30.01.2013 Views

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Bu qərarlar əsasında ölkədə ixtisaslı coğrafiya kadrları hazırlamaq məqsədilə 1935-ci ildə Azərbaycan Pedaqoji

İnstitutunda və 1944-cü ildə isə Azərbaycan Dövlət Universitetində coğrafiya və geologiya-coğrafiya fakültələri

yaradıldı. Pedaqoji İnstitutun ilk məzunlarından M.Zülfüqarov, S.Şükürov, H.Sadıxlı, O.Osmanov, B.Axundov və b.

həm orta və həm də ali məktəblərdə geniş pedaqoji fəaliyyətə başladılar. M.Zülfüqarov coğrafiyanın tədrisi

metodikasına dair ilk dissertasiya müdafiə edir və həmin əsaslı tədqiqatlarını davam etdirir.

Sonrakı illərdə fəaliyyətə başlayan ADU-nun geologiya – coğrafiya fakültəsinin ilk 10-15 ildə coğrafiya

ixtisası üzrə mütəxəssisləri yox dərəcəsində idi.

Əvvəllər təkcə H.B.Əliyev coğrafiya ixtisası üzrə fəaliyyət göstərirdi. Daha sonra Ə.M.Hacızadə,

N.K.Kərəmov namizədlik işi müdafiə edib tədris fəaliyyətinə başladılar. 40-50-ci illərdə ADU-nun coğrafiya

şöbəsində tədris işinin yerinə yetirilməsində Azərbaycan EA Coğrafiya, Geologiya, Botanika, Torpaqşünaslıq və b.

institutlarının əməkdaşları, Pedaqoji İnstitutun coğrafiya fakültəsinin alim və pedaqoqları yaxından iştirak etdilər.

Bu alimlərin hər biri o zamanlar öz sahəsinin çox görkəmli mütəxəssisləri idilər və məhz universitet coğrafiyasının

yaranmasının ilk mənbəsini təşkil edirdilər.

Q.K.Gül, H.B.Əliyev və Ə.M.Hacızadənin müəllifliyi ilə dalbadal orta və ali məktəblər üçün dərsliklər

yazılırdı, müxtəlif xəritə və atlaslar tərtib olunurdu. Orta məktəb coğrafiyasının 40-50-ci illərdə inkişaf

etdirilməsində Azərbaycan EA Coğrafiya İnstitutu və ali məktəb alimləri yaxından iştirak edirdilər.

Məktəb coğrafiyası fənnləri V-IX siniflərin hər birində xüsusi proqram və dərslik üzrə tədris edilir və metodiki

məsələləri həll olunurdu. Keçmiş Sovet ittifaqının Pedoqoji Akademiyasının görkəmli metodist alimləri tərəfindən

yazılmış mükəmməl dərsliklər (1960-1980-ci illər) və tərtib olunan xəritələr Azərbaycan dilinə tərcümə edilib

müntəzəm olaraq məktəblərə çatdırılırdı.

Sabit dərsliklərə əlavə olaraq azərbaycan dilinə tərcümə edilən «Coğrafiyanın yeni proqram üzrə öyrənilməsi»

(Bakı, 1974), «SSRİ-nin fiziki və iqtisadi coğrafiyasına dair metodiki vəsaitləri» (Bakı, 1981), «Materiklər

coğrafiyasına dair» (Bakı, 1988) və b. metodiki vəsaitlər müəllimlərə böyük köməklik göstərirdi.

Respublikamızda coğrafiyanın tədrisi metodikası əsas sahə kimi həmişə diqqət mərkəzində durmuşdur. Uzun

illər bu sahədə işi və əməli fəaliyyəti olmuş M.Zülfüqarovun rəhbərliyi altında bir dəstə metodist alimlər

yetişmişdir. Onlardan N.N.Allahverdiyevi, B.Paşayevi, O.Alxasovu, M.Quliyevi, D.Ələsgərovu, H.Ağayevi,

A.Qarayevi, N.Seyfullayevanı və b. göstərmək olar. Bu alimlərin əsərləri, gündəlik fəaliyyəti məktəb coğrafiyasının

metodikası qarşısında qoyulmuş çox ciddi məsələlərin həllinə yönəldilmişdir.

Coğrafiyanın ali və orta məktəblərdə tədris olunmasında gündəlik və aylıq qəzet və jurnalların müntəzəm çap

edilməsi lazımdır. Bu baxımdan «Tarix, ictimaiyyət və coğrafiya tədrisi» metodiki məcmuənin nəşr edilməsi

müəllimlərin elmi-coğrafi və metodik inkişafı üçün xüsusi əhəmiyyət kəsb edirdi. Orta məktəb müəllimlərinin

böyük ehtiyacı olan bu jurnalın hazırda nəşri dayandırılmışdır. Fəaliyyətdə olan «Azərbaycan müəllimi» qəzeti

məktəblər üçün ən yeni məlumat və rəsmi sənədlərin maarif ocaqlarına çatdırılmasında mühüm rol oynayır. Son illər

«Araz» hazırlıq mərkəzinin müntəzəm nəşr olunan «Zirvə» və Dövlət Tələbə Qəbul Komissiyasının «Abituriyent»

jurnalında yüksək elmi-metodik səviyyəsi ilə seçilən nümunə testləri, analitik məqalələr, sonuncuda isə həm də

qəbul proqramları verilməyə başlanıbdır.

Uzun illərdən bəri alimlərimiz orta məktəblər üçün Azərbaycan coğrafiyası (fiziki və iqtisadi) dərslikləri və ali

məktəblər üçün isə bütün istiqamətlərdə tələb olunan dərslik və tədris vəsaitləri yazılmasında yaxından iştirak

etmişlər, hazırda bu işi davam etdirirlər. Bunlardan orta məktəblər üçün əvvəllər çap olunmuş Q.K.Gülün

«Azərbaycan SSR-nin coğrafiyası» (1962), H.B.Əliyevin «Azərbaycan SSR-nin iqtisadi coğrafiyası» (1963),

B.Ə.Budaqov və E.F.Apoyev «Azərbaycan Respublikasının coğrafiyası»nı – 8-9-cu siniflər (1991) göstərmək olar.

Ali məktəblər üzrə hazırlanan dərslik və tədris vəsaitləri coğrafiyanın daha geniş istiqamətlərini əhatə edir.

Bunlar aşağıdakılardır:

- fiziki coğrafiya üzrə – Q.K.Gülün redaktorluğu ilə «Azərbaycan SSR-nin fiziki coğrafiyası» (1959),

- V.Kalesnik «Ümumi yerşünaslıq» (Ş.B.Kərimovun tərcüməsi, 1968),

- M.A.Müseyibov, B.A.Budaqov, N.Ş.Şirinov «Ümumi Geomorfologiya» (1967, 1986),

- M.A.Müseyibov «Azərbaycan SSR-nin landşaftı» (rus dilində, 1981),

- M.A.Müseyibov, M.S.Çobanzadə, F.Ə.Əhmədov «Qitələrin fiziki coğrafiyası», I və II hissələr, 1974, 1976),

- M.S.Çobanzadə «Ümumi yerşünaslığın əsasları» (1988), F.Milkov, N.Qvozdetski «SSRİ-nin fiziki

coğrafiyası» (R.H.Muğalovun tərcüməsi, 1990),

- M.A.Müseyibov «Azərbaycanın fiziki coğrafiyası» (1998);

- Hidrometrologiya üzrə – N.A.Vəliyev, M.Ə.Məmmədov «Hidrologiya» (1982,1984),

90

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!