14.06.2013 Views

Nəsibə Əhməd qızı HİDROMETEOROLOJİ LÜĞƏT «Nafta Press ...

Nəsibə Əhməd qızı HİDROMETEOROLOJİ LÜĞƏT «Nafta Press ...

Nəsibə Əhməd qızı HİDROMETEOROLOJİ LÜĞƏT «Nafta Press ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

s.) ətraf mühitə həddindən artıq

atılması.

EKOLOJİ QIŞLAMA –

orqanizmlərin (əsasən insanın)

daimi qarla örtülü şəraitdə,

həmçinin güclü şaxtalarda

yaşaması ilə əlaqədar məsələlərin

öyrənilməsi.

EKOLOJI RISK ZONASI -

Ekoloji risk zonası - quruda və ya

dünya okeanı akvatoriyasında

insanın təsərrüfat fəaliyyəti təhlükəli

ekoloji vəziyyət yaratdığı

yerlər. (kontinental şelfdə neft çıxarılması

dənizin çirklənməsinə

təhlükə yaradır, yüksək dağlıq

vadilərdə SES-lərin tikilməsi)

EKOLOJİ SİSTEM – canlı

orqanizmlərin bir-birilə və onların

yaşadığı mühitlə (biosferlə)

qarşılıqlı əlaqəsi. Hər bir E.s.-in

xüsusi quruluşu və vəzifəsi var.

E.s.-in quruluşu onun fiziki,

kimyəvi və bioloji göstəriciləri ilə

müəyyənləşdirilir; başlıca vəzifəsi

isə maddələr mübadiləsində enerji

axınını təmin etməkdir. E.s.-də

yeganə enerji mənbəyi Günəşdir.

Xarici mühit amillərinin (abiotik və

biotik) ayrı-ayrı növlərlə əlaqəsi və

onların kompleks təsirinə növün

E.s.-i deyilir.

– qarşılıqlı əlaqədə olan ətraf

mühitin tərkib hissəsini təşkil

edən: flora, fauna, torpaq, su

hövzələri və çaylar, mineral

sərvətlər, hava və enerji

mənbələrinin vəhdətidir.

EKOLİMNOLOGİYA - limnik

sistemlərin ekoloji şəraitinin

tədqiqi ilə məşğul olan elm sahəsi.

62

EKOLOJİ TARAZLIQ –

(təbiətdə) hər hansı təbii

qruplaşmasında canlı

orqanizmlərin növ tərkibinin, onun

sayının, məhsuldarlığının, sahədə

paylanmasının, həmçinin

mövsümü dəyişməsinin, biotik

maddələr mübadiləsinin və digər

bioloji proseslərin nisbi davamlığı.

Müəyyən ekosistem üçün xas

olan mühit şəraitinin dəyişməsi

E.T.-ı pozur, bir növün

azalmasına, digərinin isə

artmasına səbəb olur. Bununla

yanaşı orqanizmlərin təbii

qruplaşmaları müxtəlif zədəverici

təzyiqlərə qarşı davam gətirmək

qabiliyyətinə malik olub normal

şərait bərpa olunarkən öz ilkin

vəziyyətinə qayıdırlar, yəni

müəyyən davamlılığa malikdirlər.

Çox vaxt E.t.-ın pozulması

dedikdə atmosferin qaz tərkibinin

və hidroloji rejimin kəskin

dəyişməsi, ətraf mühitin qlobal

çirklənməsi başa düşülür. E.t.-ın

mürəkkəb və bir-birilə bağlı

mexanizmlərini bilmədən

təbiətdən səmərəli istifadə etmək,

hər hansı bir təsərrüfat fəaliyyətini

və təbii mühiti həyat üçün yararlı

halda saxlamağı proqnozlaşdırmaq

mümkün deyildir.

E.t.-ı saxlamaq aktuallığı

ekosistemlərin bərpa oluna

bilməyən pozulmasına təsir

göstərən vasitələrin yarandığı

dövrdə, yəni 20-ci əsrin 2-ci

yarısında artdı.

EKOSİD – canlı orqanizmlərin,

ilk növbədə insanın yaşadığı

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!