30.01.2013 Views

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Qaryagin, Quba, Göyçay, Cavad qəzaları yaradılmışdır. 1867-ci ildə Yelizavetpol quberniyası (Gəncə) təşkil edilir.

Digər Azərbaycan ərazilərində İrəvan quberniyası onun tərkibində isə Naxçıvan, Zəngəzur, Şərur-Dərələyəz qəzaları

ayrılmışdır (şəkil 16).

Ümumən 1920-ci illərdə Azərbaycanın sahəsi 114 min km 2 -dən çox olmuşdur. Sovet hakimiyyətinin ilk

illərində Göyçə, Zəngəzur, İncə dərəsi və digər 28 min km 2 tarixi Azərbaycan torpaqları kəsilib Ermənistana

verilmişdir. Onun iradəsinin əksinə olaraq tərkibində hazırda erməni qoşunları tərəfindən zəbt olunmuş Dağlıq

Qarabağ vilayəti yaradılmışdır.

1925-ci ildə Azərbaycanda aparılan yeni rayonlaşdırma işlərində onun ərazisinin təbii və təsərrüfat

xüsusiyyətləri, əhalisinin yerləşməsi, körpülər, yollar, ətraf əraziləri özünə meyl etdirəcək perspektivli yaşayış

mərkəzlərinin olması və s. amillər nəzərə alınırdı.

Belə bölgüləri apararkən Azərbaycan ərazisinin dağlıq xüsusiyyətlərinə də diqqət yetirilirdi. Rayonlaşdırma

bölgüsü elə aparılırdı ki, çay dərəsi ilə bir-birinə bağlı olan dağ ətəyi və dağ kəndləri bir inzibatı rayonun tərkibinə

daxil olsunlar. Böyük və Kiçik Qafqaz, Talış dağlıq ərazilərində yerləşən inzibati rayonların əksəriyyəti bu prinsipə

uyğun olaraq ayrılıb. Məlumdur ki, dağlıq ərazilərdə dərəboyu uzanan köç yolları (sonralar şose yolları ilə

əvəzlənib) həmişə dağı aranla birləşdirib və təsərrüfatların yaylaq-qışlaq əlaqələrini təmin edib.

Rayonlaşdırma üç taksonomik sistem – okruq – dairə – kənd sovetləri üzrə aparılır. Ümumi mülahizələr nəzərə

alınmaqla 1930-cu ildə Azərbaycan ərazisində 63 dairə (rayon) ayrılmışdır. Sonralar bu dairələr kiçik dəyişikliklərlə

Azərbaycanın bu gün mövcud olan kənd inzibatı rayonlarını təşkil etdilər.

2000-ci ilin əvvəlinə Azərbaycanda 65 kənd, 13 şəhər rayonu, 69 şəhər, 132 şəhər tipli qəsəbə, 1314 kənd ərazi

vahidləri və 4242 kənd olmuşdur. 1999-cu ilin sonuna yaxın Azərbaycan tarixində ilk dəfə olaraq onun ərazisində

demokratik özünüidarə üsulu olan 2664 bələdiyyə vahidi yaradıldı. Bələdiyyə qurumu – bəlli olan sərhədlər

daxilində, müəyyən səlahiyyətləri, bələdiyyə mülkiyyəti, yerli büdcəsi, yerli özünü idarəetmə orqanları olan şəhər,

kənd və yaxud bir neçə kənd yaşayış məntəqəsi ərazisində həyata keçirilən idarəetmə formasıdır. Belə ərazi

vahidləri mahiyyətcə vətəndaşların yaşayış yerlərinə görə ərazi təşkili və idarə olunmasının demokratik formasıdır.

Azərbaycanın iqtisadi rayonlaşdırılması işlərinə də elə 20-ci illərdən başlanmışdır.

1928-ci ildə ümumi rayonlaşdırma prinsipləri əsasında respublika ərazisinin iriləşdirilmiş okruqlara ayrılması

layihəsi işlənib hazırlanmışdır. Gələcəyin iqtisadi-coğrafi rayonu kimi nəzərdə tutulan bu okruqlar aşağıdakılar idi:

Bakı, Gəncə, Şirvan, Quba, Lənkəran, Nuxa-Zaqatala, Naxçıvan, Qarabağ (Dağlıq Qarabağ Muxtar Vilayəti ilə

birlikdə).

Sonralar bu okruqların iriləşdirilib vilayətlərə çevrilməsi nəzərdə tutulurdu. 1952-ci ildə hətta Bakı və Gəncə

vilayətləri də yaradılmışdır. Lakin dövlət və partiya quruculuğunun o dövrdəki tələbatına cavab vermədiyinə görə

Azərbaycanda vilayət bölgüsü yaradılmadı və bu iki vilayət də 1953-cü ildə ləğv edildi.

Komissiya 1935-ci ilədək müntəzəm nəşr etdirdiyi toplularda Azərbaycanın təbii-iqtisadi rayonlarına həsr

edilmiş qiymətli məlumatlar verirdi. Bu toplular təbii-iqtisadi rayonlar üzrə tərtib olunur və nəşr edilirdilər. Topluda

müəlliflər ərazinin iqlimini, fauna və florasını, təsərrüfatının xüsusiyyətlərini nəzərə alaraq, təbi-iqtisadi rayonların

sərhədlərini təyin etmiş, hər bir rayonun torpaq-iqlim xüsusiyyətlərini, kənd təsərrüfatının vəziyyətini nəzərə alaraq

onun gələcək inkişaf perspektivlərini müəyyənləşdirmişdilər.

Hər rayonun xüsusiyyətləri respublika miqyasında müqayisəli verilmiş, rayonlaşma ümumi respublika

tədqiqatının nəticəsində aparılmışdır. Təbii-iqtisadi rayonlaşma və onun geniş təhlili respublikada aparılan ilk

qiymətli praktiki tədqiqat işinin nümunəsi idi.

Lakin təəssüflə qeyd etmək lazımdır ki, zəngin məlumatların çox ciddi nəticələri coğrafi cəhətdən

ümumiləşdirilmədi. Bəlkə də ona görə ki, komissiyanın işində bilavasitə coğrafiya ilə məşğul olan mütəxəssislər az

idi. Tədqiqatçılar əsas etibarilə təbiətşünas, torpaqşünas və iqtisadçılardan ibarət idi. Bununla belə komissiyanın

topladığı və nəşr etdirdiyi materiallar ölkə coğrafiyasının qızıl fondunu təşkil edir. Komissiyanın bəzi üzvləri bu

materiallardan istifadə edərək xüsusi kitablar nəşr etdirmişlər. (H.Sultanov «Azərbaycanda bəzi sənaye sahələrinin

qısa oçerkləri»; M.N.Avdeyev «Kür-Araz ovalığında kənd təsərrüfatının inkişaf imkanları» və s.). M.N.Avdeyevin

kitabında Kür-Araz ovalığı coğrafi zonalara bölünmüş, hər zonanın təbii şəraiti və xüsusiyyətləri göstərilmiş, burada

kənd təsərrüfatının inkişafı yolları müəyyənləşdirilmişdir.

Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan coğrafları sırasına əvvəllər bu komissiyada fəal iştirak edən

H.B.Əliyev, M.N.Avdeyev, B.N.Mixels və b. alimlər də daxil olmuşlar.

30-cu illərin əvvəllərində respublika ərazisində Mingəçevir su qovşağının tikilməsi ilə əlaqədar geniş tədqiqat

işi aparılması tələb olunurdu. Qovşaqda SES-in fəaliyyəti, Kür-Araz ovalığı torpaqlarının suvarılması və

mənimsənilməsi problemləri və s. öyrənmək lazım idi. Bu işin aparılması üçün xüsusi tədqiqat qrupu təşkil olunmuş,

buraya bəzi coğrafiyaçılar da daxil edilmişdir.

İkinci dünya müharibəsindən sonrakı dövrdə Bakı sürətlə inkişaf edirdi. Onun artmaqda olan əhalisini ərzaq

və su ilə, sənayesini isə xammalla təmin etmək üçün səmərəli yollar axtarılırdı. Bu məqsədlə Abşeronda kənd

74

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!