14.06.2013 Views

Nəsibə Əhməd qızı HİDROMETEOROLOJİ LÜĞƏT «Nafta Press ...

Nəsibə Əhməd qızı HİDROMETEOROLOJİ LÜĞƏT «Nafta Press ...

Nəsibə Əhməd qızı HİDROMETEOROLOJİ LÜĞƏT «Nafta Press ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

LETAL (öldürücü)

TEMPERATUR – canlı orqanizm

üçün öldürücü temperatur.

LEYSAN – qısamüddətli

atmosfer yağıntısı. Adətən yağış

halında düşür. İntensivliyi adətən

1-3 mm/dəq və daha çox olması

ilə fərqlənir. Dünyada ən güclü L.

Havay adalarında (21 mm/dəq,

1913) Azərbaycanda isə Zaqatala

rayonunda (10,7 mm/dəq, 1959)

müşahidə edilmişdir.

LİL – su hövzələri dibində narın

dənəli çöküntü. Tərkibinin 50%dən

çoxu 0,01 mm-dən kiçik olan

hissəciklərdən ibarətdir. L.-dən

tibbdə (palçıq müalicəsi), bəzi

növlərindən gübrə kimi və s.

istifadə edilir.

LİLLƏNMƏ – su hövzəsi

yatağının və ya suaxarı məcrasının

qeyri-üzvi və üzvi hissəciklərlə

dolması. L. su hövzələrinin, çayın

dayazlaşmasına, hövzənin

kiçilməsinə səbəb olur. L. ilə

mübarizə aparmaq üçün

torpaqqazıyan texnikadan, sahil

zonada (suqoruyucu zona) meşə

zolaqları salmaqdan istifadə olunur.

LİMAN (yun. limen – havan,

buxta) – 1) çay mənsəbinin dəniz

suyu basmış, qabarma və

çəkilmənin təsirinə məruz

qalmayan və dayaz körfəzə

çevrilmiş geniş hissəsi. Sahil

boyunca qurunun çökməsindən

əmələ gəlir. 2) okean, dəniz və

daxili su hövzələrinin sahilində

gəmilərin durması və yük vurub

boşaldılması üçün xüsusi körpü və

127

başqa qurğular ilə təchiz edilmiş

məntəqə.

LİMNOBİONT (yun. limno -

göl) – göllərdə yaşayan

orqanizmlər.

LİMNOFİL – durğun suyu

sevən orqanizmlər.

LİMNOLOGİYA,

GÖLŞÜNASLIQ – quru

hidrologiyasının bir şöbəsi, gölləri,

su anbarlarını və bataqlıqları

öyrənən elm. L.-nın başlıca

vəzifəsi sututarlarda daim dəyişib

inkişaf edən fiziki, kimyəvi və

bioloji proses və hadisələrin

qanunauyğunluqlarının, bu

proseslərin ətraf mühitlə

əlaqəsinin öyrənilməsidir. L-nın

elmi əsasları XIX əsrin ikinci

yarısında İsveçrə alimi Fransua

Fovel tərəfindən

formalaşdırılmışdır. 1885-ci ildə

Londonda keçirilən 5-ci Beynəlxalq

Coğrafiya konqresində

gölşünaslığın məqsəd və

vəzifələrini əsasdandıraraq onu

coğrafiya elmləri sisteminə daxil

olan hidrologiyanın bir bölməsi

kimi əsaslandırmışdır.

Müasir limnoloji tədqiqatlarda

landşaft və balans üsulları

əsasında formalaşan komples –

coğrafi istiqamət əsas yer tutur.

LİMNOPLANKTON – daxili

kontinent su hövzələrində yaşayan

plankton orqanizmlərin məcmusu.

LİMNOPSAMMON – təmiz sulu

göl və su hövzələrinin sahilləri

boyu nəmli qumun üst qatında

yaşayan orqanizmlərin məcmusu.

L.-ın nümayəndələrindən sapvari

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!