14.06.2013 Views

Nəsibə Əhməd qızı HİDROMETEOROLOJİ LÜĞƏT «Nafta Press ...

Nəsibə Əhməd qızı HİDROMETEOROLOJİ LÜĞƏT «Nafta Press ...

Nəsibə Əhməd qızı HİDROMETEOROLOJİ LÜĞƏT «Nafta Press ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

çökəklik, kiçik şəhər və s.) iqlimi.

Makroiqlim və mikroiqlim arasında

keçid təşkil edir.

MEZORELYEF – relyef forması,

makrorelyef ilə mikrorelyef

arasında orta vəziyyət tutur. Məs.,

dərə, çökəklik və s.

MEZOSFER – atmosferin

stratosfer ilə ionosfer arasındakı

təbəqəsi. Təqr. 50 km-dən 80-85

km-dək yüksəklikdə yerləşir. M.

temperaturun yüksəkliyə görə təq.

0°S-dən 90°S-yədək azalması ilə

səciyyələnir.

MEZOTROF SU HÖVZƏSİ –

Su orqanizmləri üçün qida

maddələrinin orta dərəcədə olan

su hövzəsi. Belə su hövzələri

təmiz, şəffaf olur.

MEŞƏNİN SU REJİMİ –

atmosfer və qrunt sularının

meşəyə daxil olması və onların

meşə tərəfindən istifadə olunması,

həmçinin suyun meşə daxilində və

ondan kənarda hərəkət etməsini

təyin edən hadisələrin məcmusu.

M.s.r. adətən konkret sahədə

müəyyən dövr ərzində (əsasən bir

il müddətində) atmosfer meşə

bitkisi-torpaq sistemi daxilində su

balansı ilə xarakterizə olunur.

Yağıntının bir hissəsi meşə çətirləri

arasındakı boşluqlardan keçib

meşə döşənəyinə çatır, bir hissəsi

isə ağaclar və aşağı yarus bitkiləri

tərəfindən tutulub saxlanır. Meşə

döşənəyinə və torpağın səthinə

çatan suyun bir hissəsi sızaraq

torpağın alt qatlarına gedir və ya

səthi axım şəklində hidroloji

şəbəkəyə daxil olur. Meşə altda

137

torpaq çox məsaməli olduğundan

və çox zəif donmaya məruz

qaldığından suyu bitkinin və

torpağın səthindən buxarlanma

hesabına və desuksiya, sonra isə

transpirasiya yolu ilə sərf edir.

Meşə formasiyası ot və mədəni

bitkilərə nisbətən potensial

buxarlanma cəminin çoxluğu ilə

xarakterizə olunur, bu meşənin

özünün xassələrindən asılıdır.

MƏRCAN RİFLƏRİ (alm. Riffsualtı

qaya) – dənizlərdə mərcan

poliplərinin skeletlərindən əmələ

gələn tikintilərə (ada, qaya, tirə)

deyilir. M.r. üç tipə bölünür: sahil

rifləri, baryer rifləri və atollar.

Sahil rifləri bilavasitə sahilin

yamacına qovuşur və özünün

kənar tərəfi ilə sahil xəttini təşkil

edir. Baryer rifləri sahilə paralel

uzanır və onunla sahil arasında su

zolağı qalır. Ən böyük baryer rifləri

Avstraliyanın şərq sahil boyunca

uzanır ki, onun uzunluğu 2000

km, orta enliliyi 30 km-dir. Atollar

üzüyəbənzər adalardan ibarətdir.

MİKROİQLİM – coğrafi

landşaft daxilində kiçik ərazinin

(məs. meşə talası, göl sahili, şəhər

meydançası, tarla və s.) iqlimi. M.

dedikdə, əsasən, həmin sahə üçün

xarakterik olan ümumi iqlim

şəraitindən fərqli iqlim nəzərdə

tutulur. M.-ə səth örtüyünün təsiri

böyükdür. Buna görə də, əsasən,

havanın yer səthinə yaxın

təbəqəsində əmələ gəlir və

hündürlük artdıqca yox olur. Yaşıl

bitkilər zonasının, iri şəhərlərin,

ayrı-ayrı binaların və s. M.-i var.

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!