14.06.2013 Views

Nəsibə Əhməd qızı HİDROMETEOROLOJİ LÜĞƏT «Nafta Press ...

Nəsibə Əhməd qızı HİDROMETEOROLOJİ LÜĞƏT «Nafta Press ...

Nəsibə Əhməd qızı HİDROMETEOROLOJİ LÜĞƏT «Nafta Press ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

TORF BATAQLIĞI

Torf qatı ilə (25-30 sm-dən

çox) örtülən bataqlıq.

TORPAQ HAVASI – su ilə

dolmayan torpaq məsamələrinin

(boşluqlarının) hava ilə dolması.

TORPAQ TERMOMETRLƏRİ

– torpağın müxtəlif dərinliyində

temperaturunu ölçmək üçün

termometrlər.

TORPAĞIN SU REJİMİ –

Torpaq suyunun hərəkətini, bitki

tərəfindən onun sərf edilməsi və

istifadəsini təyin edən hadisə və

proseslərin məcmusu; torpaq

münbitliyinin amillərindən biri.

T.s.r. torpağın tərkibi və

xassələrindən (hiqroskopikliyi,

susızdırması, su tutumu və s.)

iqlim və hava şəraitindən,

relyefdən, torpaq hazırlanmasının

(şumlanması) üsulundan,

becərilən bitkinin xüsusiyyətindən

asılıdır. Torpağın su balansı

müəyyən dövr ərzində ona daxil

olan sulardan (atmosfer

yağıntıları, kondensasiya olunan

atmosfer suyu, qonşu sahələrdən

daxil olan səthi və torpaq su

axımı, suvarma suyu) və xaric

olan sulardan (səthi və torpaq su

axınları, bitki tərəfindən və

torpaqdan buxarlanan sular)

ibarətdir.

Torpağın hazırlanması üsulları,

fiziki, kimyəvi və mikrobioloji

proseslər, bitkinin su ilə təmin olunması

T.s.r.-ndən asılıdır. T.s.r.ni

təmin etmək üçün torpaq

suyunu toplamaq, saxlamaq və

səmərəli istifadə etmək lazımdır

199

(qarın toplanması, qar suyunun

saxlanması, torpağın düzgün

hazırlığı, suvarma, qurutma və s.).

T.s.r. hava və istilik rejimləri,

həmçinin bitkinin qida rejimi ilə

sıxı əlaqədardır.

TOZLU TUFANLAR – Torpaq

səthindən toz qaldıraraq onu uzaq

məsafədə sovurub aparan güclü

(20 m/s) küləklər. Əsasən səhra,

yarımsəhra və çöl zonasının kənd

təsərrüfatı rayonlarında tez-tez

baş verir. Kənd təsərrüfatına

böyük ziyan vurur. Mübarizə

tədbiri tarlaqoruyucu meşə

zolaqlarının salınması hesab

olunur.

K/t üçün ən təhlükəli meteoroloji

hadisələrdən biri sayılır. Bu hadisə

həm təbii, həm də antropogen

faktorların təsirilə baş verir.

Tozlu tufanlar kompleks

aqrometeoroloji faktorlar

nəticəsində baş verir. Onlara güclü

küləklər (10-20 m/s), torpaq

səthinin quru və tozlu-qumlu

olması, tarlada bitki örtüyünün zəif

inkişaf etməsi, geniş açıq sahələrin

mövcudluğu aiddir. Tozlu tufanlar

adətən havanın nisbi rütubətliyi

50%-dən aşağı olduqda baş verir.

Göstərilən kompleks faktorlar çöl,

yarımsəhra və səhra zonalarında

baş verir.

Azərbaycanda tozlu tufanlar

külək eroziyası şəklində əsasən,

Abşeron yarımadasında müşahidə

edilir.

TRANSQRESSİYA – dənizin

quruya «Hücumu»; Yer qabığının

tektonik hərəkəti, geoloji dövrdə

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!