14.06.2013 Views

Nəsibə Əhməd qızı HİDROMETEOROLOJİ LÜĞƏT «Nafta Press ...

Nəsibə Əhməd qızı HİDROMETEOROLOJİ LÜĞƏT «Nafta Press ...

Nəsibə Əhməd qızı HİDROMETEOROLOJİ LÜĞƏT «Nafta Press ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

EFEMER ÇAY – yalnız müəyyən

mövsümdə yağışlar zamanı və qar

əriyəndə yatağı su ilə dolan çay;

qalan vaxtlar quruyur və ya birbirindən

aralı kiçik su qalıqları

görünür. (məs. Qobustandakı

Ceyrankeçməz çayı).

EFEMER GÖL – arid ərazilərdə

ilin isti dövründə quruyan dayaz

göl.

EFEMERLƏR (yun.

ephemeros – bir günlük) –

səhra, yarımsəhra, bozqır və

düzən sahələrin ekoloji şəraitinə

uyğunlaşmış, vegetasiya dövrü

qısa olan birillik bitkilər qrupu.

Yazda və payızda torpaqda nəmlik

çox olduqda E. inkişaf edib

çiçəkləyir və toxum verir, quraqlıq

düşdükdə isə quruyub sakitlik

mərhələsinə keçir. Belə həyat tərzi

olanların kserofit hala keçməsinin

qarşısını alır. Ona görə də E.

mezofit və ya ksero-mezofit qrupa

daxil olur. E. iki qrupa bölünür:

tipik E. və qış E.-i. Tipik E.-in (tipik

mezofitlər) toxumu yazda cücərir

və vegetasiyasını 1,5-2,5 ay

ərzində başa çatdırır. Qış E.-inin

toxumları payızda cücərdiyi üçün

vegetasiya dövrü uzun çəkir

(bütün qışı və yazın əvvəli). E.-in

təsərrüfat əhəmiyyəti böyükdür. E.

qış otlaqlarında (Qobustan,

Ceyrançöl, Acınohur və s.) yem

bazasının əsasını təşkil edir.

EFEMEROFİTLƏR –

akklimatizasiyaya qadir olmağa

uyğunlaşmayan kənardan gətirilən

E

60

bitki növləri.

EFEMEROİDLƏR – İllik

vegetasiyasını qısa müddətdə

(payızdan yaza kimi) başa vuran

və yerüstü hissəsini yayda

quruyub məhv olan çoxillik ot

bitkiləri qrupu. Yeraltı hissəsi (kök

yumruları, soğanaq və kökümsov)

ilin çox hissəsini sakitlik halında

keçirir və bir neçə il qalır. Quraqlıq

E.-i səhra, yarımsəhra və

bozqırlarda bitərək, həmin

regionlarda otlaqların əsas yem

bitkisidir. E.-ə həm də kifayət

qədər rütubətli meşə və subalp

(alp) zonalarında rast gəlinir.

Onlar əsas meşə və subalp bitkiləri

inkişafa başlayanadək öz

vegetasiyasını tamamlayır. Bütün

E. vegetativ çoxalır. Onların

əksəriyyəti otlaq yemi kimi

təsərrüfat əhəmiyyətinə malikdir,

həmçinin dekorativ gülçülükdə

istifadə edilir (lalə, nərgiz və digər

zanbaqkimilər). Zəfəran bitkisi də

efemeroidlərə aiddir.

EFFEKTİV ATMOSFER

ÇÖKÜNTÜLƏRİ – atmosfer

çöküntülərinin torpaqda qalan

(axıb getməyən) və bitki

tərəfindən istifadə oluna bilən

hissəsi.

EFFEKTİV TEMPERATURUN

CƏMİ – bitkilərin vegetasiya

dövrünü başa vurması və ya

heyvanların yumurtadan (və ya

kürüdən) yaşlı fərdə çatması üçün

həyat siklini keçməyə sərf olunan

ümumi istilik miqdarı.

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!