14.06.2013 Views

Nəsibə Əhməd qızı HİDROMETEOROLOJİ LÜĞƏT «Nafta Press ...

Nəsibə Əhməd qızı HİDROMETEOROLOJİ LÜĞƏT «Nafta Press ...

Nəsibə Əhməd qızı HİDROMETEOROLOJİ LÜĞƏT «Nafta Press ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

diatom yosunlar, çiçəkli bitkilər

(məs., suzanbağı), bəzi rotatorilər,

briozoylar, süngərlər, şaxəbığcıqlı

xərçənglər, balıqlardan isə çəki,

qızılxallı balıq aiddir.

OLİQOTROF SU HÖVZƏSİ –

az miqdarda biogen maddələrə

malik olan su hövzəsi (tundranın

üst bataqlıqları və gölləri, Dünya

okeanının mərkəzi subtropik

vilayətlərində biogen elementlər

çatışmadığından ilk məhsul aşağı

olur).

OVALIQ – dəniz (okean)

səviyyəsindən 200 m-ə qədər

yüksəkdə yerləşən quru sahəsi.

Səthi adətən düzən, qismən

təpəlik olur. Əsasən tektonik

enmələr və çökəkliklərin dəniz,

yaxud kontinental çöküntülərlə

dolması nəticsində yaranır. Dəniz

səviyyəsindən aşağıda yerləşən

O.-lar (məs. Xəzəryanı) da var.

Azərbaycan Respublikası ərazisinin

təqribən 2/5-si O.-dır (Kür-Araz,

Samur-Dəvəçi, Lənkəran).

OZLAR (isv. As-tirə)- uzun (30-

40 km), ensiz (bir neçə m-dən 2-3

km-ə qədər) və hündürlüyü 25-30

m-ə çatan qədim buzlaq

çöküntülərindən (qum, çınqıl,

buzlaq daşı və s.) əmələ gələn

tirələrdir. O, İsveçdə, Finlandiya

və Rusiyanın Avropa hissəsinin

şimalında yayılmışdır.

OZON (lat. ozon - iyli) –

oksigenin allotrop modifikasiyası;

xarakterik kəskin iyli, partlayıcı,

mavi qazdır. Havadan elektrik

cərəyanı keçdikdən və ya şimşək

çaxdıqdan sonra havada O.-un iyi

152

duyulur. Suda 0°-də oksigendən

15 dəfə artıq həll olur. Atmosferdəki

O.-un ümumi miqdarı

ozonometr deyilən cihazla ölçülür.

OZON EKRANI, OZONOSFER

– 10-50 km yüksəklikdəki

atmosfer zonası olub ozonun

maksimal miqdarı ilə xarakterizə

olunur. Onun mövcudluğu

fotosintezedən bitkilər (O2,

oksigenin ayrılması) və oksigenə

ultrabənövşəyi şüaların təsiridir:

3O2 + 285 kC = 203,0. O.E.

həyatda bütün canlıları bu şüaların

məhvedici təsirindən qoruyur.

OZONLAŞDIRMA – ozon

vasitəsilə oksidləşdirmə

reaksiyalarının aparılması, yaxud

havanın və suyun

zərərsizləşdirilməsi. Tez xarab olan

məhsulların saxlandığı və emal

edildiyi binaların havası ozonator

vasitəsilə təmizlənir. Suyu,

sterilizator adlandırılan xüsusi

rezervuarlarda, ozonlaşdırılmış

hava ilə sterilizə edirlər.

OZONOMETR – atmosferdəki

ozonun ümumi miqdarını təyin

edən cihaz.

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!