14.06.2013 Views

Nəsibə Əhməd qızı HİDROMETEOROLOJİ LÜĞƏT «Nafta Press ...

Nəsibə Əhməd qızı HİDROMETEOROLOJİ LÜĞƏT «Nafta Press ...

Nəsibə Əhməd qızı HİDROMETEOROLOJİ LÜĞƏT «Nafta Press ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

qurşağı, Şimal və Cənub

yarımkürələrində təqribən 30 0 ilə

40 0 en dairələri arasındadır. Qışda

mülayim, yayda tropik hava

kütlələrinin üstünlüyü ilə

xarakterizə olunur. Orta aylıq

temperatur 0-5 ilə 20-25 0 C

arasında dəyişilir. Qış aylarında

bəzən şaxtalar olur. Materiklərin

ş.-də musson iqlimli rütubətli

subtropiklər üstündür torpaqları

sarı-qonur, sarı və qırmızı, bitki

örtüyü həmişəyaşıl enliyarpaqlı

meşə formasiyalarıdır. Materiklərin

daxili rayonlarında quru

subtropiklər yayılmışdır; torpaqları

boz və qonur, bitkiləri sübtropik

səhra və yarımsəhra tiplidir. S.q-ın

dağlıq rayonları üçün dağ meşələri

(orta qurşaqda), alp çəmənləri və

buzlaqlar (yuxarı qurşaqda)

xarakterikdir. Köhnə SSRİ

ərazisindəki S.q. rütubətli

subtropiklərə (Qafqazın Qara

dəniz sahillərinin mərkəzi və

cənub hissələri, Kolxida ovalığı),

yayı quraq keçən yarımrütubətli

subtropiklərə (Lənkəran ovalığı),

Aralıq dənizi tipli yarımquru

subtropiklərə (Qafqazın Qara

dəniz sahillərinin şm.hissəsi,

Krımın c.sahili) və quru

subtropiklərə Həftəran vadisi, Kür-

Araz ovalığı, Orta Asiya

səhralarının c.kənarı) ayrılır. S.q.da

mədəni landşaft geniş

yayılmışdır. Okean hissəsi suyunun

yüksək temperaturu (15-16 0 C) və

duzluluğu ilə xarakterizə olunur;

canlı aləmi kasıbdır.

SUFFOZİYA (lat.suffossio –

179

altını oyma)-yeraltı sular vasitəsi

ilə süxurdarın arasındakı yumşaq

xırda hissəciklərin yuyulması və

üstdə yerləşən qatın çökməsi

nəticəsində yer səthində qıf və

tabaq formalarında çökəklər əmələ

gəlməsinə deyilir. S.lyoss səthində

daha geniş yayılır.

SUGÖTÜRÜCÜ QURĞU –

sugötürücü – hidroenergetika, su

təchizatı, irriqasiya və s.

məqsədlər üçün səthi və yeraltı

mənbələrdən su götürən

hidrotexniki qurğu. S.q-lar adətən

başqa hidrotexniki qurğularla

birlikdə tikilir və bütün qurğular

kompleksi sugötürən qovşaq

adlanır. S.q. kanal, boru kəməri,

tunel və s. suaparana lazımi

miqdarda və keyfiyyətdə su

buraxmalıdır. SES, su təchizatı

sistemi və irriqasiya S.q.-larına

bölünür: SES S.q.-su alçaq basqılı

və dərinlik, su təchizatı sisteminin

S.q.-su mənbələrinə görə çay, su

anbarı, göl, dəniz və s. tipli

irriqasiya S.q.-ları isə bəndli və

bəndsiz olur. Su təsərrüfatı

sistemində S.q. baş qurğu da

adlanır. Yeraltı suları Yer səthinə

qaldırmaq üçün şaquli (qazıma

quyusu, şaxta quyusu) və üfüqi

(xəndəkvari, lağım) S.q.-lar habelə

kaptaj qurğularından istifadə

edilir.

SUKEÇİRƏN SÜXURLAR –

məsamələri xeyli geniş olub,

üzərindəki suyun bir hissəsinin alt

qatlara keçməsinə yol verən

süxurlara deyilir. Bütün süxurlar

su keçirmələrinə görə üç qrupa

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!