25.10.2019 Views

Azərbaycan xalçaları / Azerbaijani carpets #31

elmi-publisistik jurnal / scientific-publicistic journal / научно-публицистический журнал

elmi-publisistik jurnal / scientific-publicistic journal / научно-публицистический журнал

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Filialın direktoru, əslən Qarabağdan olan xalçaçı Eliza Abdullayeva deyir ki,

hazırda emalatxanada 65 nəfər çalışır. Ötən dövr ərzində filialda 250 kavadratmetrə

yaxın xalça toxunub.

Eliza Abdullayeva bildirir ki, Qarabağ tarixən dünyada həm də öz xalçası

ilə tanınıb. Cəbrayıl rayonunda həmişə orijinal çeşnili Qarabağ xalçaları toxunub.

Ermənistanın işğalçılıq siyasəti nəticəsində öz doğma yurdundan didərgin

düşərək məcburi köçkünə çevrilən cəbrayıllılar arasında peşəkar xalçaçılar, ömrünü

bu sənətə bağlayanlar vardır. "Azərxalça"nın Cəbrayıl filialının yaradılması

həm Qarabağ xalçaçılığını yaşatmaq, həm də məcburi köçkünləri işlə təmin etmək

baxımından çox əhəmiyyətli hadisədir.

Burada usta xalçaçı vəzifəsində çalışan Çinarə Xalıqova toxucuların

peşəkarlığından razılıqla danışır. Deyir ki, filialda çalışan toxucular gözəl xalçalar

toxumaq üçün əllərindən gələni əsirgəmirlər: "Buraya cəlb etdiyimiz gənclərə

tədris-hazırlıq kurslarında sənətin sirlərini öyrətmişik. İndi elə gənclərimiz var ki,

uzun illərin toxucuları kimi xalçalar ərsəyə gətirirlər".

Filialda çalışan peşəkar toxucular qədim çeşnilərimizə yeni həyat verərək Qarabağ

xalçalarını yaşadır, onların tarixi şöhrətini özünə qaytarırlar. Onlardan biri

də Nuridə Bəşirovadır. Onun dediklərindən: "Bu filial Biləsuvar rayonu ərazisində

məskunlaşmış Cəbrayıl rayonundan olan məcburi köçkünlərə Prezidentimizin

böyük hədiyyəsidir. Xalça toxumaq üçün lazımi şərait olmadığından peşəkar toxucular

bu sənətdən ayrı düşmüşdü. Xalçaçılıq Cəbrayıllı toxucular arasında az

qala unudulmuşdu. Bu filialın yaradılması ilə bizim qədim sənətimiz özümüzə

qaytarıldı. Biz indi dövlətimizin yaratdığı müasir emalatxanada işləyir, gözəl xalçalar

toxumağa çalışır, qədim sənətimizi yaşadırıq".

59

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!