30.01.2013 Views

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Əhməd İbn-Məcid məşhur ərəb dəniz səyyahı və losmanı olmuşdur. O, 1498-ci ildə Vasko de Qamaya bələdçilik

etmiş, onun gəmilərini musson küləklərindən istifadə edərək Şərqi Afrika sahillərindən Hindistana gətirib

çıxarmışdır.

İbn-Xordadbehin (820-913) əsərlərində («Yollar və məmləkətlər haqqında») Bağdaddan şimala olan Orta Asiyaya

və cənuba olan Hindistana gedən ticarət yolları, bu yollar üstündəki şəhərlər, kəndlər və ölkələrin iqtisadiyyatı və

kənd təsərrüfatı, siyasi quruluşu, vergi sistemi haqqında maraqlı və zəngin məlumatlar vardır.

Sonralar dünyada İslam mədəniyyəti adı altında birləşən Yaxın Şərq ölkələrində qeyri-ərəb xalqlarından olan

görkəmli alimlərin də qiymətli elmi əsərləri meydana gəldi. Məşhur təcik filosofu İbn-Sinanın (980-1037) bir sıra

əsərlərində ətraf mühitin insanlara təsiri məsələlərindən danışılırdı.

Beləliklə, orta əsr Ərəb dünyasında çox zəngin coğrafi biliklər toplanmış, lakin bu biliklərin bir qismi unudulmuş ən

mühüm digər hissələri isə hər halda Qərbi Avropa elmi ənənələrinə daxil edilmişdir.

Orta əsrlərdə ərəblərlə yanaşı, Çin coğrafiyaçıları və səyyahları Çini, Hindistanı və Cənub-Şərqi Asiyanı

öyrənməklə böyük rol oynamışlar. Məsələn görkəmli Çin səyyahı Fa-Syanyu (399-414), ərəb coğrafiyaçılarından

xeyli əvvəl qiymətli əsərlər yazmışdır.

Beləliklə, orta əsrlərdə Şərqdə nəşr olunan bir sıra qiymətli elmi əsərlər Avropa dillərinə tərcümə olunmuş və qitədə

elmin inkişafına xeyli kömək etmişdir.

2.2 Türk xalqlarının coğrafi kəşfləri və nailiyyətləri

Qədim zamanlardan başlayaraq dünyanın ən böyük materiki olan Avrasiya məkanında formalaşan, onu öyrənən,

kəskin təzadlı təbii mühitinə uyğunlaşan, təsərrüfat sahələrini mənimsəyən və ucsuz-bucaqsız bu yerlərə al-əlvan

coğrafi adlar verən məhz türk xalqları olmuşdur. Onların formalaşdığı ərazilər qərbdə Aralıq dənizindən başlayaraq

şərqdə Sakit okeana, şimalda Buzlu okeandan cənubda Kərkük-Həmədan istiqamətində keçən 35 şim.e. qədər

uzanırdı. Türk xalqlarının yayıldığı geniş Avrasiya ərazilərində oxşar toponimlərə tez-tez rast gəlinir. Bunun başlıca

olaraq iki səbəbi vardır : birinci, müxtəlif ərazilərdə bir dil ailəsinə mənsub dillərlə danışan xalqların

məskunlaşması; ikinci, yerin mənfi və müsbət relyef formalarının çalarlarını bildirən sözlərin eyni olmasıdır.

B.Ə.Budaqov yazır: «Türk dilli xalqların yayıldığı 10 mln.km2 – ərazilərdə yaşayan xalqlar arasında baş vermiş

miqrasiya zamanı onlar ilk növbədə müqəddəs olan coğrafi, eləcə də şəxs adlarını özlərilə apararaq toponimik

estafeti nəsildən-nəsilə, ərazidən əraziyə köçürmüş və beləliklə, onları yaşatmışlar».

Mərkəzi Asiyanın tarixinə dərin təsir göstərmiş qüdrətli köçəri xalqlardan biri də türk mənşəli hunlar (B.Ə.Budaqov,

Türk uluslarının yer yaddaşı. Bakı, 1994, səh.87) olmuşlar. Hunların əsas yaşayış yerləri Mərkəzi Monqolustan və

Transbaykalda olan hündür düzənliklər idi. Onların başçısı Mete xan e.ə. 209-cü ildə şərqə doğru hərəkət edərək

Mancuriyanı, sonra şimala Böyük göl adlanan Baykalın cənubunu, Yenisey çayının yuxarı axınlarında yerləşən

Tuva çökəkliyini, qərbdə Altay dağlarını, İrtış vadisini, cənubi Ural çöllərini tutmuşdur.

Sonrakı illərdə hunlar lap Avropanın içərilərinə qədər gedib çıxmışlar. Qərbi hunlar Qara və Azov dənizləri

sahillərində məskən salmış və Dunay boyu əraziləri mənimsəmişlər. Bizim eranın beşinci əsrinin əvvəllərində hunlar

Dunay sahillərində möhkəm dövlət yaradırlar və Atillanın başçılığı ilə 452-ci ildə hətta İtaliyaya gedib çıxmışlar.

Şərqdə isə Çin hunlarla ticarət əlaqələrini genişləndirmək üçün e.ə.156-cı ildə «sərhəd bazarları» açırdı.

Beləliklə, e.ə. II-I əsrlərdə hunlar şərqdə Böyük Xinqana söykənən, qərbdə İrtış vadisinə çatan, şimalda Baykal

gölündən başlayıb cənubda Qobi səhrasına qədər uzanan bir imperiya yaratmışlar. Ona görə də bütün əsaslarla deyə

bilərik ki, Mərkəzi Asiyanın şimal hissəsini – Monqolustanı, Qərbi Sayanları, Altayı, Transbaykaliya və Baykal

gölünün ilk kəşfçiləri məhz hunlar olmuşdur (şəkil 2).

VI əsrin ortalarından başlayaraq Asiyanın siyasi səhnəsinə yeni fəal qüvvə kimi Türk xanlığı daxil olur. Göstərilən

dövrdə türklər xüsusi Orxon yazı icad edirlər. Daş üzərində həkk olunmuş belə yazılı abidələrdən görünür ki, türklər

Şimali Monqolustan, Yenisey vadisi, Baykal ətrafı, Altay, Şərqi Türküstan, Orta Asiya və hətta Avropada Dunaya

qədər olan ərazilərdə yayılmışlar.

Artıq 560-cı illərin əvvəllərində türklər Qazaxıstan çöllərini bütövlükdə öz tərkibinə qatırlar. Eyni vaxtda şərqə

doğru hərəkət edərək Mərkəzi Tuvaya, Yeniseyin yuxarı axınlarına daxil olurlar. Türklər Anqara çayının Yeniseylə

qovuşduğu yerə çıxaraq ətrafda olan yerli tayfaları özlərinə tabe edirlər. Qərbi Sayanların qarlı aşırımını keçən

türklər Minusink çökəkliyinə daxil olurlar, buradakı qırğız tayfalarının torpaqlarını zəbt edirlər və bununla da orta

Yeniseyin kəşfinin əsasını qoyurlar.

17

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!