25.10.2019 Views

Azərbaycan xalçaları / Azerbaijani carpets #31

elmi-publisistik jurnal / scientific-publicistic journal / научно-публицистический журнал

elmi-publisistik jurnal / scientific-publicistic journal / научно-публицистический журнал

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

1. Xalça. Yun. Xovlu. 256x530 sm. XIX əsrin sonları. Şuşa,

Qarabağ, Azərbaycan.

Xanlıqlar dövrünə aid

mənbələrdə Qarabağda xırda buynuzlu

mal-qaranın sayı haqqında

məlumat azdır. Mirzə Camal Qarabaği

İbrahim Xəlil xanın malqarasının

sayı haqqında ümumi

məlumat verərək yazırdı ki, “Xanın...

xüsusi qoyun sürüləri, malı,

camışı o qədər çox idi ki, saymaqla

qurtarmazdı” (8, s.164). Qarabağ

bölgəsində qoyunçuluğun

vəziyyəti haqqında ilk statistik

məlumata XIX əsrin 30-cu illərinə

aid mənbədə rast gəlirik. Mənbə bu

dövrdə Qarabağ əyalətində 300 min

qoyun və keçinin olduğu haqqında

təxmini məlumat verir (36, s.296).

Azərbaycanın Rusiya tərəfindən

işğalından sonra yaranan siyasi

sabitlik, eləcə də XIX əsrin sonrakı

onilliklərində xalça məmulatlarına

olan tələbatın artması Qarabağda

qoyunçuluğun sürətli inkişafına

təkan vermişdi. Belə ki, 1845-ci

ilin məlumatına görə, Qarabağ

əyalətində 260 000 baş qoyun və

keçi var idi, satışa 10960 pud yun

çıxarılmışdı (46, s.91). 1851-ci ildə

Şuşa qəzasında yalnız qoyunların

sayı 307562 başa yüksəlmişdi. Bu

dövrdə Şuşa qəzası qoyun sayına

görə Azərbaycan qəzaları arasında

ilk yerlərdən birini tuturdu. 1855-

ci ildə isə bu rəqəm bir az da artaraq

367580 başa çatmışdı (46, s.86).

XIX əsrin sonlarında, xüsusilə xarici

bazarlarda xalça məmulatlarına

tələbatın kəskin artması ilə Qarabağın

4 qəzasında saxlanılan qoyunların

sayı 1891-ci ildə 2 dəfəyə

yaxın artaraq 600000 başa çatmışdı

(47, s.265). Bu dövrdə bölgədə,

əsasən, burada yetişdirilmiş qədim

“Qarabağ” və “Bozax” cinsli qoyunlar

saxlanılırdı (40; 30, s.38).

Zəngəzur qəzasında yunu uzun

və zərif olan “qızıl qoyun” cinsi

daha çox yayılmışdı (44, s.75; 38,

s.253). Mil düzündə isə az sayda

yumşaq və daha çox ağ rəngli yun

verən “Şahsevən” cinsi yayılmışdı

(25, s.41). XIX əsrin ikinci yarısında

Qarabağ kəllədar təsərrüfatında

“Qaradolaq” adlanan yeni bir qoyun

növü yaranmışdı. Bu qoyun

növü ən çox Ağdam qəzasının

128

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!