14.06.2013 Views

Nəsibə Əhməd qızı HİDROMETEOROLOJİ LÜĞƏT «Nafta Press ...

Nəsibə Əhməd qızı HİDROMETEOROLOJİ LÜĞƏT «Nafta Press ...

Nəsibə Əhməd qızı HİDROMETEOROLOJİ LÜĞƏT «Nafta Press ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

sahəsinə olan nisbətinə deyilir və

mm-lə ölçülür:

W

h = 3

10 F

(4)

(2) və (4) ifadələrini (3)-də

nəzərə alsaq, axım modulu və

onun qalınlığı arasında olan

aşağıdakı asılılığı yazmaq olar:

M=0,0317h

(5)

Axımı səciyyələndirən kəmiyyətlərin

orta çoxillik qiymətinə axım

norması deyilir.

ÇAY (SU) AXINININ BÖLÜŞ-

DÜRÜLMƏSI - Çay axınının

köçürülməsi, su resurslarının

ərazicə paylanması. Bu hidrotexniki

qurğuların – adətən kanal, borukanal,

tonnel, nasos stansiyasının

köməyi ilə həyata keçirilir.

ÇAY EROZİYASI – çay

sularının fəaliyyəti nəticəsində

sahillərin və yataqlarının yuyulub

dağılması. Düzənlik çaylarında sahillərin

yuyulması (yan eroziya),

dağ çaylarında isə dərininə eroziya

üstünlük təşkil edir. Ç.e.-na,

xüsusilə sahillərin yuyulub

dağılmasına bir sıra antropogen

amillər – sahillərdə meşə və

kolluqların qırılması, sistesiz

otarma, eroziyaya qarşı tədbirlər

aparılmadan sahil ərazinin şumlanması,

müxtəlif tikinti işlərinin

aparılması, yarğan eroziyasının –

inkişafı və s. böyük təsir göstərir.

ÇAY HÖVZƏSİ – müəyyən bir

çaya yerin səthindən və yer

41

altından su toplanan ərazi.

Səthi və yeraltı sular hesabına

çayı qidalandıran sahə çay hövzəsi

adlanır. Hövzə anlayışı həm ayrılıqda

götürülmüş çaya, həm də

çay sisteminə aid edilə bilər. Çay

sisteminin sutopladığı yerüstü

sahə, onun qidalanmasında rol

oynayan yeraltı sutoplayan sahə

ilə üst-üstə düşməyə də bilər.

Yeraltı sutoplayan sahənin sərhədlərini

dəqiq təyin etmək

müəyyən çətinliklərlə əlaqədar

olduğuna görə çox vaxt hesablamalarda

bu sahə çay hövzəsinin

yerüstü sutoplayan sahəsinə

bərabər qəbul edilir.

Qonşu çay hövzələrinin sərhədi,

bu hövzələr arasında yer səthinin

ən yüksək nöqtələrindən keçən

suayırıcı xətt ilə müəyyən

olunur.

ÇAY QOLU – baş çaya (və ya

əsas çaya) tökülən çaylara deyilir.

Ç.q.I.II və i.a. dərəcəli ola bilər.

Bilavasitə baş çaya tökülən çay I

dərəcəli qol, I dərəcəli qola

tökülən çay II dərəcəli qol və s.

adlanır. Çay bəzən öz yatağının

aşağı hissəsində, xüsusən deltasında

şaxələnir, dənizə, görə və

ya başqa çaya bir neçə ayrı-ayrı

yataqdan axıb tökülür ki, bunlara

da Ç.q. və ya çaydan ayrılan qol

deyilir.

ÇAY MEANDRI – Düzənlik

sahələrindən axan çaylar planda

əyrixətli formada, girinti və

çıxıntılardan ibarət olur. Bunun

səbəbi, bir tərəfdən çay sahillərinin

dəyanətsiz, tez yuyulan

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!