13.07.2015 Views

i y i r m i i k i n c i k i t a b

i y i r m i i k i n c i k i t a b

i y i r m i i k i n c i k i t a b

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Ümidvaram ki, prezidentlərin qarşılıqlı səfərləri, sizin şərhləriniz bizə böyük informasiya verir.Xalqlarımız bugünkü Azərbaycanın polyaklar üçün, bugünkü, müasir Polşanın isə azərbaycanlılar üçün nədemək olduğunu öyrənə bilərlər. [376-377]Beynəlxalq səviyyədə də qarşılıqlı fəaliyyətimizi vurğula-maq istəyirəm. Polşa və Azərbaycan "Sülhnaminə tərəfdaşlıq" proqramı çərçivəsində, habelə Şimali Atlantika komissiyası çərçivəsində əməkdaşlıqedirlər. NATO-nun üzvü kimi biz Azərbaycanın bu Avropa strukturları ilə əməkdaşlıq barəsindəkitədbirlərini hər vasitə ilə dəstəkləmək istəyirik.Bu gün biz təklif etdik ki, - yeri gəlmişkən, bu, Azərbaycan tərəfindən bəyənildi və qəbul olundu, -regionda təhlükəsizlik məsələsinə dair müntəzəm siyasi məsləhətləşmələr aparılsın. Biz sizi gələn ilinyazında Varşavaya bu cür məsləhət görüşünə dəvət edirik.ATƏT çərçivəsində əməkdaşlığımızdan da danışmaq istəyirəm. Polşa Dağlıq Qarabağdamünaqişənin dincliklə nizama salınması yollarının axtarışına nəinki maraq, həm də bu sahədə fəallıqgöstərir. Ümidvarıq ki, qarşıdakı İstanbul zirvə görüşü bu münaqişənin dincliklə nizama salınmasıyollarının axtarışına yeni təkan, yeni impuls verəcəkdir. Artıq dediyim kimi, biz bu münaqişənin dincliklənizama salınması yollarının axtarışında bundan sonra da fəallıq göstərəcəyik. Bu gün biz prezidentHeydər Əliyevlə həmin məsələ barəsində çox söhbət etdik.Regional miqyasda əməkdaşlığımızı nəzərə çarpdırmaq istəyirəm. Ötən il Polşa İpək yolunun, yəniregionlarımızı birləşdirə biləcək nəqliyyat marşrutlarının bərpası məsələsinə dair Bakıda keçirilənkonfransda iştirak etmişdir. Prezident Heydər Əliyevlə birlikdə biz sentyabrda Yalta konfransında iştiraketmişik. Bu konfrans Baltik dənizi və Qara dəniz hövzələri, Cənubi Qafqaz və Mərkəzi Avropadövlətlərinin regional əməkdaşlığı məsələləri ilə məşğul olmuşdur.Biz Xəzər dənizindəki, o cümlədən Azərbaycandakı iri neft yataqları haqqında, bu neftin QərbiAvropa ölkələrinə nəqlindən də danışdıq. Biz neftin Xəzər bölgəsindən Avropaya[377-378] nəqli,çatdırılması ilə bağlı iri layihələrin həyata keçiril-məsində iştirak etməyə hazırıq.Cənab prezident, icazə verin, Azərbaycan torpağında olduğumuz ilk dəqiqələrdən qarşılaşdığımızqonaqpərvərliyə səmimiyyətə və mehribanlığa görə bir daha təşəkkür edim! Prezident Heydər Əliyevləartıq səkkizinci görüşümün, nəhayət, Bakıda keçirilməsi ilə əlaqədar sevincimi ifadə etmək istəyirəm. BizParisdə, Lissabonda, Vaşinqtonda, habelə Varşavada görüşmüşük. Çox şadam ki, bu gün və sabah Bakıdayam.Sizə təşəkkür edirəm.* * *S u a 1: Qarşılıqlı maraq doğuran beynəlxalq problemlər, o cümlədən Rusiyanın Şimali Qafqazbölgəsində vəziyyət görüş zamanı müzakirə edildimi?Heydər Ə 1 i y e v: Biz bu məsələ barəsində ətraflı fikir mübadiləsi apardıq.Aleksandr Kvasnevski: Bəli, biz bu barədə danışdıq. Mən öz narahatlığımı ifadə etdim, amma qərarRusiyanın əlində, Moskvadadır.Heydər Əliyev: Əlavə edim ki, Rusiya ilə həmsərhəd olan və Şimali Qafqaz respublikaları ilə çox sıxəlaqələrə malik bir ölkə kimi Azərbaycan çox istəyir ki, Şimali Qafqazda sülh və sakitlik tez bir zamandabərqərar edilsin.S u a 1: Sual Polşa Respublikasının prezidenti cənab Aleksandr Kvasnevskiyədir. İpək yolununbərpasına dair layihədə Polşanın iştirakı necədir və siz bu istiqamətdə nə kimi addımlar atmısınız?Aleksandr Kvasnevski: Əvvəla, biz ötənilki konfransda iştirak etmişik və bu layihədə marağımız var.İndi əlaqədar nazirliklər və baş idarələr onun üzərində işləyirlər. Əlbəttə, istərdik ki, Avropanın birhissəsi bütün Avropa[378-379] nəqliyyat infrastrukturuna qoşulsun - bu infrastruktur neft və qazın nəqliüçün boru kəmərləridir. Əlbəttə, siyasi iradə var, amma bu, iri maliyyə tədbiridir, ondan ötrü çox böyükməbləğdə vəsait gərəkdir və bir korporasiya bunun öhdəsindən gələ bilməz. Beynəlxalq təşkilatlar və neçəneçədövlət bu məsələyə qoşulmalıdır.S u a 1: Sual hər iki prezidentədir. NATO-da Azərbaycanın maraqlarını təmsil etməyə hazır olmaqbarədə Polşa nümayəndə heyətinin bugünkü bəyanatım və eyni zamanda bu strukturla "Sülh naminətərəfdaşlıq" Proqramı çərçivəsində əməkdaşlığı genişləndirmək niyyəti haqqında Azərbaycanın daim verdiyibəyanatları nəzərə alaraq, hazırda Gürcüstan kimi, Azərbaycan da ümid bəsləyə bilərmi ki, yaxın beş ilərzində o, həmin təşkilatın üzvü ola biləcəkdir?Heydər Əliyev: Mən dedim və təkrar edirəm ki, biz Şimali Atlantika İttifaqı Şurası ilə "Sülh naminətərəfdaşlıq" Proqramının həyata keçirilməsində artıq fəal əməkdaşlıq edirik. Vaşinqtonda NATO-nun 50illiyi bayram edilərkən Azərbaycan NATO-nun genişlənməsini dəstəklədiyini bildir-di. Biz PolşanınNATO-nun üzvü olmasını alqışlamışıq və bu gün bir daha alqışlayırıq. Bu gün razılaşdığımız kimi, Polşavə Azərbaycanın xarici işlər nazirlikləri xətti ilə aparılacaq siyasi məsləhətləşmələr digər məsələlərləyanaşı, bu məsələləri də əhatə edəcəkdir. Gələcəkdə nə olacağım isə həyat göstərəcəkdir.164

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!