30.01.2013 Views

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Təxminən e.ə.517-ci ildə Dara Kabul çayının ağzında kiçik donanma düzəldir. Hind çayı ilə üzü aşağı

enərək Ərəbistan dənizinə, oradan isə e.ə.514-cü ildə Süveyş körfəzinin lap qurtaracağına qədər üzüb

gəlir və orada üstü yazılar qoyur. Dara Aralıq dənizinin şərq sahillərindən başlamış Hind çayına qədər

uzanan ərazidəki dövlətlər və torpaqları özünə qatır.

Farsların məlumatından istifadə edən Herodot Xəzər dənizinin ölçüləri haqqında düzgün məlumat verir.

Onun heç bir dənizlə əlaqəsi olmayan qapalı su hövzəsi olmasını söyləyir. Dənizin uzunluğu avarlı

qayıqlarla 15 günlük, eni isə ən geniş yerdə 8 günlük məsafədir. Avarlı qayıqların o zamanlar gündəlik

getdikləri məsafə 80 km və yaxud 15 gündə 1200 km olar ki, bu da Xəzərin indiki uzunluğuna

bərabərdir.

Aralıq dənizinin şərq sahillərindəki Sidon, Tir və b. şəhər-dövlətlərdə yaşayan finikiyalılar özlərinin

səyahətləri haqqında az yazılı mənbələr qoysalar da, Avropa və Şimali, Qərbi Afrika sahillərini və çoxlu

adları ilk dəfə kəşf edənlər məhz onlar olmuşlar. Bacarıqlı dənizçilər olan Finikiyalılar e.ə. XII-X əsrlərdə

sahil boyu ilə Aralıq dənizini başdan-başa üzüb keçmişlər.

E.ə. VIII əsrdən başlayaraq finikiyalılar müntəzəm olaraq Kanar adalarına üzürlər. Burada onlar şibyənin

xüsusi növündən boyaq, əjdaha ağacından isə qətran əldə edirlər, bunlardan isə müxtəlif rənglərin

istehsalında istifadə olunurdu.

Finikiyalıların dəniz əməliyyatlarının miqyası daha böyük olmuşdur. Demək olar ki, məhz finikiyalılar

Afrikanı ilk dəfə kəşf edənlərdir. Oların Afrika ətrafında dolanaraq Qırmızı dənizdən Aralıq dənizinə

misilsiz keçidi yalnız iki min il sonra təkrarlanmışdır. Naməlum finikiya dənizçiləri birinci olaraq

ekvatoru kəsib keçmişlər və ilk dəfə günorta vaxtı günəşi şimalda görmüşlər. Onların bu məlumatlarına

hətta tarixin atası hesab olunan Herodot belə inanmışdır.

Karfaqenin (e.ə. VII-VI əsr) Şimali Afrikada finikiyalılar tərəfindən əsası qoyulsa da, sonralar müstəqil

qüdrətli dövlətə çevrilir. Məhz Atlantik okeanındakı Azor adaları, Şimali Afrikadakı Atlas dağları

haqqında ilk məlumat verən karfaqenlilərə coğrafiya minnətdar olmalıdır. Karfaqenlərin ticarət karvanları

müntəzəm olaraq Saxara səhrasını kəsib keçərək Niger çayına çıxmışdır. E.ə. VII-V əsrlər Karfaqen

Afrikanın Atlantik okeanı sahillərini və Piriney yarımadasının Aralıq dənizi sahillərini ilk

mənimsəyənlərdən olmuşlar.

Cənubi Asiyanın Hind çayı hövzəsindəki qədim mədəniyyət e.ə. III-II əsrlərdə mövcud olmuşdur.

Xarappa şəhərində (müasir Pakistan) tapıldığından xarappan mədəniyyəti adlanırdı. Tapılmış abidələr və

yazılar əsasında müəyyən edilmişdir ki, onlar Hind-Qanq ovalığını, Tar səhrasını, möhtəşəm dağ sistemi

olan Himalayı kəşf etmişlər və geniş Hindistan yarımadasına çıxmışlar. Ərəbistan dənizi və Oman

körfəzində üzərkən xarappanlar sahilə perpendikulyar əsən mövsümü küləklər haqqında topladıqları

biliklərdən istifadə edirdilər.

İşgüzar hind tacirləri Mərkəzi Asiya səhraları və dağlarından yollar salaraq e.ə.II əsrdən mövcud olan və

Çini Aralıq dənizi ilə birləşdirən Böyük İpək yolunu açmışlar.

Yeni ərazilərin öyrənilməsi və mənimsənilməsində tacirlərlə yanaşı buddizm rahibləri də böyük rol

oynamışlar. Qayaüstü yazılarda deyilirdi ki, onlar Suriya, Misir, Şimali Afrika, Liviya və Yunanıstanda

olmuşlar. E.ə. I əsrdə rahiblər Göylər dağının (Tyan-Şan) cənub yamaclarındakı vadilərdə öz

monastırlarını tikmişlər. Onlar VII əsrdə Hindistandan Tibetə çətin, lakin qısa yol açmışlar.

10

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!