25.10.2019 Views

Azərbaycan xalçaları / Azerbaijani carpets #31

elmi-publisistik jurnal / scientific-publicistic journal / научно-публицистический журнал

elmi-publisistik jurnal / scientific-publicistic journal / научно-публицистический журнал

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

istehsalı ilə məşğul olurdu (16, s.56, 58,

59). Onu da göstərmək lazımdır ki, bu

bölgələrdə fəaliyyət göstərən xalçaçılar say

etibarilə yerdə qalan bütün sənətkarları

üstələyirdilər. Belə ki, Quba qəzasında xalçaçılar

bütün sənətkarların 80,5 faizini, Cavad

qəzasında 84,4 faizini, Gəncə qəzasında

isə 55,92 faizini təşkil edirdilər (16, s.56, 58,

59). Sovet hakimiyyətinin ilk illərində aparılmış

araşdırmalar zamanı məlum olmuşdu

ki, bütün Cənubi Qafqazda bazar üçün

məhsul istehsal edən xalçaçıların 70,9 faizi

Azərbaycanın, yerdə qalanları isə Gürcüstanın

və Ermənistanın payına düşürdü

(11, s.104). Heç şübhəsiz ki, Gürcüstanda

və Ermənistanda yaşayan xalçaçıların da

mütləq əksəriyyətini, əsasən, qoyunçuluqla

məşğul olan Azərbaycan türkləri təşkil

edirdi.

Əslində XIX əsrin sonu - XX əsrin əvvəllərini

əhatə edən dövrü Azərbaycanda xalçaçılıq

sənətinin çiçəklənmə dövrü adlandırmaq

olar. Daxili və xarici bazarlarda

tələbatın getdikcə artması ölkədə istehsal

edilən xalça məmulatının həm kəmiyyətinə,

həm də keyfiyyətinə güclü təsir göstərmişdi

(13, s.31-33). Bu məsələni tədqiq etmiş

müəlliflərdən biri yazırdı ki, daxili və xarici

bazarlarda xalça məmulatına tələbat o

qədər artmışdı ki, xalçaçılar onu ödəmək

iqtidarında deyildilər (15, s.84-85). Təkcə

o faktı göstərmək kifayətdir ki, XIX əsrin

sonlarında Tiflis, Gəncə, Quba, Şəki, Şamaxı

və Batum şəhərlərində fəaliyyət göstərən

42 xalça dükanı, əsasən, Azərbaycanda istehsal

olunan xalça məmulatlarının ticarəti

ilə məşğul olurdu. XX əsrin əvvəllərindən

başlayaraq Azərbaycan xalçalarının ixrac

edilməsinə Avropa və Amerikanın ticarət

firmaları da qoşulmuşdular.

Bu dövrdə Azərbaycanda istehsal edilən

xalça məmulatına Almaniyada, İngiltərədə

və ABŞ-da tələbat xüsusilə böyük

idi. Azərbaycan xalçaları özlərinin bə dii

xüsusiyyətlərinə, qiymətlərinin ucuzluğuna

və digər ölkələrdə istehsal edilən iriölçülü

xalçalarla müqayisədə daha kiçik olmalarına

görə bu ölkələrdə xeyli alıcı kütləsinə

malik idi. Onu da göstərmək lazımdır

ki, I Dünya müharibəsinin başlanmasına

qədər bütün Şərq ölkələrində, o cümlədən

Azərbaycanda istehsal edilmiş xalçalar

əvvəlcə İstanbula gətirilir və burada alıcı

ölkələrin tələbatına uyğun olaraq ilkin

çeşidlənməyə məruz qalırdı. Azərbaycanda

istehsal olunmuş xalçaların əsas kütləsinin

2.

3.

37

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!