla tükənmir. Yaranış özünün daha yüksək formasında qarşımızda ruh qismindəçıxış edir. Ruh da yaranışdır, ancaq boş məntiqi yaranışdan daha intensiv, daha zənginyaranışdır. Vəhdəti, ruhu ifadə edən momentlər boş, məzmunsuz abstraksiyalar, varlıq vəyoxluq olmayıb məntiqi ideya və təbiət sistemidir.b. Mövcud varlıq§ 8981

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!