25.10.2019 Views

Azərbaycan xalçaları / Azerbaijani carpets #31

elmi-publisistik jurnal / scientific-publicistic journal / научно-публицистический журнал

elmi-publisistik jurnal / scientific-publicistic journal / научно-публицистический журнал

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

XIX əsrin 80-ci illərindən başlayaraq Qarabağ bölgəsində kimyəvi boyaq

maddələrinin kütləvi tətbiqi nəticəsində Qarabağ xalçaları alıcılar tərəfindən də

yüksək qiymətləndirilən əsas üstünlüklərindən birini - boyaqlarının möhkəmliyini

və canlılığını itirdi. Kimyəvi boyaqların asan əldə edilməsi, ucuzluğu, istifadəsinin

asanlığı, boyanmanın tez başa gəlməsi və çoxçalarlılığı, eləcə də süni boyaqlarla

boyanmış xalça məmulatlarının ilk dövrlərdə parlaqlığı ilə alıcıların diqqətini cəlb

etməsi boyaqçıları xalça iplərini kimyəvi boyaqlarla boyamağa sövq edirdi. Ucuz

süni boyalardan istifadə etməklə xalçanın maya dəyərini aşağı salıb çox qazanc

götürməyə çalışan xalça dəllalları da sənətkarları öz məmulatlarını süni boyaqlarla

boyamağa təhrik edirdilər. Kütləvi istehsal üçün, xüsusilə də Rusiya bazarı üçün

nəzərdə tutulan məmulatlarda, əsasən, ucuz və keyfiyyətsiz anilin boyalardan

istifadə edilirdi. Çünki, Rusiyada xarici bazarlarla müqayisədə bu məmulatların

boyasının keyfiyyətinə elə də tələbkarlıqla yanaşılmırdı (25, s.87). Ənənəvi bitki

mənşəli boyaların əvəzinə kimyəvi boyaların ön plana çıxması məmulatların

dəyərdən düşməsinə, eləcə də toxucuların onsuz da az olan əmək haqqına mənfi

təsir göstərdi. Məhz kimyəvi boyadan istifadəyə əsasən, K.Xatisov Şuşa xalçalarını

dəyərinə görə Quba, Şamaxı xalçalarından sonra üçüncü yerə qoyur, parlaq,

lakin tez solan anilin boyasına görə Şuşa xlaçasının 1 arşın 2 -nın 1 rubl 35 qəpikdən

1 rubl 56 qəpik arasında qiymətləndirildiyini qeyd edirdi (47, s.296-297). Məhz bu

dövrdən boyaqçıların anilin boyalarının tətbiqinə olan aludəçilikləri Qarabağ xalçalarının

süqutuna və nüfuzunun sarsılmasına gətirib çıxarır (39, s.58-59; 25, s.87).

Xalçaçılıq sənətinə mənfi təsir edən və xalça məmulatlarının dəyərinin

aşağı düşməsinə səbəb olan faktorlardan biri də satış üçün nəzərdə tutulmuş

xalça məmulatlarının toxunması zamanı istifadə olunan materiala qənaət

etmək məqsədilə yuna pambıq əlavə edilməsinə başlanması, eləcə də toxucuların

xalça məmulatının toxunan sıralarını bir-birinə əvvəlki kimi elə də

möhkəm birləşdirməmələri idi. Nəticədə, alıcılar əgər nisbətən köhnə xalçalara

məmnuniyyətlə 25 rubl verirdilərsə, eyni ölçülü yeni xalçaya 15 rubl da vermirdilər

(47, s.295).

Tədqiq olunan dövrdə xalça toxuculuğunun iqtisadi faktora çevrilməsi, istehsalının

idarə olunan və daha çox kütləvi proses xarakteri almağa başlaması ilə

bu sənət sahəsi öz tarixi köklərindən uzaqlaşaraq orijinal sənət xüsusiyyətini də

itirməyə başlamışdı. Mənbələrin birində göstərilir ki, Qarabağ xalçalarının Rusiya

və xaici ölkə bazarlarına çıxması xalçaların bədii tərtibatında özgə motivlərin

meydana gəlməsinə səbəb olmuşdu (28, s.86). Xalça məmulatları yeni dəbə və

zövqə uyğunlaşmağa başlayır və ənənəvi ornamentlər özgə - “avropalaşdırılmış”

realist motivlərlə əvəz olunurdu (12, s.82).

Lakin Qarabağ bölgəsində kimyəvi boyaların tədricən üstünlük qazanması

şəraitində belə, bitki mənşəli boyalar öz əhəmiyyətini itirməmişdi. Yerli əhali

öz istifadəsi üçün toxuduğu məmulatlarda keyfiyyətə və davamlılığa xüsusi

önəm verərək, ancaq təbii boyaqlardan istifadə edir, xalçanın bədii tərtibatında

da ənənəvi ornamentlərə üstünlük verirdilər. Digər tərəfdən, bu həm də zövqlü

alıcılar arasında təbii boyaqlarla boyanmış iplərdən toxunmuş məmulatlara

olan tələbatla bağlı idi. Xüsusilə xarici bazarlarda belə məmulatlar yüksək

qiymətləndirildiyindən onalara böyük tələbat hələ də qalırdı.

Göründüyü kimi, XIX-XX əsrin əvvəllərində Qarabağ bölgəsi xalça məmulatı

istehsalı üzrə Azərbaycanın əsas mərkəzlərindən biri olmuşdur. XIX əsrin sonlarından

başlayaraq daxili və xarici bazarlarda xalça məmulatlarına tələbatın kəskin

artması bu sənətin Qarabağ bölgəsində də ev peşəsi xarakterini dəyişərək, muzdlu

əməkdən istifadə edilən kustar sənət səviyyəsinə yüksəlməsinə gətirib çıxarmışdı.

Süni kimyəvi boyaqların istifadəsinə başlanılması və xalça istehsalının kütləvi

xarakter alması Qarabağ xalçalarının şöhrətinə zərbə vursa da, təbii boyaqlardan

və ənənəvi naxışlardan istifadə olunmaqla hazırlanmış xalça məmulatları həm

daxili, həm də xarici bazarlarda hələ də yüksək qiymətləndirildiyindən özünün

tədarük və ixrac potensialını XX əsrin əvvəllərinə qədər qoruyub saxlaya bilmişdi.

141

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!