30.01.2013 Views

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Xəzərin axınlarının daxili strukturunu, onda baş verən pulsasiyaların ölçülməsi işlərini ilk dəfə

R.M.Məmmədov tədqiq etmişdir. Onun Xəzərlə bağlı son illər hazırladığı bir sıra beynəlxalq əhəmiyyətli layihələr

həyata keçirilmişdir.

Xəzərin dibinin relyefi, Abşeron yarımadasının, cənubi Xəzərin Azərbaycan sahillərinin geomorfologiyası və

dinamikası ətraflı öyrənilmiş və rayonlaşdırılması aparılmışdır. Ümumiyyətlə, Xəzər dənizinin sahillərinin

formalaşmasında təbii amillərin rolu təhlil edilmiş və morfometriyası öyrənilmişdir. (N.Ş. Şirinov, A.İ.Xəlilov,

N.M.Mehdiyev, X.Ə.Əliyev, R.X.Priyev). N.Ş.Şirinovun, X.Ə.Vəliyevin, Q.Q. Əliyevin, «Xəzərin, onun

sahillərinin təbiəti və ekologiyası» (Bakı, 1998) kitabında Xəzərin mənşəyi, təbiəti, sahillərinin relyefi və onda baş

verən dəyişikliklər, dəniz və sahillərinin ekologiyası ətraflı tədqiq edilmişdir.

Xəzər dənizinin ekoloji vəziyyətinin öyrənilməsi istiqamətində son illər aparılan tədqiqatların, hazırlanan

layihələrin sayı xeyli artmışdır. Dənizin neft məhsulları, fenol və digərləri ilə çirklənməsinin paylanması təsnifatı

verilmiş, Azərbaycanın sahil zonasına axıdılan çirkab sularının miqdarı və tərkibi haqqında ətraflı məlumat toplanıb

təhlil edilmişdir (N.M.Ağalarova).

Xəzərin öyrənilməsində aerokosmik metodların tətbiqi xeyli genişləndirilib və dəqiq hesablamaların sayı

artmışdır.

6.3 İqtisadi və sosial coğrafiya

Azərbaycan EA Coğrafiya İnstitutunun təşkili (1945) coğrafiya elminin bütün sahələri kimi iqtisadi

coğrafiyanın da inkişafına güclü təkan verdi.

Tədricən bu elmin ayrı-ayrı sahələrinə – məhsuldar qüvvələrin, əhalinin, şəhərlərin inkişafı və

yerləşdirilməsinə, təbii ehtiyatların istifadəsinə, iqtisadi-coğrafi rayonların səciyyəsinə və s. aid müntəzəm elmitədqiqat

işləri aparılmağa başlandı. İlk gündən bu işlərin təşkilində və aparılmasında professor H.B.Əliyevin

müstəsna xidmətləri olmuşdur. Ali məktəblərdə iqtisadi coğrafiya kafedralarının açılması, tədris kurslarının

təşkili və sistemli elmi tədqiqat işlərinin aparılması onun adı ilə bağlıdır. Azərbaycanda iqtisadi və sosial coğrafiya

elminin aşağıdakı istiqamətləri üzrə elmi-tədqiqat işləri həyata keçirilmişdir.

Azərbaycanın təbii şəraiti və təbii ehtiyatlarının əhatəli öyrənilməsi və ilk dəfə onun balla qiymətləndirilməsi

işləri Ə.M.Hacızadənin «Azərbaycan SSR sənayesinin inkişafının təbii ehtiyat potensialı» (Bakı, 1983, rus dilində)

monoqrafiyasında verilmişdir. Təbii ehtiyatların iqtisadi-coğrafi qiymətləndirilməsi, istehsalın inkişafı və

yerləşdirilməsinin təbii zəmini, ayrı-ayrı təbii ehtiyat növləri ilə Azərbaycanın təmin olunması və ekoloji mühitin

qorunması və s. məsələlər N.A.Nəbiyevin «İqtisadiyyat, cəmiyyət və ekoloji mühit» (Bakı, 2000) adlı iri həcmli

monoqrafiyasında ətraflı şəkildə öyrənilmişdir.

B.T.Nəzirovanın müştərək müəllifliyi ilə yazılan «Böyük Qafqazın təbii ehtiyat potensialı» (Bakı, 1992, rus

dilində) əsərində bu iri regionun təbii ehtiyatları ümumi, ayrı-ayrı növləri ilə xüsusi halda dərin təhlil edilmişdir.

Azərbaycanın ayrı-ayrı regionlarının təbii ehtiyatlarının iqtisadi-coğrafi baxımından öyrənilməsi istiqamətində də

mühüm işlər görülmüşdür. Naxçıvan MR (Z.S.Məmmədov, 1999), Gəncə-Qazax, Şəki-Zaqatala və digər regionların

təbii ehtiyatlarının iqtisadi-coğrafi səciyyəsi verilmişdir.

Təbii fəlakətlər və onların iqtisadi coğrafi qiymətləndirilməsinə dair Azərbaycanda yazılmış ilk əsər

N.B.Babaxanovun «Azərbaycanda təbii fəlakət və ona qarşı mübarizə tədbirləri» (Bakı, 1985, rus dilin) olmuşdur.

Burada təbii fəlakət hadisələrinin əsas anlayışları şərh olunur, təsərrüfat sahələrinə və əhaliyə vurduğu ziyanların

hesablama metodu göstərilir, təbii fəlakətlərin yayılması coğrafiyası, rayonlaşdırılması və ona qarşı mübarizə

tədbirləri təhlil olunur. Günün çox aktual olan bu mövzusu öz davamını Böyük Qafqazın təbii fəlakətlərinin iqtisadicoğrafiya

qiymətlənidirilməsində (N.A.Paşayev) tapmışdır

Azərbaycan Respublikasının təsərrüfat sahələrinin iqtisadi coğrafi öyrənilməsi daim diqqət mərkəzində

olmuşdur. Belə ki, bütün mülkiyyət növlərini öz əlində cəmləşdirən sosialist iqtisadi sistemi buna maraqlı idi.

Bununla əlaqədar olaraq respublikanın təsərrüfat sahələrinin-sənaye, kənd təsərrüfat və nəqliyyatın coğrafiyasına

dair çoxlu əsərlər yazmışdır.

Ə.M.Hacızadənin «Azərbaycanın sənaye kompleksi, onun coğrafi problemləri» (Bakı, 1975, rus dilində) adlı

iri həcmli əsəri elmimizin xəzinəsinə sanballı tədqiqat nümunəsi kimi daxil edilmişdir. Burada Azərbaycan

sənayesinin inkişafının təbii-iqtisadi zəmini, formalaşması mərhələləri, enerji-istehsal silsilələri, müxtəlif sənayeərazi

qovşaqları və kompleksləri yaratması və s. kimi coğrafi problemləri geniş təhlil olunmuşdur.

Məhsuldar qüvvələrin yerləşdirilməsi aspektində akademik A.A.Nadirov tam bir məktəb yaratmış və bu

problemə aid geniş elmi tədqiqat işləri aparmış, monoqrafiyalar və elmi məqalələr yazmışdır. Bunların ən başlıcaları

«Azərbaycanda sənayenin yerləşdirilməsinin iqtisadi problemləri» (1976), «Naxçıvan MR» (1959, iqtisadi coğrafi

oçerk), «Naxçıvan iqtisadiyyatı XX əsrdə» (2000) və başqalarıdır.

B.T.Nəzirova tərəfindən yazılmış «Azərbaycanın kənd təsərrüfatının coğrafiyası» (Bakı, 1975, rus dilində)

kimi sanballı tədqiqat işində kənd təsərrüfatı coğrafiyası daha da inkişaf etdirilmiş, kənd təsərrüfatı rayonları

80

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!