25.10.2019 Views

Azərbaycan xalçaları / Azerbaijani carpets #31

elmi-publisistik jurnal / scientific-publicistic journal / научно-публицистический журнал

elmi-publisistik jurnal / scientific-publicistic journal / научно-публицистический журнал

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

nun həcmini XIX əsrin sonlarında

40 qəpikdən 4 rubl 15 qəpiyə qaldırmışdı

(8, s.130). Nəticədə ölkə

daxilində istehsal edilən pambığın

qiyməti sürətlə artmağa başladı.

Bəzi məlumatlara görə, bu dövrdə

təmizlənmiş pambığın hər pudunun

qiyməti 8 rubl 70 qəpiyə qalxmışdı

(6, s.122). Pambıqçılığın çox

gəlirli bir sahəyə çevrilməsi tezliklə

onun əkin sahələrinin indiyə qədər

görünməmiş bir sürətlə artmasına

gətirib çıxardı. Kəndlilər və iri torpaq

sahibləri arpa, buğda əkməkdən

imtina edərək, öz sahələrini pambıq

plantasiyalarına çevirirdilər. XX

əsrin əvvəllərində Rusiya imperiyasında

pambıqçılığı tədqiq etmiş

müəlliflərdən biri Azərbaycanda

pambıqçılığın vəziyyətini təs vir

edə rək yazırdı: “Pambıq məhsulunun

qiymətinin yüksəlməsi onun

sahə sinin genişlənməsinə təkan

verirdi. Yüksək qiymətlər başları

gicəlləndirirdi, kimin imkanı

vardısa pambıqçılığa əl atırdı.

Meşələri qırırdılar ki, təmizlənmiş

xam torpaqlarda pambıq əksinlər”

(9, s.66). Təkcə o faktı göstərmək

kifayətdir ki, 1909-1911-ci illər

ərzində Gəncə quberniyasında pambıq

əkinlərinin sahəsi 275%, yığılan məhsulun həcmi isə 245% artmışdı (14, s.3). Bu

isə otlaq sahələrinin daralmasına, əhalinin çox hissəsinin pambıqçılıqla məşğul

olmasına və nəticədə xalçaçıların sayının azalmasına gətirib çıxarırdı. Oxşar

proses Azərbaycanın ənənəvi xalçaçılıq bölgələrindən olan Şirvanın düzənlik

ərazilərində, sənaye bağçılığının inkişaf etməsi ilə əlaqədar Quba qəzasında da

gedirdi. Abşeron yarımadasında neft sənayesinin sürətlə inkişaf etməsi və neft

mədənlərinin daha böyük əraziləri əhatə etməsi qoyunçuluğa ağır zərbə vurmaqla

yanaşı, xalçaçılıqla məşğul olanların da sayının azalmasına səbəb olurdu.

Bütün bunlar son nəticədə bəzi bölgələrdə xalça məmulatı istehsalının həcminin

kəskin şəkildə azalmasına, bəzi bölgələrdə isə tamamilə aradan çıxmasına gətirib

çıxarmışdı (11, s.30). Bununla belə, həmin dövrdə Azərbaycanda xalça məmulatı

istehsalı hələ də öz iqtisadi əhəmiyyətini saxlayırdı.

Əslində XX əsrin ilk onilliklərində Azərbaycanda xalça məmulatı istehsalında

müşahidə edilən acınacaqlı vəziyyətin yaranmasında 1914-cü ildə başlamış

I Dünya müharibəsinin də güclü təsiri olmuşdu. Müharibə, hər şeydən əvvəl,

Azərbaycan xalçalarını ənənəvi satış bazarlarından məhrum etdi. Bütün Avropanı

və Yaxın Şərqi bürümüş hərbi əməliyyatlar nəticəsində əvvəlki yollarla Avropa

və Türkiyə bazarlarına xalça ixracı tamamilə dayanmışdı. Doğrudur, bu dövrdə

Azərbaycan xalçalarının dünya bazarlarına Arxangelsk və Vladivostok vasitəsilə

çıxarılması üçün cəhdlər göstərilmişdi. Lakin bu yollar kifayət qədər təhlükəli

və uzun olduğundan satış məntəqələrində xalça məmulatının qiymətinin hədsiz

dərəcədə bahalaşmasına səbəb olurdu. M.D.İsayevin verdiyi məlumata görə,

müharibə dövründə Azərbaycan xalçalarının Avropa bazarlarında qiyməti

müharibədən əvvəlki dövrlə müqayisədə 200% artmışdı (11, s.31).

I Dünya müharibəsi Azərbaycanda xalçaçılıq sənətinin xammal bazasına da

6.

39

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!