14.06.2013 Views

Nəsibə Əhməd qızı HİDROMETEOROLOJİ LÜĞƏT «Nafta Press ...

Nəsibə Əhməd qızı HİDROMETEOROLOJİ LÜĞƏT «Nafta Press ...

Nəsibə Əhməd qızı HİDROMETEOROLOJİ LÜĞƏT «Nafta Press ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

larından istifadə olunur. Mexaniki

üsulla çökdürmə və süzmə

prosesləri daxildir. Bu zaman

suyun içərisindəki bərk asılqan

maddələr kənar edilir. Fizikikimyəvi

üsulda kütlə mübadiləsi

proseslərindən – adsorbsiyadan və

ekstraksiyadan istifadə olunur.

Kimyəvi üsulda çirkab, əsasən,

kimyəvi reagentlər vasitəsilə emal

olunur. Bu zaman neytrallaşdırma,

oksidləşmə, reduksiya reaksiyaları

nəticəsində zəhərli maddələr

qeyri-toksik məhsula çevrilir,

yaxud da çöküntü halında ayrılır.

Biokimyəvi üsulda su

aerotenklərə verilir. Yuxarıda

göstərilən üsullarla təmizlənmiş

suyun tərkibindəki xəstəliktörədən

bakteriyaları məhv etmək üçün

suyu xlorlayır və bundan sonra

hövzələrə buraxırlar. Bioloji üsul

– çirkab sularının təmizlənməsində

ən geniş yayılmış üsullardan biri

olub, bu zaman üzvi maddələrin

mikroorqanizmlərlə –

saprobiontlarla minerallaşması

gedir. Bu məqsədlə kiçik

gölməçələrdən və digər su

hövzələrində biofiltrlər və ya

aerotenklərdən istifadə edilir.

Termik üsul baha başa gəlsə də

daha effektivdir. Bu üsulda sudan

qeyri-toksik qazvari yanma

məhsulu və bərk çöküntü alınır.

Çirkabın tərkibində üzvi maddələr

çox olarsa bu üsuldan istifadə

etmək sərfəlidir.

ÇOVĞUN, BORAN –

düzənliklərdə qar yağa-yağa güclü

külək əsməsi, küləyin qarı Yerin

48

səthi üzrə hərəkət etdirməsi və

sovurmasıdır.

ÇOXDUZLU (RAPALI) GÖL –

suyun 1 litrində 47%0-dən artıq

duz olan göl. Bu tip göllərin dibinə

adətən duz çökür, dib çöküntüləri

müalicəvi əhəmiyyət daşıyır; məs:

Abşeronda – Masazır, Fatmayı,

Qırmızı, Mirzələdi və s.

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!