11.07.2015 Views

12. Sayı; TURAN-SAM SONBAHAR Sayısı, 2011

12. Sayı; TURAN-SAM SONBAHAR Sayısı, 2011

12. Sayı; TURAN-SAM SONBAHAR Sayısı, 2011

SHOW MORE
SHOW LESS
• No tags were found...

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

TURAN-SAM * YIL: 2011 * CİLT: 3 * SAYI: 12 * SONBAHAR 2011TURAN STRATEJİK ARAŞTIRMALAR MERKEZİ DERGİSİwww.turansam.orgetmək üçün yeni strategiyalar hazirlamalıdır: yeni liderlə identifikasiya olunmaq üçünqaydalar məcmuusu, xüsusi davranış etikası və s. tələb olunur. Lakin bu cürqaydaların tez bir zamanda ənənəyə və xarizmalı liderin isə ənənəvi hakimiyyətəçevrilmə ehtimalı böyükdür. Beləliklə, təmiz xarizma daha çox şəxsi aspektləri ehtivaedir, tərəfdarları ilə üz-üzə, qarşılıqlı inam, borc və sevgi hislərinə əsaslanır. Təmizxarizma yaradıcı və inqilabıdır. Liderin ölümündən sonra adi, “rutinləşmiş”xarizmanəsildən nəslə keçsə də, sabit sosial strukturların əsasını təşkil etsə də, bütövlükdəmühafizakar qüvvə kimi sosial dəyişıkliyin amili deyildir.Bizim üçün daha önəmli xarizmanın maqik və profetik variantlarıdır, zirabizim konsepsiyaya görə xarizma fundamental dini konseptdir. Maqik xarizmaşamana yaxud maqa (sehrbaza) aid edilir və mühafizəkar qüvvə kimi tayfa adətənənələriniqoruyur. Veberə görə profetik xarizmaya daha mürəkkəb cəmiyyətlərdətəsadüf edilir və peyğəmbər digər növdən olan xarizmalı liderlər üçün prototipdir.Fikrimizcə, xarizmanın ruhi xəstlıklə heç bir əlaqəsi yoxdur, onun mənbəyi xarizmalıliderin bi-şüur qatında movcud olan “gərgin hiss və emosiyaları”dır. Bu qeyri-adiemosiya, Veberin də qeyd etdiyi kimi, ekstaz, eyforiya və siyasi ehtiraslar formasındatəzahür edir. Qrup üzvləri yaxud onun ardıcılları da eyni hislərə malikdir, əks haldaxarizma təşkilatlana bilməz. Bununla əlaqədar Veber qeyri-adi emosiyanın özündə üçməqsədi vurqulayır.Birincisi iki növ lider tipini ehtiva edir, şaman və “nümunəvi” peyğəmbər, Hərikisi ekstazdan nicat-xilasa çatmaq, özünü ilahiləşdirmək və kulta çevirmək üçün biralət kimi istifadə edir. Ekstaz halına gəlməkdən ötrü musiqi, rəqs, tiryək, bir sözləorgidən istifadə edilir. İkinci məqamı “etik-nümunəvi” peyqəmbər adlandırır. Busubyekt eyforiyanın mülayim formalarından, məsələn yaşadığımız dünyada hər cürzorakılıq, nifrət, qorxu və ehtiyacdan azad bir sfera yaratmaqdan ötrü röyayabənzərmistik illüminasiya və dini çevrilmələrdən-konversiyadan istifadə edir. Peyğəmbərinilahi-etik missiyası var və o, həmin vasitələri tələb olunan dünyanı, mahiyyəti etibariilə ideal dünyanı sistematik olaraq yenidən modelləşdirməyə yönəldir. Bu baxımdankultun-pərəstişin məqsədi transendent dünyaya yönəlmiş etik davaranışı qurmaqdanibarətdir. Deməli məqsəd heç də Allaha bənzəmək deyil, Allahın yerdə “köməkçisi”kimi ilahi varlıqla mənən və ruhən qaynayıb-qarışmaqdır 19 . Üçüncüsü, xarizmalısiyasi lider ardıcılların siyasi ehtiraslarını səfərbər edib xeyirli məqsədlərə yaxudonun əksinə yönəldir.Sosial dəyişikliyi və qəhrəman liderlərin davranışlarını xarizma ilə izah edənVeber xarizmanı nəsə quru termin kimi deyil, onu təcəssüm etmiş həyati qüvvənin özüilə eyniləşdirir. Xarizmanı ekstazla bağlayaraq, Veber xarizmaya sosial, psixoloji vəiqtisadi münaqişə və gərginlikdən qurtulmaq üçün bir vasitə kimi yanaşır. Xarizmalıliderin özü böhranlardan qurtulmağın və azadlığın modelidir. Bizə elə gəlir ki, liderinardıcılları və tərəfdarları iradələrini liderin şəxsiyyətinə deyil, onda təcəssüm etmişhakimiyyətə təslim edir. Hərçənd ki, şəxsiyyət kultu görk olsa da, çox vaxt reallıqtəsiri bağışlayır: əslində hakimiyyət yaxud güc iflasa uğrayanda hamı lideri tərk edir.Grup üzvləri liderə tabe olmaqla adi qayğılardan və gündəlik üzüntülərdən bir rahatlıqtapır və liderin vasitəsi ilə dərin hiss və həyacanlarını ifadə edə bilir. Bu onlarınümümi xeyridir. Beləlıklə, xarizma “quru” qanunlara, konformizma, repressiya vəyeknəsək həyat qaydalarına qarşı duran emosional həyati qüvvəyə çevrilir. Biz19 Nicholson R. The İdea of Personality. London, Cambridge University Press 1923, p.267, 323.46

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!