14.06.2013 Views

Nəsibə Əhməd qızı HİDROMETEOROLOJİ LÜĞƏT «Nafta Press ...

Nəsibə Əhməd qızı HİDROMETEOROLOJİ LÜĞƏT «Nafta Press ...

Nəsibə Əhməd qızı HİDROMETEOROLOJİ LÜĞƏT «Nafta Press ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

proseslər kompleksi. Su, su

kəmərinə verilməzdən əvvəl

kaoqulyasiya, çökdürmə və süzmə

yolu ilə durulaşdırılır,

zərərsizləşdirilir (maye xlor, xlorlu

əhəng və ozonla). Kimyəvi tərkibi

qənaətləndirici olduqda yeraltı

sular təkcə xlorla və ya

ultrabənövşəyi şüalarla

zərərsizləşdirilir. Suyu yumşaltmaq

üçün su əhəng və ya soda ilə emal

edilir, yaxud ionit süzgəcdən

keçirilir. Tərkibindəki qazlardan

(karbon qazı, hidrogensulfid və

metandan, flour artığından) və

radioaktiv maddələrdən su

aerasiya yolu ilə, aktivləşdirilmiş

alüminium-oksidindən süzməklə,

dezaktivasiya ilə təmizlənir. Su

aktivləşdirilmiş kömür, ozon, xlor

4-oksid və ya kaliumpermanqantla

dezdorasiya edilir.

S.t. üçün reagent və dezinfeksiya

qurğularından, qarışdırıcı,

çökdürücü və s.-dən istifadə edilir.

SÜLB AXIM – səthi axın

sularının özü ilə yuyub apardığı

torpaq, qum, digər mineral və üzvi

hissəciklərdən ibarət asılı

materiallar. Miqdarı qr., kq və

tonla ölçülür və suda həll olunmuş

kimyəvi maddələr cəmidir. Səthi

axın sularının tərkibindəki S.a.-ın

miqdarı ərazidən yuyulan torpağın

və həll olan duzların miqdarının

göstəricisidir.

Çay suyu ilə axan gətirmələr və

həll olunmuş maddələr sülb axımı

təşkil edir.

Sülb axım çay hövzələrində səth

suları hesabına əmələ gələn

188

aşınma prosesi nəticəsində baş

verir. Çaylarda sülb axımın əmələ

gəlməsində başlıca rolu su

aşınması (eroziyası) oynayır. Qar

və yağış suyunun təsiri ilə

torpaqda gedən yuyulma prosesi

su aşınması adlanır.

Sülb axımı göstərən amillər iki

yerə bölünür:

1) sülb axım məhsullarının əmələ

gəlməsinə təsir edən amillər;

2) bu məhsulların daşınmasına

şərait yaradan amilər. Birinci

qrupa daxil olan amillərə günəş

radiasiyası, şaxta, temperatur və

kimyəvi aşınmalar, çay hövzəsində

torpaq və bitki örtüyü, süxurların

litologiyası, insanın təsərrüfat

fəaliyyəti və s., ikinci qrupa isə

səth axımı və çayların su rejimi

xüsusiyyətləri aid edilir.

Çayın meylliyi çox olduqda

yuyulma prosesi daha intensiv

gedir, onunla nəql edilən

gətirmələrin miqdarı da artır.

Düzənlik sahələrdən axan çayların

hövzələrində aşınmanın nisbətən

zəif olması nəticəsində

gətirmələrin nəql edilməsi zəif

gedir.

SÜNİ GÖL (NOHUR) – Süni

sututar. Kiçik çay dərəsi, qobu və

yarğanlarda bəndlərin tikilməsi,

yaxud düzən yerlərdə iri çalaların

qazılması yolu ilə yaradılır. Səth

suları və ya yeraltı sularla

doldurulur. Mühüm təsərrüfat

əhəmiyyəti var.

SÜRÜŞMƏ – Ağırlıq qüvvəsinin

təsiri ilə yumşaq süxur kütləsinin

(yaxud torpağın bir hissəsinin)

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!