16.12.2018 Views

MUSİKÂR EDEBİYAT KÜLTÜR EĞİTİM DERGİSİ 1. SAYI

GENCİNE PROJE OFİSİ YAYINI. Üç Ayda bir yayınlanır. (Ekim-Kasım-Aralık/ GÜZ) 1. Sayı. ESKİDE ve YENİDE İNSAN, Teması. Armağan Ekleri:1. Bahaettin KARAKOÇ 2. Ali Haydar TUĞ (İlk Yayın 16 Aralık 2018) Ankara- TURKEY

GENCİNE PROJE OFİSİ YAYINI. Üç Ayda bir yayınlanır. (Ekim-Kasım-Aralık/ GÜZ) 1. Sayı. ESKİDE ve YENİDE İNSAN, Teması. Armağan Ekleri:1. Bahaettin KARAKOÇ 2. Ali Haydar TUĞ (İlk Yayın 16 Aralık 2018) Ankara- TURKEY

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

İnsan Maddi Və Mənəvi Zərurətdir

Hikmet Melikzade

İyirmi birinci əsrdir. Cəmiyyətlər böyük

dəyişikliklərlə üz-üzədir. Elm və texnikanın

sürətli inkişafı insanları daha dərindən

düşünməyə, mövcud hadisələrə yenidən nəzər

salmağa vadar edir. Lakin problemlər bununla

heç də tam həllini tapmır; tərəqqi sürətləndikcə

bir fikrin digərində amortizasiyası artır

Fiziki və mənəvi cəhətcə möhkəm olması

insanın müstəqil qərarlar verməsinə zəmin

yaradır. İndira Qandi bəlkə də bu zəminə

əsaslanaraq yazıb: «Ən böyük zərurət insanları

sevməkdir». Bəs «sevmək» anlayışı cəmiyyət

mühitində necə başa düşülür? Şübhəsiz, nəfsdən

asılılıq, digər psixi təsirlər cəmiyyət və insan

problemlərinin böyüməsinə yol açır deyə sevgi,

onun xassə və xüsusiyyətləri tam təzahür edə

bilmir.

Bir atalar sözündə deyilir: «Yaşamağına yaşa,

lakin sərvət də yığ». Əslində, atalar yaşam

dövründə elm, bilik, dünyagörüşü, insanlıq əldə

etməyi tövsiyə edir, sərvət dedikdə də məhz

bu ali kateqoriyalar nəzərdə tutulur. Ancaq

insanların çoxu mal, mülk, pul, qiymətli əşyalar

əldə etmək naminə bütün çirkin vasitələrə əl

atmağa hazırdırlar. Bu, nəfsi asılılıqdır. Nəfsin

hakim olduğu cəmiyyətlərdə sevgi ikinci

dərəcəli (bəlkə də üçüncü, dördüncü, beşinci və

daha çox) məsələdir. Lakin inanmağımız gəlmir

ki, nəfs fikirlə təsəvvür arasında dəqiq sərhəd

qoya bilsin.

Karl Marksdan bir sitat: «Şöhrətpərəst

(nəfsgir) adam elə adamdır ki, o, bir dəqiqəlik

müvəffəqiyyət və ya bir günlük şöhrət əldən

gedər deyə hədsiz narahat olur. Belə adam

adətən, adamları kompromislərdən saxlayan

ən sadə mənəvi taktları itirir». Belə düşünək

ki, intellektual səviyyənin yüksəlməsi üçün

fiziki və emosional imkanlar enməlidir. Əslində,

düzgün olmayan hər hansı bir nöqteyi-nəzər

mütləq mənada bir heçdir...

«Özgə səadətinə zor edənlərə, onu tanıyanlara,

insanlıq və təbiətlə düşməncəsinə üz-üzə

duranlara həyatda yer yoxdur». İlk baxışda,

adama elə gəlir ki, bütün cəmiyyətlər öz işini

bu prinsip üzərində qurur. Əsl həqiqətdə isə,

zor tətbiq edənlər mütləq hakim qismində çıxış

edirlər. Doğru danışan, düzlüyü sevən insanlar

zülmə məhkumdurlar. 54 il Fransanın kralı

olmuş on dördüncü Lüdovikin məşhur bir fikri

də bunu təsdiqləyir: «Dövlət Mənəm!!!»

Hansı cəmiyyətlərdə ki, insanların vətəndaş

səviyyəsi emosional səviyyəsindən aşağıdır,

orada əqli inkişaf sürətdən qalır. İnsan sosial

mahiyyət daşıdığı üçün onun həyati təminatı

fiziki gücü ilə bərabər nisbətdə olmalıdır.

Əks təqdirdə, həyati momentlərin nisbəti

pozulur, insan onu çətinliklərlə üz-üzə qoyan

problemlərin təsirini bu və ya digər dərəcədə

hiss edir. Yəni mənəvi rahatlığı olmayan insan

cəmiyyətlə uyğunlaşa bilmir. Bu problemin

qlobal xarakter daşıdığı şübhəsizdir. Dünya

yaranandan insanlar «təbəqələşmə» və

«cəbhələşmə» anlayışlarına ciddi meyl edirlər.

Bu cəhd həyatın dəyərlər sistemini pozur.

Nəticədə, insan öz mahiyyətinə vara bilmir,

təbiətə və cəmiyyətə qarşı etinasız olur. Diqqət

yetirək: min illərdir dövlətlər dövlətlərə,

cəmiyyətlər cəmiyyətlərə qarşıdır, dünyanın

əksər nöqtələrində insanlar tələf olur, dağıdıcı

zəlzələlər, güclü daşqın və qasırğalar, sağalmaz

xəstəliklər və s. canlı həyatı məhvə sürükləyir.

İnsan isə bu və digər hallarda təbiəti, sonra da

Allahı məzəmmət edir. Son illər də dünyada

misli görünməmiş faciələr baş verir. Bu, ona

dəlalət edir ki, insanın təbiət və Allahla təması

pozulub.

49

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!