30.01.2013 Views

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Ritter coğrafiyasının daha bir mühüm cəhəti ondan ibarətdir ki, o, hadisələrin məkan nisbətlərinə, uyğunluğuna,

əlaqələrinə kəmiyyət cəhətdən qiymət verməyə çalışmışdır. O, nəinki ölkələrin, həm də təbii sahələrin coğrafi

mövqeyini, ölçülərini və konfiqurasiyasını kəmiyyətcə qiymətləndirmək sahəsində cürətli təcrübələr aparmışdır.

Müxtəlif sahələrin nisbətlərini, onların qonşuluğunu və sərhədlərini, zaman keçdikcə, tarixi inkişaf gedişində həmin

nisbətlərdə baş verən dəyişmələrin miqdar cəhətdən müəyyən edilməsinə Ritterin çalışması çox qiymətli haldır.

Təbii konfiqurasiyaların həndəsi fiqurlar ilə müqayisə edilməsi də coğrafiyada yenilik idi.

O, sahə nisbətlərini, ölçülərini müəyyənləşdirmək üçün riyazi təhlildən geniş istifadə edirdi. Nəhayət o, sahə

nisbətləri, «böyük bütövlük və başlıca hissələr», anlayışlarına yaxınlaşdırmışdır ki bu da gələcəkdə coğrafiyanın

sistem üsuluna keçməsinin başlanğıcı idi.

Təbiət ilə xalqların tarixi arasındakı əlaqələri izah edərkən, Ritter idealizmə qapılmışdır. Onun fikrincə, təbiətin

xassələri nəinki xalqların tarixinə və müasir dövrə təsir edir, həm də qanunauyğunluq kimi gələcəyi də

müəyyənləşdirir. Ritterə görə, təbiətin bəzi xassələri xalqların inkişafını sürətləndirir, digər xassələri isə onları

durğunluğa gətirib çıxarır. Bu xassələr hansılardır, harada və nə vaxt özlərini büruzə verirlər suallarına Ritter cavab

vermir. O, hesab edir ki, bu, Allahın işidir, onu bilmək olmaz.

Humbolt və Ritterin coğrafiya tarixindəki rolu böyükdür. Onların yaradıcılığı ilə coğrafiyanın «klassik» inkişaf

dövrü başa çatır, yeni dövr coğrafiyasının əsası qoyulur.

Klassik coğrafiyanın görkəmli nümayəndələrindən biri də alman mülkədarı, ilk sahə modelinin yaradıcısı İohann

Tünen (1783-1850) olmuşdur. O, kənd təsərrüfatı istehsalının yerləşdirilməsinin optimal modelinə yaxın ilk sxem

tərtib etmiş, «Təcrid olunmuş dövlət» (1826) kitabında bu modelləşdirmə ideyasının izahını vermişdir. O, kənd

təsərrüfatının yerləşdirilməsinə təsir edən 3 amili – 1) istehsalın xarakterini, 2) torpaqların münbitliyini və bitkilərin

xüsusiyyətlərini, 3) bazar qiymətləri ilə müqayisədə nəqliyyat xərclərini əsas götürmüşdür (şəkil 11).

Sonra Tünen kənd təsərrüfatının yerləşdirilməsinə bazar mərkəzinin təsirini öyrənməklə bu sxemi

mücərrədləşdirərək belə nəticəyə gəlmişdir ki, müxtəlif kənd təsərrüfat sahələrini həmin mərkəz ətrafında torpaqdan

səmərəli istifadə etmək prinsipi əsasında yerləşdirmək lazımdır. Onun fikrincə, bazar mərkəzini əhatə edən ən yaxın

dairədə bazar üçün ucuz və daşınması çətin olan məhsul istehsal edən sahələr, xüsusən tövlə şəraitində saxlanan təzə

süd verən maldarlıq və istixana tərəvəzçiliyi yaradılmalıdır.

İkinci dairəni meşə təsərrüfatı tutmalıdır. Bu təsərrüfatı bazar mərkəzinə yaxın yerləşdirərək meşə

məmulatının yanacaq kimi böyük əhəmiyyəti, meşəçilik məhsullarının (odun, taxta və s.) daşınmasının çətinliyi

nəzərə alınmalıdır.

Üçüncü dairədə toxumçuluq, taxılçılıq sahələrinin yerləşdirilməsi nəzərdə tutulmalıdır. Burada mərkəzə

göndərmək üçün mal-qaranın kökəltmə məntəqələri saxlanmalıdır.

Dördüncü dairədə südlük və ətlik heyvanlar saxlanması, yeddi tarlalı əkinçilik və örüş yerləri olmalıdır.

Beşinci dairədə üçtarlalı örüş yerləri və taxılçılıq təsərrüfatı yerləşməli.

Altıncı dairəni isə yardımçı əkinçilik təsərrüfatı, otlaq heyvandarlığı, ot, yun, yağ istehsalı təşkil etməlidir.

Nəhayət, dairədən kənarda qalan sahələrdə ibtidai ovçuluq və balıqçılıq təsərrüfatı yerləşdirilməlidir.

Tünen kənd təsərrüfatı sisteminin ərazidə yerləşməsini yalnız bazar mərkəzi münasibəti ilə, yəni nəqliyyat şəraitinin

dəyişməsi ilə izah edir.

Onun fikrincə, təsərrüfat mərkəzdən nə qədər uzaqda yerləşirsə, bir o qədər sadələşir və onun səviyyəsi aşağı enir.

Əlbəttə, nəqliyyatın kənd təsərrüfatının ixtisaslaşdırılmasına və onun gəlirliyinə təsiri var, lakin bu təsir yeganə amil

deyil. Beləliklə, Tünen cəmiyyətin tələbatı və istehsal imkanları ilə əlaqədar, təbii şəraitlə sıx bağlı olan mürəkkəb

və tarixən dəyişən kənd təsərrüfatı sisteminin yaradılmasını mücərrəd və tarixi reallıqdan kənar bir sxemlə izah edir.

Bununla belə, onun ərazi qanunauyğunluqlarının təhlilində riyazi prinsipləri işlətməsi, ərazidə zonaların optimal

əlaqələrini tapmaq prinsipi təqdirəlayiqdir.

XIX əsrin başlanğıcında Rusiyada dünya klassik coğrafiyasının banilərindən biri K.İ.Arsenyev (1789-1805)

olmuşdur. O, dünya coğrafiyasında rayonlaşdırmanın əsasını qoymuşdur. K.İ.Arsenyev öz müasirlərini və onlardan

əvvəlki coğrafiyaçıları geridə qoyaraq, gələcəkdə meydana çıxacaq coğrafi problemlər haqqında bir sıra qabaqcıl

fikirlər irəli sürmüşdür. O, Rusiyanı spesifik təbii şəraitinə və əhalinin xüsusi təsərrüfat fəaliyyətinə görə 10 sahəyə

ayırmışdır ki, bu da, Rusiyanın ilk elmi rayonlaşması və dünya coğrafiyasında rayonlaşma üzrə ilk tədqiqat idi. O,

hər bir rayonu hərtərəfli xarakterizə etmiş, rayonların təbiəti, əhalisi və təsərrüfatı haqda dolğun məlumatlar

38

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!