30.01.2013 Views

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

ayrılmış, torpaq kadastrı verilmişdir. Respublikanın ayrı-ayrı regionlarının kənd təsərrüfatı coğrafiyasının müxtəlif

problemləri üzrə elmi tədqiqat işləri aparılmışdır (S.Qaramollayev, A.Mirzəyev, A.Qurbanov, A.Q.Abdullayev və

b).

Azərbaycan nəqliyyatı və iqtisadi əlaqələrinin coğrafiyasına və son illər yaradılmaqda olan Avropa-Qafqaz-

Asiya (TRASEKA) nəqliyyat dəhlizinə dair bir sıra elmi tədqiqat işləri həyata keçirilmiş, (məqalələr yazılmış və

dissertasiyalar müdafiə olunmuşdur (B.E. Əbdürrəhmanov, C.Məmmədov, Z.S.Məmmədov, T.Gərayzadə və b.).

Rayon istiqaməti iqtisadi coğrafiyanın həmişə mərkəzi tədqiqat obyekti olmuşdur. Belə ki, dövlətin təsərrüfat

quruculuğunda, məhsuldar qüvvələrin səmərəli ərazi təşkilində və ölkə coğrafiyasının əhatəli öyrənilməsində

iqtisadi-coğrafi rayonlar böyük əhəmiyyət kəsb edirlər. Ona görə də Azərbaycan Respublikasının iqtisadi rayon və

zonaları üzrə müntəzəm tədqiqat işləri aparılmışdır. Bu sahədə son illər maraqlı tədqiqatlar aparılır, sxemlər və

layihələr irəli sürülür (A.A.Nadirov, Ə.X.Nuriyev, T.G.Həsənov).

R.X.Şaulov özünün dissertasiya işini («Azərbaycan SSR-nin iqtisadi rayonlaşdırılması problemləri», Bakı,

1987, rus dilində) bilavasitə rayonlaşdırmaya həsr etmiş və təsərrüfat sahələrinin strukturunu, ərazidə

yerləşdirilməsini, daxili və xarici istehsal əlaqələrinin sıxlığının nəzərə alaraq aşağıdakı iqtisadi rayonlara

ayırmışdır: Abşeron, Xəzərsahili, Şəki, Kür, Gəncə, Qarabağ, Naxçıvan MR. Təklif olunan bu şəbəkədə

Azərbaycanın təzadlı təbii şəraitinin təsərrüfat sahələrinin ixtisaslaşmasına və strukturuna güclü təsir etməsi zəif

nəzərə alınmışdır və ona görə də bu şəbəkə tətbiq edilmədi.

Regional tədqiqatların ilkini A.A.Nadirov özünün «Naxçıvan Muxtar Respublikasının iqtisadi-coğrafi

səciyyəsi» (1957) əsərində qoymuşdur. Onun ardınca Muğan düzünün (E.Q.Mehrəliyev), Şirvan iqtisadi rayonunun

(O.V.Vahabov) iqtisadi coğrafi tədqiqatları aparılmışdır. Regional tədqiqatlar arasında M.A.Abramovun «Abşeron

sənaye qovşağı» (Bakı, 1971, rus və azərbaycan dillərində) əsəri xüsusi qeyd olunmalıdır. Bu əsərdə Abşeron

sənaye kompleksinin tarixi, təbii-iqtisadi amilləri, mövcud sənaye-istehsal strukturu, onun nəqliyyat iqtisadi

əlaqələri və s. təhlil olunur. Sonrakı illərdə Gəncə sənaye qovşağı (R.H.Məmmədov), Əli-Bayramlı – Salyan

təsərrüfat kompleksi (H.B.Ağayev), Mil-Qarabağ iqtisadi zonası (Ü.T.Həsənova) yeni yaradılan inzibatı rayonların

məhsuldar qüvvəsinin kompleks inkişafının coğrafi məsələləri (İ.İ.Əhmədova) və s. dair kompleks tədqiqat işləri

aparılmışdır.

Ümumiyyətlə, Bakı və Abşeron regionunun iqtisadi və sosial coğrafiyası bir neçə nəsil tərəfindən geniş

öyrənilmişdir və indi də davam etdirilir (Ə.M.Hacızadə, R.İ.Umudova, Z.Abdullayeva, V.Ə.Əfəndiyev və b.).

Xəzərin iqtisadi-coğrafi cəhətdən öyrənilməsi ölkə alimlərinin daim diqqət mərkəzində olmuşdur. Onun təbii

ehtiyatlarına, nəqliyyat əhəmiyyətinə, müasir dövrdə Azərbaycanın həyatında oynadığı geosiyasi və iqtisadi roluna

və s. həsr olunan çoxlu elmi əsərlər və dissertasiyalar yazılmışdır, xəritələr çəkilmişdir. (Q.G.Gül, İ.H.Məmmədov,

E.Q.Mehrəliyev, C.R.Abbasov, L.İ. Nəsibzadə, Ç.N.İsmayılov və b.).

Beynəlxalq şirkətlərin Xəzərin neft ehtiyatlarından istifadəyə cəlb edilməsi, neft kəmərlərinin marşrutlarının

seçilməsi son illər ölkədə kompleks coğrafi tədqiqatlara tələbatı xeyli artırmışdır. Bakı-Novorossiysk, Bakı-Supsa,

Bakı-Ceyhan neft kəməri marşrutlarının kompleks fiziki və iqtisadi coğrafi öyrənilməsi işləri aparılır.

Xarici ölkələrin xüsusilə İran və Türkiyənin iqtisadi və siyasi coğrafiyası üzrə H.B.Əliyevin rəhbərliyi altında

hələ lap əvvəllərdən elmi-tədqiqat işləri aparılmağa başlanılmışdır. Bu istiqamətdə aparılan mühüm işlərdən

«Türkiyənin regional siyasəti» (A.İ.İbrahimov), Türkiyənin toxuculuq sənayesinin coğrafiyası» (O.Ə.Əliyev), «İran

kənd təsərrüfatının suvarma sistemi» (H.B.Soltanova) və bir sıra tədris vasitələrini göstərmək olar.

Azərbaycanın iqtisadi və sosial coğrafiyasına aid aparılan elmi-tədqiqat və tədris işləri 70-ci illərdən sonra

tamamilə yeni keyfiyyət müstəvisinə keçirilmişdir. Bu öz, əksini əhali, şəhərlər və sosial sahələrin istehsalla əlaqəli

və tarazlı inkişafını öyrənən «iqtisadi və sosial coğrafiya» adlı yeni elmin yaranmasında tapdı. Əvvəllər bizim elmin

diqqəti əsasən istehsal sahələrinin coğrafiyasına yönəldilmişdir. Ölkədə əhali və ona xidmət göstərən sahələrin

inkişafına ikinci dərəcəli baxılırdı. Bu bütün mülkiyyət formalarını öz əlində cəmləşdirən sosialist iqtisadi sisteminin

tələbatından irəli gəlirdi. Lakin əhali və onunla bağlı problemin öyrənilməsi sosial-coğrafiyanın diqqət mərkəzində

olmuş və bütün dünya coğrafiya ədəbiyyatında bu sahənin inkişafına üstünlük verilmişdir.

Köhnə və yeni tədqiqat metodlarından istifadə edərək iqtisadi və sosial coğrafi obyekt və proseslərin

öyrənilməsində T.G.Həsənovun 1990-cı ildə nəşr edilmiş «Coğrafiyanın tədqiqat metodları» (iqtisadi coğrafiya

hissəsi) dərs vəsaitinin böyük əhəmiyyəti oldu. Bu vəsait ali təhsilli coğrafiyaçı kadrların hazırlanması işinin elmi

metodiki təminatını xeyli gücləndirəcəkdir.

Sosial coğrafiya istiqamətində yazılan əhəmiyyətli əsərlər içərisində M.A.Abramovun «İstehsal və sosial

xidmət» (M.1977), «Xidmət coğrafiyası» (M.1988, hər ikisi rus dilində) monoqrafiyalarını göstərmək olar. Bu

monoqrafiyalarda ilk dəfə olaraq sosial xidmət sahələrinin nəzəri əsasları verilib və mövcud coğrafiyası təhlil

olunub.

81

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!