25.10.2019 Views

Azərbaycan xalçaları / Azerbaijani carpets #31

elmi-publisistik jurnal / scientific-publicistic journal / научно-публицистический журнал

elmi-publisistik jurnal / scientific-publicistic journal / научно-публицистический журнал

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan dövləti xalçaçılıq sənətinin inkişafına nail olmaqla onun yaşadılaraq

gələcək nəsillərə ötürülməsini təmin edib. Təsadüfi deyil ki, 2016-cı ildə yaradılan

"Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin ilk filialı məhz Qarabağda, Füzuli

rayonunun Horadiz şəhərində açılıb. Səhmdar Cəmiyyətin Qarabağ bölgəsində

yaradılan filiallarından biri də Ağdamın Quzanlı qəsəbəsində fəaliyyət göstərir.

Bu filialın açılışında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva

iştirak ediblər.

Xalça istehsalı emalatxanasında 90 nəfərə yaxın toxucu çalışır, onların

əksəriyyəti gənclərdir. Toxucular "Azərxalça"nın təşkil etdiyi tədris-hazırlıq kurslarında

bu sənətin sirlərinə yiyələniblər.

Bu filialda tarixən Ağdamın kəndlərində toxunan xovlu xalçaların və xovsuz

xalça məmulatlarının bədii tərtibatı əsasında yeni xalçalar istehsal olunub. Emalatxanada

indiyədək 1400 kvadratmetr məhsul istehsal edilib, 291 xalça kəsilib.

Filialın direktoru Ceyran Əliyeva AZƏRTAC-a müsahibəsində deyib ki, Qarabağ

hər zaman özünün yüksək bədii zövqlə toxunmuş xalçaları ilə məşhur olub.

Bölgədəki qoyunçuluq təsərrüfatlarının xalçaçıları bol və yüksək keyfiyyətli yunla

təmin etməsi, ərazinin təbii boyaq bitkiləri ilə zəngin olması bu sənət sahəsinin inkişafına

güclü təkan verib. Dağlıq Qarabağın və ona bitişik 7 rayonun Ermənistan

silahlı qüvvələri tərəfindən işğalından sonra bu bölgənin xalçaçılığının da taleyi

sual altında idi. Ancaq Prezidentimizin Qarabağda xalça fabrikləri yaratması bu

qədim sənətimizin yaşadılmasına imkan verib.

Ceyran Əliyeva xalçaçılığa göstərdiyi diqqət və qayğıya görə dövlətimizin

başçısına və birinci xanıma toxucular adından minnətdarlığını bildirib.

O deyib: "Bizim Ağdamda çox böyük xalça fabrikimiz var idi. O fabrik 1980-ci

illərdə Ulu Öndərin təşəbbüsü ilə tikilmişdi. Hətta Xocalıda, Şuşada, Ağdərə rayonunun

Baş Güneypəyə kəndində, Ağdamın dörd kəndində bizim filiallarımız

fəaliyyət göstərirdi. Orada 600 nəfərə qədər xalçaçı çalışırdı. Mənfur ermənilər

rayonu işğal edəndən sonra biz Bərdədə şəraitsiz yerdə xalça toxuyaraq bu sənəti

davam etdirdik. Bir müddət işlədikdən sonra sənətdən ayrılmışdıq və 25 il idi

67

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!