12.07.2015 Views

BAШ REDAKTORDAN - turan-sam

BAШ REDAKTORDAN - turan-sam

BAШ REDAKTORDAN - turan-sam

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Cənabi Haqq (c.c.), Qurani-Kərimdə tez-tez: “Akletmezmisiniz?” buyuraraq insanları təfəkkür aləminə çağırır.Həzrəti Peyğəmbər (s.ə.s.) də “Bir saat düşünmək, altmışillik ibadətdən üstündür” buyuraraq ağılı mərifət və hikmətdəryasında istifadə etməyin əhəmiyyətini göstərib.Həmçinin ağıl, Allaha (c.c.) çatma yolunda bir yardımçıdır.İslam Elm və Hikmət Dinidir: İslam, elmə böyükönəm verir. "Allahdan Öz bəndələri içərisində ancaq alimlərqorxar!" (Fatir 35/28) ayəsi, elmin önəmini açıqca vurğulayaraq,Allahdan (c.c.) haqqıyla qorxub təqva ilə yaşayabilmənin ancaq elmlə olduğunu bildirir. Hz. Peyğəmbərin(s.ə.s.), "Alimin, (alim olmayan) abiddən üstünlüyü, mənim,aranızdan ən aşağı səviyyədə olandan üstünlüyümkimidir..." (Ebu Davud, İlim, 1) şəklindəki sözü də bunu təstiqləyir.Ancaq İslam, elmin quru bir ərazi halında olmasınıistəmir. Onun hikmət və irfan qaynaqlarıyla bəslənib gülüstanaçevrilməsini istəyir. Hikmət və irfandan yoxsul elm,xeyirdən çox zərər verir. Vicdanı əskik bir həkimin əlindətibb elminin cinayət vasitəsi halına gəlməsi kimi. Bununlaəlaqədar olaraq Hz. Peyğəmbər (s.ə.s.), demişdi, "Kimdünyada elmini artırıb zühd ü təqvasını artırmazsa, o kimsəancaq Allahdan uzaqlığını artırır"( Kenzü’l-İrfan, 62)İslam İnsanı Sevməyi Əmr Edər: Qurani-Kərimdəinsan ilə əlaqədar olaraq, “Biz insanı ən gözəl biçimdəyaratdıq!” (Tin 95/4) ve “Biz, Adəm övladını şərəfli və hörmətlielədik” (İsra 17/70) buyurulmuşdur. İslamdüşüncəsində, yaradılanı Yaradandan (c.c.) dolayı sevməkvə ona mərhəmət etmək, Allaha olan imanın kamal nöqtəsiniformalaşdırır. İnsanın mərhəmət etməsi, həm varlığınyaradıcısına, həm də özünə qarşı bir vəzifəsidir. İnsanındoğuşdan olan haqları, toxunulmaz qəbul edilmişdir.İnsanın inancı, cinsi, etnik mənşəyi, sosial statusu vəvəziyyəti, insan olaraq ona veriləcək dəyərlə ölçülməməlidir.Hər insana, Allahın (c.c.) yaratdığı mükəmməl bir varlıqanlayışı ilə yanaşılmalıdır. İslamda hər kəsə bağışlayıcışəkildə yanaşılması yüksək qiymətləndirilir. Necə ki,Quranda kamil möminlərin xüsusiyyətləri sıralanarkən,“Onlar insanları bağışlayarlar..” (Âl-i İmrân, 3/134) buyurulur.“Aləmlərə rəhmət” (Ənbiya, 21/107) və “ən gözəlörnək” (Əhzab, 33/21) olaraq göndərilən Hz. Məhəmməd(s.ə.s.) fərdlər arasında sevgi ve hörməti oturuşdurmaqistəmiş və “Bir-birinizi sevmədikce tam mənasıyla inanmışolmazsınız” buyurmuş (Müslim, İman, 93), başqa bir hədisdədə inananları bir bədənə bənzətmişdir (Müslim, Birr, 67).Tolerantlıq; anlayışla qarşılamaq, fərqli dil, cins, din vəinanc sahiblərinin varlıqlarından narahatlı duymamaqdeməkdir. Dolayısilə birlikdə yaşayışın vaz keçilməsimümkün olmayan bir ünsürüdür. Çünki insanlarındüşüncələri, məqsədləri, hədəfləri və istiqamətləri çoxzaman fərqli olduğundan hər zaman və hər mövzuda eynişəkildə düşünmələri mümkün deyildir.Tolerantlıq anlayışı İslam cəmiyyətlərində çoxdan bərivar, məhz Hz. Peyğəmbər (s.ə.s.) tolerantlıq anlamındakı“müsâmaha” sözünü işlətmiş və həyata keçirmışdi.Tolerantlıq, Hz. Peyğəmbərin (s.ə.s.) ən məhşur xüsusiy -yətlərindən biridir. Ətrafındakı müsəlmanlara olduğu kimi,digər dinlərin mənsublarına da tolerantlıq göstərmiş, hörmətlədavranmışdır. Təbliğ və irşat vəzifəsini yerinə yetirməsi,digər inancları qəbul etməsinə mane olmamışdır.Müşrik ərəblər və yəhudilərlə Mədinə Sözləşməsini imzalamış,onlara inanc, fikir, can və mal təhlükəsizliyitanımışdır. Xiristian bir qrupa öz kilsələrində ibadətetmələrinə izin verməsi də, onun zəngin tolerantlığınıgöstərir.İslam Məhəbbət və Eşq Dinidir: İslam, sadəcə ağıl iləinsana yol göstərmir. Çünki ağıl, bir çox faydasına rəğmənbəzən də hisslərə uzaqdan tərcüman olmağa çalışaraqinsanı nəzərə almaz və vəsvəsələr girdabında çabaladar.Dolayısıyla onu məhəbbət və eşqin əmrinə vermək, eşqinişığı ilə aydınlatmaq zərurəti vardır. Ağlın Haqqı tanıması,eşq sayəsindədir. Eşq isə ağıldan sadəcə bir dayaq alaraqfaydalanır. Eşqin səmərəsi fədakarlıqdır. Bu, can verməyəqədər gedər. Əshabələr, Allah (c.c.) və Rəsulu (s.ə.s.) yolundacan və maldan vaz geçmələri nəticəsində insanlığınən mümtaz şəxsiyyətləri olmuşlar. Həzrəti Peyğəmbərin(s.ə.s.) hər arzusuna: "Anam, atam və canım sənə fədaolsun ya Rəsulullah!" deyərək həyatı eşq və həyəcan dolumənəvi və müstəsna bir sevgi içində yaşamışlar. Bu qeydlərdənsonra qətiyyətlə demək olar ki, İslam insanlarınkönül aləmini zənginləşdirən müqəddəs bir dindir.www.uluturk.infoТЦРК EЛИ / MART-2010, No:661

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!