25.10.2019 Views

Azərbaycan xalçaları / Azerbaijani carpets #31

elmi-publisistik jurnal / scientific-publicistic journal / научно-публицистический журнал

elmi-publisistik jurnal / scientific-publicistic journal / научно-публицистический журнал

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

cənub-şərqində, Kür çayı sahilində yayılmışdı. Bu

cins qoyundan alınan yun keyfiyyətinə görə məşhur

ingilis “Mixni” qoyun cinsindən alınan yuna yaxın

idi (33, s.101; 9, s. 40-41). Hər qoyundan ildə, orta hesabla,

4 funt yun əldə edildiyini nəzərə alsaq (47, s.

267), Qarabağ bölgəsində XIX əsrin sonlarında hər il

300000 pud yun istehsal edildiyini təxmin etmək olar.

Bölgədə tədarük olunan yunun əsas hissəsi yerlərdə

xalça məmulatı istehsalına sərf edilir, az bir hissəsi

kənara çıxarılırdı.

Bölgənin heyvan və bitki mənşəli boyaq vasitələri

ilə zəngin olmasının da xalçaçılıq sənətinin inkişafında

mühüm rolu olmuşdur. Bataqlıq və şoran torpaqlarda

yayılan kiçikölçülü “qırmızı böcək”lərdən olduqca

bahalı qırmızı rəng almaq üçün istifadə olunurdu (6,

s.107). Boyaqotu da qırmızı rəngin əldə edilməsində

və digər rənglərin alınmasında əhəmiyyətli rol oynayırdı

(25, s.57). XIX əsrin əvvəllərində tərtib edilmiş

mənbədəki məlumata görə, Qarabağ xanlığında hər

il 10 min pud boyaqotu istehsal edilirdi (11, sən.95).

XIX əsrin ortalarında İrana Qarabağ bölgəsinin əsas

ixrac maddələrindən biri kimi boyaqotu da ixrac

edilirdi. Mənbələrin birində göstərilir ki, Cavanşir

mahalının Xoylu kəndinin əhalisi İrana boyaqotu

aparırdılar (36, s.301). Qarabağlı xalça toxucuları

yun iplikləri müxtəlif rənglərə boyamaq üçün bitki

mənşəli xammal kimi müxtəlif ağacların yarpaqlarından,

çiçəklərindən, meyvələrindən və qabıqlarından

da istifadə edirdilər.

Tədqiq olunan dövrdə xalçaçılıq sənətinin inkişafında

qadınların timsalında böyük həcmdə əmək

ehtiyatlarının bolluğu da mühüm rol oynamışdır

(23, s.253). XIX əsrin əvvəllərinə aid mənbədə Qarabağ

bölgəsinin bütün kəndlərində xalçaçılıqla yalnız

qadınların məşğul olduğu haqqında məlumat verilir

(36, s.299). Məlumatlardan aydın olur ki, XIX əsrin

sonrakı onilliklərində xalça məmulatlarının əmtəə xarakteri

alması və istehsalının gəlirli sahəyə çevrilməsi

nəticəsində qadınların xalçaçılıq sənətində rolu daha

da artmış, ailədə isə mövqelərinin güclənməsinə

gətirib çıxarmışdı. Xalçaçılığın həm əmtəəlik, həm də

məişət əhəmiyyətini nəzərə alan ailələr hər bir qız övladının

bu sənət sahəsinə mükəmməl yiyələnməsini,

onun üstün məziyyətlərindən sayırdılar. Artıq bu

sənətə yiyələnmiş qız ərə getdiyi zaman, gəlin köçdüyü

evə bir növ kapital aparır, həmin ailənin iqtisadi

həyatında mühüm rol oynayırdı (25, s.23).

Elə buna görə də tədqiq olunan dövrdə Qarabağın

kəndli ailələrində qız övladın dünyaya gəlməsi böyük

sevinclə qarşılanırdı. Qızlar altı yaşından xalça

toxuculuğunun sirlərinə yiyələnməyə başlayır və bu

sənətlə ömürlərinin sonuna qədər məşğul olurdular.

Hətta dünyalarını dəyişdiklərində məzarlarının başdaşısı

üzərində xalça toxuculuğunda istifadə edilən

qayçı, daraq, kirkit, həvə kimi alətlər və hana həkk

olunardı (31, s.163).

1.

2.

1. Toxucu qadın xana arxasında. 1905-ci il. Qarabağ.

2. Qarabağın sonuncu xanı Mehdiqulu xanın qızı şairə Xurşidbanu

Natəvan (1832-1897) oğlu Mehdiqulu və qızı Xanbikə ilə.

129

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!