25.10.2019 Views

Azərbaycan xalçaları / Azerbaijani carpets #31

elmi-publisistik jurnal / scientific-publicistic journal / научно-публицистический журнал

elmi-publisistik jurnal / scientific-publicistic journal / научно-публицистический журнал

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

1. Xurcun üzü. Yun.

Xovsuz. 53x51 sm.

XIX əsr. İrəvan, Qərbi

Azərbaycan.

2. Xalça. Yun. Xovlu.

176x116 sm. XIX əsrin

sonları. Zaqatala,

Azərbaycan.

3. Vərni. Yun. Xovsuz.

198x163 sm.

XIX əsrin sonları.

Naxçıvan, Azərbaycan.

1.

36

Azərbaycan yüzilliklər boyu özünün nəfis xalça məmulatları ilə məşhur olmuşdur.

Burada istehsal edilən xalça məmulatları yalnız sənətkarlıq məhsulları

deyil, həm də yüksək incəsənət nümunələri kimi istər ölkə daxilində, istərsə də xarici

ölkələrdə böyük şöhrət qazanmışdı. Heç də təsadüfi deyildir ki, Azərbaycanın

müxtəlif xalçaçılıq mərkəzlərində istehsal edilmiş xalça nümunələri bir çox dünya

muzeylərinin və şəxsi kolleksiyaların bəzəyinə çevrilmişdir. Bununla belə,

göstərmək lazımdır ki, xalça məmulatı istehsalı Azərbaycanda uzun müddət natural

xarakter daşımış, daha çox istehsalçının özünün tələbatının ödənilməsinə

yönəlmişdi. Yalnız pula yaranan kəskin tələbat xalçaçını istehsal etdiyi məhsulu

bazara çıxarmağa məcbur edə bilərdi. Elə bunun nəticəsi idi ki, xalçaçılığın geniş

yayılmasına baxmayaraq, Azərbaycanın orta əsr dövlətlərinin heç birində,

hətta əmtəə-pul münasibətlərinin daha çox inkişaf etdiyi xanlıqlarda belə xalça

məmulatı üçün xüsusi vergi maddəsi belə müəyyənləşdirilməmişdi. Yalnız bəzi

xanlıqlarda, o cümlədən Şamaxı xanlığında ayrı-ayrı kənd təsərrüfatı vergilərinin

əvəzində xalça məmulatlarının toplanması qaydası tətbiq edilirdi (1,v.49-116).

XIX əsrin son rübündən başlayaraq Azərbaycanda xalçaçılıq sənəti öz inkişafının

əsl yüksəliş dövrünə qədəm qoydu. Bu yüksəlişin kökündə çar hökumətinin

natural vergiləri pul vergisi ilə əvəz etməsi, xarici bazarlarda Azərbaycanda istehsal

olunmuş xalça məmulatına tələbatın kəskin şəkildə artması, 1883-cü ildə Bakı-Tiflis

və 1900-cü ildə Bakı-Dərbənd dəmir yolu xətlərinin istifadəyə verilməsi

ilə (3, s.77, 89) istehsal edilən xalça məmulatının Rusiya və Avropa bazarlarına

ucuz qiymətə və qısa müddətə çıxarılması imkanlarının artması dayanırdı. XIX

əsrin sonlarında Şamaxı və Göyçay qəzalarının iqtisadi həyatını tədqiq etmiş

N.A.Abelov yazırdı ki, bu dövrdə xalça məmulatı satış həcminə görə bölgədə

istehsal edilən digər sənətkarlıq məhsullarını üstələyirdi. Onun yazdığına görə,

yerli əhalinin istər oturaq, istərsə də qoyunçuluqla məşğul olan köçəri hissəsi hər

yerdə müxtəlif növ xalça məmulatı istehsalı ilə məşğul olurdu (7, s.176).

Təəssüf ki, bu dövrdə Azərbaycanda istehsal edilən xalça məmulatının

ümumi həcmini özündə əks etdirən statistik məlumat yoxdur. Cənubi Qafqazdan,

o cümlədən Azərbaycandan Rusiya və Avropa ölkələrinə göndərilən xalça

məmulatının həcmi haqqında yalnız bəzi illərə aid olan statistik məlumatlar

əsasında mühakimə yürütmək mümkündür.

Həmin məlumatlardan

məlum olur ki, 1886-cı ildə bölgədən

kənara 457.000 rubl dəyərində xalça

məmulatı göndərildiyi halda (12,

s.25), 1888-ci ildə onun həcmi iki

dəfədən də çox artaraq 964.000 rubla

çatmışdı (10, s.256). 1902-1914-

cü illərdə isə bölgədən Avropa və

Amerika ölkələrinə 47828 pud xalça

ixrac edilmişdi. Heç şübhəsiz ki,

Cənubi Qafqazdan ixrac edilən xalça

məmulatının mütləq əksəriyyəti

Azərbaycanın əsas xalçaçılıq

mərkəzlərində istehsal edilmişdi.

Əldə olan məlumatlar göstə rir

ki, XX əsrin əvvəllərində Azərbaycanda

xalça məmulatı istehsalı artıq

kütləvi xarakter almışdı. 1912-

ci ilə aid məlumatdan aydın olur

ki, Quba qəzasının 97 kəndində

39.979 nəfər, Cavad qəzasının 98

kəndində 15.120 nəfər, Gəncə (Yelizavetpol)

qəzasının 222 kəndində

33.069 nəfər kustar xalça məmulatı

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!