25.10.2019 Views

Azərbaycan xalçaları / Azerbaijani carpets #31

elmi-publisistik jurnal / scientific-publicistic journal / научно-публицистический журнал

elmi-publisistik jurnal / scientific-publicistic journal / научно-публицистический журнал

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

1.

1. Xalça. Yun. Xovlu. 330x157sm. XIX əsrin sonları. Qarabağ, Azərbaycan.

2. Şuşa şəhərinin görünüşü. Rəssam: V.V.Vereşagin. 1865-ci il.

3. "Namazlıq". Yun. Xovlu. 127x105 sm. XIX əsrin sonları. Qarabağ, Azərbaycan.

Göründüyü kimi, XIX-XX əsrin

əvvəllərində Qarabağ bölgəsində xalçaçılığın

inkişafı üçün bütün şərtlər mövcud

olmuşdur. Bununla yanaşı, Azərbaycanın

digər xalçaçılıq mərkəzlərində olduğu

kimi, Qarabağ bölgəsində də xalçaçılıq

sənəti tədqiq olunan dövrün bütün

mərhələlərində eyni səviyyədə

inkişaf etməmişdir. Mənbələrin verdiyi

məlumatlar əsasında xalçaçılığın öz inkişafında

müəyyən əlamətləri ilə birbirindən

fərqlənən iki mərhələdən keçdiyini

müəyyən etmək olar. Erkən orta

əsrlərdən başlayaraq müstəqil sənət

sahəsinə çevrilən xalçaçılıq XIX əsrin ikinci

yarısına qədər natural kəndli təsərrüfatının

əlavəsi olaraq, əsasən, ailə ehtiyaclarını

ödəməyə xidmət etmiş və ev peşəsi xarakteri

daşımışdır. Lakin xalçaçılıq bu

mərhələdə əmtəə-pul münasibətlərindən

tamamilə təcrid olunmamışdı. XVII əsrdə

Azərbaycanda olmuş ingilis səyyah

T.Herbertin müşahidələrindən məlum

olur ki, bu dövrdə Azərbaycanın şəhər bazarları

xalça məmulatları ilə dolu olmuşdur

(14, s.95). Bu məlumatdan aydın olur

ki, xalça məmulatları son orta əsrlərdən

başlayaraq tədricən bazar münasibətlərinə

cəlb olunmuş, daxili və xarici ticarətin ayrılmaz

hissəsinə çevrilmişdi (22, s.146).

Xalça məmulatlarının zənginliyin əsas

göstəricisinə çevrilməsi və xüsusilə xarici

bazarlarda bu məhsula artan maraq və

tələbat hakim dairələri bəzi vergiləri xalça

ilə toplamağa sövq edirdi. Bu proses xanlıqlar

dövründə daha da genişlənmişdi. Belə

ki, Qarabağ xanları bəzi digər Azərbaycan

xanları kimi, bir çox vergiləri xalça-palazla

toplayır, topladıqları xalça məmulatlarını

xarici bazara çıxararaq böyük gəlir əldə

edirdilər. Mənbələrin birində göstərilir ki,

Qarabağ xanlığının Qorunzur kəndində

əhali malcəhət vergisi təriqilə ildə 2 kilim,

2 çuval, 1 batman yun, 40 arşın yun parça

ödəyirdilər (1, vv.48-84). Şamaxı tacirləri

Azərbaycanın digər bölgələrinin xalçaları

ilə yanaşı, Qarabağda toplanan xalça

məmulatlarını Rusiya şəhərlərinə aparır,

orada realizə edir və ya digər məhsullarla

mübadilə edirdilər (22, s.146). Eyni zamanda,

xalça məmulatlarının böyük gəlir

gətirdiyini nəzərə alan Qarabağ xanları

xalçaçılıq sənətinin inkişafına böyük önəm

verərək bu sənətə hamilik də edirdilər (39,

s.58). Tədqiqatçı M.D.İsayev yazırdı ki, Qarabağ

xanları Şuşada, öz iqamətgahlarında

130

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!