25.10.2019 Views

Azərbaycan xalçaları / Azerbaijani carpets #31

elmi-publisistik jurnal / scientific-publicistic journal / научно-публицистический журнал

elmi-publisistik jurnal / scientific-publicistic journal / научно-публицистический журнал

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

olurlar (43, s.85-87). Məlumatda o da göstərilir ki, ağdamlı xalçaçılar öz xammallarından

istifadə etmirdilər, onu Ağdam bazarından pudu 3-4 rubldan alır, istehsal

etdikləri məhsulu da həmin bazarda satırdılar. Xalçaçı qadınların gündəlik gəliri

7-10 qəpik təşkil edirdi. Verilən məlumat bu rayonda xalçaçılığın artıq sənətkarlıq

və əmtəə istehsalı xarakteri daşıdığını təsdiq edir. XIX əsrin 90-cı illərinin sonuna

aid məlumatda Xankəndinin əhalisi arasında da xalça-palaz istehsalının yayıldığı

bildirilir: “Qadınlar və hətta yaşları imkan verən uşaqlar da ümumi fəaliyyətdə

iştirak edirlər. Onlar yaxşı parça, xalça və palaz toxuyurlar” (21). Qarışıq etnik

tərkibi olan Tuğ kəndi və onunla qonuşu kəndlərdə də xalça istehsalı geniş miqyas

almışdı. Tuğ kəndində xalça məmulatları ailələrin öz tələbatını təmin etməkdən

daha çox, satışa çıxarmaq üçün istehsal olunurdu və istehsal olunan məmulatlar

ədədi 15-20 rubldan xalça dəllallarına satılırdı. Burada xalçaçı qadınların illik gəliri

40 rubla çatırdı (43, s.87-88). Cavanşir qəzasının Kasapet kəndində kəndli qadınlar

xalça, şal, cecim, çuval və xurcun toxuyurdular (43, s.111-113). Burada xüsusi

qeyd etmək lazımdır ki, tarixən Qarabağda xalçaçılıq sənəti ilə, əsasən, müsəlman

azərbaycanlılar məşğul olmuşdur. Qarabağ bölgəsində xalçaçılıq sənətini tədqiq

etmiş S.Zedgenidze yazırdı ki, ermənilər arasında xalçaçılıqla çox az adam məşğul

olur... Ermənilərin özü bunu belə izah edirdilər ki, müsəlman çadırına gedib yun

almaq onlar üçün çox təhlükəlidir, alverçilərdən almaq isə sərfəli deyil. Bundan

başqa, tarixi və məişət şəraiti də onlarda bu sənətin inkişafına mane olmuşdur (43,

1-3, 38-39).

Cəbrayıl qəzasında da xalça məmulatları istehsalı geniş yayılmışdı. Burada,

əsasən, xalça, palaz, kobud parça, eləcə də yundan digər kiçik məmulatlar – xurcunlar,

məfrəşlər, çuvallar, corablar, cecimlər, iplər və s. hazırlanırdı (43, s.111-

113).

Göründüyü kimi, XIX əsrin II yarısından başlayaraq kapitalist münasibətlərinin

geniş yayılması bir çox sənət sahələrinin, xüsusilə parça toxuculuğunun

1.

136

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!