25.10.2019 Views

Azərbaycan xalçaları / Azerbaijani carpets #31

elmi-publisistik jurnal / scientific-publicistic journal / научно-публицистический журнал

elmi-publisistik jurnal / scientific-publicistic journal / научно-публицистический журнал

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

ki, Ağdamda Qarabağ xalçaları toxumurduq. Ölkə rəhbərinin diqqət və qayğısı

ilə Ağdamın Quzanlı qəsəbəsində bu böyük müəssisənin yaradılması qədim

sənətimizi özümüzə qaytarıb".

Vaxtilə Ağdam şəhərində fəaliyyət göstərən xalça fabrikində çalışan, bu

gün isə "Azərxalça"nın Quzanlıdakı filialının ən yaxşı toxucularından biri olan

Bəxtigül Haqverdiyeva onlara göstərilən qayğıdan razılıqla danışıb və toxucuların

ən böyük arzusunu dilə gətirib: "Məcburi köçkün həyatı yaşadığımız dövrdə

öz sənətimizdən uzaqlaşdıq, xalça toxumağa imkanımız olmadı. Son illər bu fabrikin

açılması Ağdam toxucularını çox sevindirib. Biz həm işlə təmin olunmuşuq,

həm də xalçaçılıq sənətimizi yaşadırıq. Bizə bu şəraiti yaratdığına görə dövlət başçımıza

minnətdarıq. Tək arzumuz odur ki, Ağdamımız işğaldan azad olunsun,

dövlətimiz oradakı xalça fabrikini bərpa etsin və biz həmin fabrikdə belə xalçalar

toxuyaq. İnanırıq ki, tezliklə torpaqlarımız işğaldan azad olunacaq, biz yenidən

Ağdama qayıdacağıq və Prezidentimiz orada bundan daha möhtəşəm xalça fabriki

yaradacaq".

Gənc toxucu Məleykə Qasımova xalça toxumağı burada öyrənib. O,

"Azərxalça"nın təşkil etdiyi tədris-hazırlıq kursunu bitirərək sertifikat alıb və

Ağdam filialında işlə təmin olunub. Yaradılan şəraitdən minnətdarlıqla danışan

Məleykə Qasımova qədim el sənəti olan xalçaçılığın yaşadılmasında onların da payı

olduğuna görə qürur duyduqlarını bildirib: "Emalatxanada bizim üçün müasir iş

şəraiti yaradılıb. Biz həm yaradılan şəraitdən, həm də aldığımız əməkhaqqından

çox razıyıq. Bir ildən çoxdur ki, burada çalışıram. Mən fabrikdə işə başlayanda biz

toxuduğumuz hər kvadratmetr xalçaya görə 150 manat əməkhaqqı alırdıq. Prezidentimizin

insanların rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi

tədbirlərin nəticəsidir ki, sentyabrın birindən hər kvadratmetr xalçaya görə

250 manat əməkhaqqı alacağıq. Hər ay təqribən 1.5 kvadratmetr xalça toxuyuram.

Mənim bacım Gülçin də burada işləyir. Əgər o da 1.5 kvadratmetr xalça toxusa,

biz 800 manata yaxın əməkhaqqı alacağıq. Bu da ailəmizə çox böyük dəstəkdir.

68

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!