11.07.2015 Views

12. Sayı; TURAN-SAM SONBAHAR Sayısı, 2011

12. Sayı; TURAN-SAM SONBAHAR Sayısı, 2011

12. Sayı; TURAN-SAM SONBAHAR Sayısı, 2011

SHOW MORE
SHOW LESS
• No tags were found...

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

TURAN-SAM * YIL: 2011 * CİLT: 3 * SAYI: 12 * SONBAHAR 2011TURAN STRATEJİK ARAŞTIRMALAR MERKEZİ DERGİSİwww.turansam.orghəm Rusiya, həm Qərb yaxşı başa düşürdü. Aydın məsələdir ki, Rusiya indiyədəkonun nüfuz dairəsində olan Orta Asiyada yeni bir qüvvənin ortaya çıxmasından böyüknarahatçılıq keçirirdi, üstəlik həmin qüvvə bölgənin xalqları ilə dil, din və mədənibirliyə sahib idi. Bu səbəbdən də, Rusiya nə yolla olursa olsun, Orta Asiyarespublikalarındakı siyasi, hərbi üstünlüyünü artırtmağa çalışırdı.Qərb dövlətləri, xüsusilə ABŞ-a gəlincə, onlar Türkiyənin Orta Asiyanın yenimüstəqil dövlətləri üçün dünyəvi demokratiyanın və liberal iqtisadiyyatın nümunəvimodeli olacağına böyük ümid bəsləyirdilər. Türkiyənin əsas üstünlüyü bölgəölkələrinin (bəzi vaxtlarda Tacikistanı çıxmaq şərtilə) dünyəvi inkişaf yolu seçmələri,əhalisinin dil, din və mədəniyyət baxımından bu ölkəyə yaxın olması idi.1990-cı illərin ortalarından etibarən Türkiyənin Orta Asiyanın türk dövlətləriilə siyasi, iqtisadi və mədəni sahədə əlaqələri genişlənir və XX yüzilliyin sonu buəlaqələr artıq əməkdaşlıq mərhələsindən strateji tərəfdaşlıq mərhələsinə daxil olur.Ümumi maraqlar bölgənin geostrateji sabitliyinə xələl gətirmədən daha iri miqyaslıəlaqələrə çevrilmə şansı qazanır. Bütün ciddi maneələrə baxmayaraq, Türkiyə bubölgədə öz mövqeyini qoruyub saxlamağı bacarır.Türkiyənin Orta Asiya Respublikaları ilə Əlaqələrinin BaşlanğıcMərhələsi (1990-cı illər)1990-cı illərin əvvəllərindən etibarən Orta Asiyanın yeni müstəqil dövlətləri,xüsusilə türk respublikaları ilə əlaqələr Türkiyənin xarici siyasətində prioritetistiqamətlərdən birinə çevrilir. Bunun da bir neçə ciddi səbəbləri vardı: əvvəla,yuxarıda da dediyimiz kimi, Türkiyə ilə Orta Asiya dövlətlərini sıx tarixi ənənələrbağlayırdı və həmin ənənələr ilk növbədə, dil və din birliyinə söykənirdi. Digərtərəfdən, Orta Asiya dövlətləri ilə sıx əlaqələrin qurulması Türkiyənin öz Avrasiyaçımaraqlarına da tam uyğun idi: bu, həm ümumi olaraq Mərkəzi Asiyada Ankaranınmövqeyinin gücləndirilməsi, həm də Avropa dövlətlərinin nəzərində Türkiyənindünyəvi, demokratik, liberal iqtisadiyyatı olan ölkə kimi nüfuzunun yüksəldilməsiməqsədini güdürdü.“Soyuq müharibə”nin başa çatmasından keçən müddət ərzində Türkiyərespublikası Qərbə Ön Asiya bölgəsində vasitəçi rol oynaya biləcəyini sübut edəbilmişdir. Bunun üçün Türkiyə, Rusiyadan və İrandan fərqli olaraq, heç də tələsik, nəyolla olursa-olsun burada möhkəmlənmək cəhdləri etməmişdir. Əksinə, 1990-cı illərinəvvəllərində Türkiyənin Orta Asiyaya münasibətdə siyasəti çox təmkinli və ehtiyatlısiyasət olmuşdur.Bu əlaqələr ilk olaraq rəsmi səfərlər səviyyəsində başlamışdır. Artıq 1991-ciilin sonlarından başlayaraq Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstanrespublikalarının prezidentlərinin Türkiyəyə rəsmi səfərləri baş tutur, bu səfərlərnəticəsində siyasət, iqtisadiyyat, ticarət, nəqliyyat, kadr hazırlığı sahələrindəəməkdaşlığa dair sazişlər imzalanır. 97 Birbaşa siyasi əlaqələrin qurulması, yüksəksəviyyədə səfərlər (o cümlədən Türkiyənin o zamankı baş naziri Süleyman DəmirəlinOrta Asiya respublikalarına 1992-ci ilin mayında səfəri) iki və çoxtərəfli əlaqələringenişlənməsinə imkan yaradır.Bu illərdə Türkiyənin iş adamları bölgədə biznes üçün böyük imkanlarolduğunu anlayır və bura Türkiyə istehsalı olan malların ixracını artırırlar. Dövlət xəttiilə ticarət-iqtisadi münasibətlərin qurulması ilə yanaşı, bölgəyə etnik və dini birliyəəsaslanan geniş miqyaslı mədəni nüfuz da başlanır. Türkiyənin və Orta Asiya97 Danilov, V.İ., “Turçiya i postsovetskaya Çentralnaya Aziya”, journal “Aziya i Afrika seqodnya”,1994, 2, s. 2981

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!