12.07.2015 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS
  • No tags were found...

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

<strong>Tarixi</strong> ədalət naminə, onu da qeyd etməliyik ki, Rusiyanın bu "xristianhumanistliyi" Qafqazda yaĢayan müsəlman xalqlarının məhrumiyyəti, əzabı vəfiziki məhvi hesabına baĢa gəlirdi. XIX əsrdə 1,2 milyon çərkəz və abxaz özdədə-baba yurdlarından ruslar tərəfindən deportasiya edilərək OsmanlıTürkiyəsinə qovuldular. Bu insanların təxminən 1/3-ü deportasiya nəticəsindəyollarda həlak oldu (135, 30).Çarizmin öz cənub siyasətində ermənilərlə iĢ birliyi qurmaq marağı CənubiQafqazda, Ġranda və ġərqi Anadoluda yaĢayan ermənilərə yeni bir ideya verdi;ermənilərin köhnə xəstəliyi - "dənizdən-dənizə Ermənistan" yaratmaq paranoyasıyenidən baĢ qaldırdı. Erməni kilsəsi və erməni iĢ adamları Rusiyanın xristianhimayəsindən istifadə edərək Anadolu, Ġran və Qafqaz torpaqları hesabınaErmənistan dövləti yaradılması ideyasını həyata keçirmək məqsədilə XVIII əsrinortalarından baĢlayaraq ardıcıl fəaliyyətə keçdilər. Bu fəaliyyətlə təkcə Qafqazda,yaxud Ġranda yaĢayan ermənilər deyil, eləcə də dünyanın hər yerinə səpələnmiĢerməni koloniyaları aktiv surətdə məĢğul olurdular (143, 171).Tarix boyu özgə torpaqlarında gözü olan ermənilərin "Böyük Ermənistan"dövləti yaratmaq ideyaları "xristian himayəçiliyi" pərdəsi altında müstəmləkəçiliksiyasəti yeridən Rusiyanın da mənafeyinə uyğun gəlirdi. Hindistanı və Yaxın ġərqiiĢğal etmək arzusunda olan Rusiya imperiyasına Türkiyə, Ġran və Azərbaycansərhədləri kəsiyində etibarlı dayaq lazım idi ki, əlveriĢli Ģərait yetiĢən kimi həminetibarlı ərazidən hərbi meydança kimi istifadə edə bilsin.Ġndiki Ermənistanda və ona bitiĢik ərazilərdə olduqca seyrək və pərakəndəhalında yaĢayan ermənilərin öz müstəqil dövlətlərini yaratmaq arzusuna təkanverən amillərdən ən baĢlıcası XVI-XVII əsrlərdə Səfəvilərlə Osmanlı Türkiyəsiarasında uzun sürən müharibələr olmuĢdur, səfəvi hökmdarları Türkiyə iləmübarizədə bir sıra Avropa ölkələrinin köməyinə arxalanmaq üçün xristianagentlərdən - erməni tacirləri və din xadimlərindən istifadə etmiĢlər.Ermənilərin xəyanətkar mövqe tutacağını irəlicədən hiss edən Səfəvihökmdarı I ġah Abbas Türkiyə ilə sərhəd bölgələrdə yaĢayan bəzi erməni ailələriniimperiyanın içərilərinə köçürmüĢdür. Bu hadisə barədə rus və erməni müəllifləriböyük hay-küylə bəhs etsələr də, əslində, ġah Abbas köçürülən ailələrə hər cürtəminatlar yaratmıĢdı."Böyük Pyotrun erməni xalqı ilə münasibətləri" adlı qatı ermənipərəst vəqərəzli bir əsərin müəllifi Q.A. Ezov ġah Abbas dövründən bəhs edərək yazırdı:"O, (ġah Abbas - M.U) müsəlmanlığı qəbul etmiĢ gürcü Əmir Günə xana üç günərzində erməniləri ġiraza, Xorasana, Xəzərsahili vilayətlərə sürgün etməyi əmr etdi(177 böl. I, səh.4 )".Müəllif XVII əsrin I rübündə Səfəvi - Osmanlı müharibələri zamanı ġahAbbasın Naxçıvan və Qarabağ bölgəsindən Ġranın içərilərinə köçürdüyü əhalinidaha çox erməni əhalisi kimi qələmə verməyə çalıĢmıĢ və öz fikrini əsaslandırmaqüçün Arakel Təbrizlinin məlumatlarına üstünlük vermiĢdir (177 böl. I, səh. 4).107

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!