25.10.2019 Views

Azərbaycan xalçaları / Azerbaijani carpets #31

elmi-publisistik jurnal / scientific-publicistic journal / научно-публицистический журнал

elmi-publisistik jurnal / scientific-publicistic journal / научно-публицистический журнал

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

ən yaxşı İran (Cənubi Azərbaycandan

– T.M.) nümunələri əsasında təkmil

bədii və texniki üsullar əsasında xalça

nümunələrinin istehsalını təşkil etməyə

çalışırdılar. Buna görə də, çox vaxt digər

xanlıqlardan, o cümlədən İrandan ustalar

dəvət edilirdi və bu ustalar yerli

xalçaçılara xalça kompozisiyalarını və

süjetlərini öyrədirdilər (25, s.13).

Azərbaycanın Rusiya tərəfindən işğalından

sonra ölkənin Rusiya iqtisadi

orbitinə cəlb olunması XIX əsrin 20-30-cu

illərində natural təsərrüfatın əsaslarına

zərbə vurmuş, tədricən zəif də olsa

əmtəə təsərrüfatına keçid başlamışdı. Bu

proseslərin təsiri ilə Qarabağ bölgəsində

xalçaçılq sənəti də özünün qapalı natural

xarakterini itirməyə və əmtəə-pul

münasibətlərinə daha çox cəlb edilməyə

başlamışdı. Həmin dövrə aid mənbələrdə

xalça məmulatlarının satış qiyməti haqqında

müfəssəl məlumatın verilməsi

bunu təsdiq edir. Məlumatlardan birində

göstərilir ki, maya dəyəri 10-11 rubla

başa gələn xalça bazarda 15-17 rubla, palaz

isə 3-7 rubla satılır (37, s.65).

XIX əsrin 40-cı illərində Qarabağ

bölgəsində bazar üçün xalça məmulatı

2.

3.

131

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!